Bizi sosial şəbəkələrdən izləyin:
Moskva vilayətində rusiyalı qadın səfərbərlikdən yayınan keçmiş əri barədə polisə müraciət edib.
Məlumata görə, qadının 38 yaşlı əri paytaxtın hərbi komissarlıqlarından birində hərbi qeydiyyatdadır. Ancaq səfərbərliyin başlaması ilə Puşkino şəhərində kirayə mənzildə gizlənməyə qərar verib.
Qadın hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, boşandıqdan sonra onunla kişi arasında qızının tərbiyəsi ilə bağlı mübahisələr yaranıb.