Cəmiyyət
8786
06 Oct 2022 | 18:03

"Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, onlarla nə vaxt danışacağımızı özümüz bilərik"

"Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik".
 
Bu sözləri oktyabrın 6-da Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azadlıq" radiosu jurnalistinin sualına cavabında bildirib.
 
"Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizidir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik", - Azərbaycan Prezidenti əlavə edib.
Link kopyalandı!
Son xəbərlər