Ekskluziv
5110
26 Sep 2022 | 20:23

"Alçaldılan və təhqir olunanlar"... - Batka Putinə təsəlli verə biləcəkmi...

"Onlar bizə hörmətlə yanaşmalıdır, heç kim alçaldılmasına dözməyəcək..."
 
"NATO öz qoşunlarını Qərb sərhədlərinə toplayır və Ukraynanı parçalamağa hazırlaşır..."
 
Putin və Lukaşenko Soçidə Qərb ölkələrindən özlərinə "hörmət edilməsini" tələb edib...
 
Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü baş tutub.
 
Moderator.az xəbər verir ki, bu barədə "9-cu kanal" nəşri məlumat yayıb.
 
Görüş zamanı onlar kameralar qarşısında Qərb ölkələrindən özlərinə qarşı hörmətlə yanaşmağı tələb edib.
 
Qərbin Rusiya Federasiyası və Belarusa qarşı sanksiyalarının müzakirəsi zamanı Lukaşenko deyib:
 
"Burada onlara lazım olan hər şey var, onlarda da bizim ala biləcəyimiz şeylər var- texnologiyalar və s. Onlara daha nə lazımdır ki?
 
Sadəcə, məsuliyyətli qərarlar qəbul etmək gərəkdir. Nə etməli, istəmirlər, heç lazım deyil. Biz yavaş-yavaş qaydaya düşəcəyik".
 
Putin buna belə əlavə edib:
 
"Həm də bizə hörmətlə yanaşmalıdırlar".
 
"Bu olmadan, biz, ümumiyyətlə, onlarla danışmayacağıq. Heç kim alçaldılmasına dözməyəcək", - Lukaşenko deyib.
 
O, həmçinin məlumat verib ki, "NATO-çular qoşunlarını Qərb sərhədlərində toplayır və Ukraynanı parçalamağa hazırlaşırlar:
 
"Bu, onların Qərbi Belarusla da bağlı strategiyasıdır. Biz çox diqqətlə izləyirik. Mən dediyim kimi, ukraynalılar hələ bizdən xahiş edəcəklər ki, bu qərb hissəsinin və başqa hissələrin Ukraynadan qoparılmasına imkan verməyək".
 
Hazırda Putin və Lukaşenkonun danışıqları bağlı qapılar arxasında keçirilir.
 
Rusiya KİV-lərinin məlumatına görə, tərəflər Qərbin təzyiqini, Moskva ilə Minsk arasında iqtisadi  əməkdaşlıq, habelə müştərək layihələr və İttifaq dövləti çərçivəsində qarşılıqlı əlaqə məsələləri müzakirə edilir.
Link kopyalandı!
Son xəbərlər