BDU-da
Cəmiyyət
3646
03 Oct 2022 | 13:33

BDU-da "Azərbaycan filmləri XXI əsrin yaddaşında" adlı intellektual yarış

Bakı Dövlət Universitetinin (BDU)  Kitabxanaçılıq-informasiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə "Azərbaycan filmləri XXI əsrin yaddaşında" adlı intellektual yarış keçirilib. 
 
Yarışın keçirilməsində məqsəd milli-mənəvi dəyərləri özündə birləşdirən Azərbaycan filmləri haqqında tələbələri maarifləndirmək, onların dünyagörüşlərinin formalaşmasına yardım etməkdir. 
 
Ümumilikdə 12 fakültənin tələbələrinin iştirak etdiyi yarışda I yeri Kimya, II yeri Beynəlxalq münasibətlər və iqtisadiyyat, III yeri isə Kitabxanaçılıq-informasiya və Filologiya fakültələrinin komandaları qazanıb. 
 
Sonda qalib komandalara sertifikat və mükafatlar təqdim olunub.
Link kopyalandı!
Son xəbərlər