Şuşada gələn ilin sonundan sakinlərin köçürülməsinə başlanacaq
Cəmiyyət
3857
06 Oct 2022 | 19:56

Şuşada gələn ilin sonundan sakinlərin köçürülməsinə başlanacaq

Şuşaya 2023-cü ilin sonundan etibarən sakinlərin köçürülməsinə başlanacaq və ilkin olaraq 2500 sakinin geri dönməsi planlaşdırılır.
 
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
 
"Əhalinin qayıdışına hazır olmalıyıq. Gələn ildən biz sosial və turizm sektorunda məşğulluq üçün çalışacağıq. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşada əsas məqsədimiz turizmdir".
Link kopyalandı!
Son xəbərlər