Putinin bəyanatından sonra Avropa birjalarında qiymətlər kəskin surətdə artdı...
Ekskluziv
4283
21 Sep 2022 | 21:34

Putinin bəyanatından sonra Avropa birjalarında qiymətlər kəskin surətdə artdı...

"WTI" markalı neftin qiyməti 87 dollar və ya 3, 3 faiz, "Brent" markalı nefin qiyməti isə 92, 8 dollar və ya 2, 1 faiz artıb..."
 
Rusiya prezidenti Vladimir  Putinin Rusiyada qismən səfərbərlik haqqında elan etməsindən sonra neftin qiymətləri kəskin surətdə yüksəlib.
 
Ukraynadakı eskalasiya enerjidaşıyıcılarının tədarükündə daha çox təlatümlərə gətirib çıxara bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
"Rusiya prezidenti Vladimir Putin "qismən səfərbərlik" haqqında elan edib və qoşunlarının işğal etdiyi əraziləri ilhaq etməyi vəd edib, beləliklə, yeddi aydır davam edən münaqişənin gərginləşməsinə rəvac verib.
 
Uzun çəkən müharibə Rusiya qazının tədarükündə, xüsusilə Ukraynadan əsas boru kəməri ilə gələcək tədarükündə fasilələrin olması təhlükəsini törədir", - məqalədə belə deyilir.
 
Nəşrin məlumatına görə, "WTI" markalı neftin qiyməti bir barrelə görə 87 dollar və ya 3, 2 faiz bahalaşıb.
 
"Biznes indayder" xəbər portalının məlumatına görə, Putinin bəyanatından sonra "Brent" markalı neft 92, 8 dollar və ya 2, 1 faiz bahalaşıb.
 
"Rusiya prezidentinin bugünkü bəyanatı, heç şübhəsiz, Avropada enerjidaşıyıcılarının qiymətinin artmasının səbəbidir", - bunu ISIS-in Londondakı qaz analitikası bölməsinin rəhbəri Tom Martsek-Mansek deyib.
 
"Bloomberg" qeyd edir ki, baza qiymətləri son iki gündə təxminən 10 faiz artıb.
 
Tədarükü xilas etmək üçün Almaniya "Uniper" şirkətini milliləşdirmək və qış ərəfəsində energetika sektorunun çökməsinə imkan verməmək niyyətindədir.
 
Öz növbəsində Britaniya hökuməti biznes üçün çoxmilyardlı yardım planlaşdırır.
 
Qiymətlərin 7 dəfədən çox artmasına gətirib çıxaran böhran Avropa iqtisadiyyatını resessiya həddinə çatdırıb. Ölkələr enerji təchizatını təmin etmək üçün tarixi addımlar atır.
 
"Bu qış vəziyyəti idarə etmək mümkün olacaq, lakin hər zaman çətinliklər ola bilər, ona görə də boşluğa yol vermək olmaz", - bunu Avropa Komissiyasının energetika platforması üsrə Məqsədli qrupunun rəhbəri Monika Ziqri bəyan edib.
Link kopyalandı!
Son xəbərlər