FTX Medvedçukun verilməsinin əleyhinə olub, lakin Putin məcbur edib... -
Ekskluziv
4002
02 Oct 2022 | 19:49

FTX Medvedçukun verilməsinin əleyhinə olub, lakin Putin məcbur edib... - "Washington Post"

Federal Təhlükəsizlik Xidməti (FTX) bu yaxınlarda Rusiya ilə Ukrayna arasında mübadilənin əleyhinə olub.
 
Bu mübadilənin gedişində Mariupolda əsir götürülmüş Ukraynanın "Azov" alayının komandirləri azad edilib. Lakin prezident Putin xüsusi xidmətin fikrinə zidd olaraq mübadiləni dəstəkləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.
 
Jurnalistlər xatırladıb ki, sentyabrın 25-də mübadilə zamanı 215 ukraynalı və 55 rusiyalı hərbi əsir azad edilib. 
 
Həmçinin Rusiyanın himayə etdiyi separatçılar tərəfindən əsir götürülmüş üçüncü ölkələrin 10 vətəndaşı, habelə Putinin kirvəsi Viktor Medvedçuk da azad edilib.
 
"FTX qəti şəkildə bunun əleyhinə olub",- nəşr Ukrayna rəsmi şəxslərinin birindən iqtibas gətirir. 
 
Onun sözlərinə görə, Rusiyanın xüsusi xidmət orqanı hesab edib ki, belə bir mübadilə Rusuya cəmiyyəti tərəfindən neqativ qarşılanacaq. 
 
Məlumat verilir ki, mübadilə bir neçə dəfə təxirə salınıb. Nəhayət, o Putinin Rusiyada səfərbərlik haqqında elan etdiyi gün baş tutub.
 
Ukrayna ilə müharibənin tərəfdarlarından olan bir çox rusiyalı şərhçilər bu hadisəni, xüsusilə Ukraynada aprel ayından həbsdə olan Medvedçukun "azovçulara dəyişilməsini" son dərəcə neqativ qarşılayıb.
 
Nəşrin Dövlət Departamentində yüksək vəzifəli mənbələrindən biri idda edir ki, Medvedçukun azad edilməsi "onun uzun illər Kremlin maraqlarına xidmət etməsini" nümayiş etdirib. 
 
"Maraqlıdır ki, Putin öz dostu və Ukraynada çoxdankı ehtimad göstərdiyi şəxslərdən biri olan Medvedçuku Mariupol qəhrəmanlarına dəyişib", - məmur deyib.  
 
"Ukrayna öz rəşadətli döyüşçülərinin evə dönməsinə çox sevinib. Moskvada isə Putini həqiqətən nə qayğılandırdığını görməkdən hiddətə gəliblər", - məqalədə belə deyilir.
Link kopyalandı!
Son xəbərlər