Almaniya Müdafiə Nazirliyi Ukraynanın tələbini yerinə yetirməkdən imtina edib
Dünya
3296
18 Sep 2022 | 20:31

Almaniya Müdafiə Nazirliyi Ukraynanın tələbini yerinə yetirməkdən imtina edib

“Almaniya təkbaşına Ukraynaya Qərb istehsalı olan tanklar göndərməyi planlaşdırmır”.
 
Bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext bəyan edib.
 
“Biz Almaniyanın təkbaşına hərəkət etməsini istəmirik və biz həmişə tərəfdaşlarımızla məsləhətləşərək belə qərarlar verəcəyik” deyə o, bildirib.
 
Sentyabrın əvvəlində də Almaniya Müdafiə Nazirliyinin rəhbəri Kristina Lambrext bəyan etmişdi ki, Bundesverdə Ukraynaya göndəriləcək silahlar tükənib.
Link kopyalandı!
Son xəbərlər