Məhəmməd Adıyev:
3088
24 Sep 2022 | 16:46

Məhəmməd Adıyev: "Azərbaycan millisinin Slovakiya üzərində qələbəsi sürpriz olmadı"

"Azərbaycan millisinin Slovakiya üzərində qələbəsi sürpriz olmadı".
 
Bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.
 
45 yaşlı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Bu komandanı güclü rəqib kimi tanıyırıq. Bilirik ki, ölkənizdə "Qarabağ" kimi güclü klublar. İstərdik ki, bizə də hörmət etsinlər".
 
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər