Rusiya milyarderi Ağdam yaxınlığına gəldi və...-FOTOLAR
Ekskluziv
5856
03 Oct 2022 | 19:11

Rusiya milyarderi Ağdam yaxınlığına gəldi və...-FOTOLAR

İşğal dövründə bu ərazidə nüvə terrorizmi üzrə qruplar fəaliyyət göstərib... 
 
Guya Rusiya vətəndaşlığından imtina edərək  qanunsuz şəkildə Azərbaycanın Qarabağ iqtisadi(!) rayonununa gəlmiş  milyarder  Ruben Vardanyan bu gün -oktyabrın 3-də Azərbaycan Respublikası Xocalı rayonunun  müvəqqəti olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalmış Xanabad kəndinə səfər edib.
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, bu barədə Ruben Vardanyan öz "Facebook" səhifəsində yazıb.
 
Rusiyalı iş adamı Azərbaycan ordusuyla təmas xəttindəki Xanabad kəndindəki erməni sakinlərlə görüşüb və onların problemləri ilə maraqlanıb, onları bundan sonra da “öz kəndlərində yaşamağa” ruhlandırmağa çalışıb.
 Vardanyan öz  postunda “bütün çətinliklərə  baxmayaraq şikayətlənməyən və düşmən nişangahı altında yaşamağa davam edən bu insanların iradəsinin sınmayacağına ümidli olduğunu” ifadə edib...
 
Zəruri arayış:
Xanabad — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənddir.
 
Dağətəyi ərazidədir. Ağdam rayonunun Əhmədavar, Qurdlar, Qaradağlı, Şelli kəndlərindən hava xətti ilə təxminən 4-5 km, Ağdam rayon mərkəzindən isə təxm. 6 km məsafədə yerləşir.
 
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Ermənilər tərəfindən “Xnapat” adlandırılır.
 
2005-ci ildə keçmiş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimin keçirdiyi əhalinin siyahıyaalmasına əsasən Xanabad kəndindəki ermıni əhalinin faktiki sayı 826 nəfər, qeydiyyatdakı əhalinin sayı 827 nəfər təşkil edib. 
 
İşğal dövründə bu ərazidə nüvə terrorizmi üzrə qruplar fəaliyyət göstərib  (Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269.və "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il.  )  
 
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanabad kəndi Rusiya “sülhməramlı” qüvvələrinin nəzarətinə keçmişdir.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər