Çumbinyo: “Qurban Qurbanov avtobusa gecikən oyunçuya dedi ki…”
İdman
3348
06 Oct 2022 | 12:45

Çumbinyo: “Qurban Qurbanov avtobusa gecikən oyunçuya dedi ki…”

"Qarabağ"ın və "Olimpiakos"un sabiq futbolçusu Çumbinyo bu komandalar arasında Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək matç barədə danışıb.
 
Qol.az xəbər verir ki, 36 yaşlı hücumameyilli yarımmüdafiəçi Yunanıstanın Sport-fm.gr saytına açıqlamasında komandaların çox sərt qrupda mübarizə apardıqlarını deyib:
 
“Qarabağ"la bağlı xatirələrim əladır. Kluba mənə orada oynamaq imkanı verdiyi üçün təşəkkür etmək istəyirəm. Bakını çox bəyəndim, orada çox gözəl vaxt keçirdim. “Qarabağ”ı “Olimpiakos”dan daha yaxşı tanıyıram. 3 il orada oynamışam. "Qarabağ" və "Olimpiakos"un mübarizə apardığı qrup çox sərtdir. "Olimpiakos"un yaxşı mübarizə aparacağına inanıram. Düşünürəm ki, “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanmaq üçün kifayət qədər şansı var”.
 
Çumbinyo "Qarabağ"da oynayarkən başınıza gələn hansısa maraqlı əhvalatı xatırlayırsınızmı?" sualına belə cavab verib:
 
“Bu, avrokubok oyunu üçün Avstriyada olanda baş verib. O vaxt biz həmişə səfər oyunlarına 3 gün tez gedirdik. Bütün komanda avtobusun içində idi və biz gecikən oyunçunu gözləyirdik. Gecikməsinə baxmayaraq, böyük bir təbəssümlə gəldi... Lakin bu, uzun sürmədi. Baş məşqçimiz ona baxdı və bütün komandanın onu gözlədiyinə sevinib-sevmədiyini soruşdu. Əslində ona belə demişdi: "Biletinizi kassada bron edin və səyahətinizdən həzz almağa hazırlaşın". Çox yaxşı replika idi (gülür)”.
 
Qeyd edək ki, Çumbinyo 2010-2013-cü illərdə "Olimpiakos"da oynayıb. O, 2013-2015-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. Çumbinyo hazırda "Etnikos"un (Yunanıstan) formasını geyinir.
 
Xatırladaq ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Link kopyalandı!
Son xəbərlər