Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda məhkumların videogörüşlər keçirməsinə dair layihə I oxunuşda qəbul edilib.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Cəzaların İcrası Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə sənəd məhkumlara videogörüşlər keçirmək hüququnun verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısamüddətli görüşlər telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.
Digər dəyişikliklə Məcəlləyə yeni 84.1-1-ci maddə əlavə edilir.
Yeni maddədə qeyd edilib ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçiriləcək. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq.
Müzakirələrdən sonra Məcəlləyə dəyişikliklər I oxunuşda qəbul olunub.