Litva Ukraynaya 2,9 milyon avro göndərir
Cəmiyyət
3199
05 Oct 2022 | 20:40

Litva Ukraynaya 2,9 milyon avro göndərir

Litva Ukraynaya kömək üçün 2,9 milyon avro göndərmək qərarına gəlib.
 
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti müvafiq qərar qəbul edib.
 
“Əfqanıstana vaxtilə göndərilən və istifadə olunmamış vəsaitlər Müdafiə Nazirliyinə köçürülür, Ukraynaya hərbi geyimləri alınması üçün göndərilir”, - qərarda deyilir.
 
2022-ci ilin fevralında Ukrayna Litvadan "Stinger" hava hücumundan müdafiə sistemlərini alıb. Apreldə Müdafiə Nazirliyi dəyəri on milyonlarla avro olan ağır minaatanların bir partiyasını Ukraynaya təhvil verdiyini açıqlayıb. İyulda Vilnüs 50 ədəd M-113 və M-577 zirehli transportyorlarının Kiyevə göndərildiyini elan edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər