“Prezident növbəti dəfə Ermənistana və ATƏT Minsk Qrupuna mühüm mesajlar səsləndirdi”
Siyasət
3639
22 Sep 2022 | 12:22

“Prezident növbəti dəfə Ermənistana və ATƏT Minsk Qrupuna mühüm mesajlar səsləndirdi”

“2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən həmin ilin 1 dekabr tarixində Azərbaycana təhvil verilmiş Laçın şəhərinə prezident Əliyevin səfəri Qarabağda zəfər tariximizin növbəti şanlı səhifəsidir”.
 
Moderator.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
 
“Bu tarixi səfərlə Laçın, Zabux və Sus yaşayış məntəqələri de-fakto Azərbaycanın istifadəsinə keçdi. Hələ Keçən ayın sonunda Azərbaycan Ordusunun nəzarətinə götürülmüş Laçın şəhərinin mərkəzində dövlət bayrağımız qaldırıldı. Prezident işğal dövründə ermənilər tərəfindən darmadağın edilmiş və qismən də işğalçılar tərəfindən qeyri-qanuni olaraq məskunlaşdirılmış qədim şəhərimizi öz ayaqları ilə piyada gəzdi və gördüklərini Ermənistan tərəfindən törədilmiş hərbi cinayət adlandırdı. Prezident İşğaldan azad edilmiş digər yaşayış məntəqəri kimi Laçın şəhərinin, Zabux və Sus kəndlərinin də qısa bir zamanda yenidən qurulacağını bildirdi. Laçın şəhərində etdiyi çıxışda ölkə başçısı Murovdağın altı ilə Laçın şəhərinə qədər tunellərin, Laçın şəhərini Qarabağ və Zəngəzur rayonlarının digər şəhərləri ilə birləşdirən yeni avtomobil yollarının, eləcə də Laçın beynəlxalq hava limanının tikintisi kimi nəhəng miqyaslı layihələr haqqında məlumat verdi”.
 
“Prezident bildirdi ki, Gələn ilin sonuna qədər Laçın sakinlərinin öz yaşayış yerlərinə qayıtması təmin olunacaq” – deputat fikirlərinə əlavə edib:
 
“Laçın şəhərinin mərkəzində dövlət bayrağımızın qaldırıldığı meydandakı çıxışında prezident növbəti dəfə Ermənistana və uzun illər ərzində onun işğalçı siyasətinə göz yuman ATƏT Minsk Qrupuna mühüm mesajlar səsləndirdi. Əldə olunmuş razılaşmalara baxmayaraq Ermənistan tərəfindən sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması üzrə , eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı əməli addımların atılmadığını, sülh proseslərinin bilərəkdən ləngidilməsini Ermənistan üçün təhlükə kimi dəyərləndirdi.
 
13 sentyabr erməni təxribatlarına toxunan cənab Əliyev Vətən müharibəsi nəticəsində Azərbaycan tərəfindən yaradılmış yeni reallıqların heç bir qüvvə tərəfindən dəyişdirilə bilməyəcəyini əminliklə ifadə etdi. Prezident Əliyev yenicə azadlığına qovuşaraq öz sahiblərinə qayıtmış doğma şəhərimizin mərkəzi meydanından bütün dünyaya səsləndi: “Biz buarada əbədi yaşayacağıq!”. Bu nida ilə Müzəffər Ali Baş Komandan Azərbaycan xalqının səsini və iradəsini bütün dünyaya bəyan etdi”.
 
Link kopyalandı!
Son xəbərlər