Ekskluziv
5113
17 Sep 2022 | 20:47

"Rosqvardiya" mənəvi yorğunluq səbəbindən Ukraynada döyüşməkdən imtina edir...

"Xahiş edirəm fiziki və mənəvi yorğunluq səbəbindən məni Ukrayna ərazisində xüsusi hərbi əməliyyatda iştirak etməkdən tərxis edəsiniz..." 
 
"Rusiyanın 22 regionundan 2000-dək hərbi qulluqçu müharibədə iştirak etməkdən imtina edib..."
 
"Buynaksda dislokasiya edilən hərbi hissənin 300 hərbçisi silahlarını ataraq Ukraynadan gedib..."
 
Rusiya ordusunun hərbi qulluqçularının Ukraynada döyüş əməliyyatlarında iştirak etməkdən imtina edilməsi barədə bir neçə raport üzə çıxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Vot tak" ("Bax, belə") nəşri yazıb.
 
Redaksiya məlumat verir ki, bu sənədlər Rusiya qoşunlarının İzyum qruplaşmasının qərargahından bu qruplaşmanın darmadağın edilməsi və İzyum şəhərinin azad edilməsindən sonra ötürülüb.
 
31135 saylı hərbi hissə komandirinin adına yazılan sənədlərdən biri zenit raket batareyasının 3-cü zenit tağımının komandiri, baş leytenant tərəfindən yazılıb.
 
"Ukrayna ərazisində xüsusi hərbi əməliyyat"ın icra edilməsindən məzuniyyətdə olmağım və yorğunluq səbəbindən imtina edirəm", - raportda belə deyilir.
 
Elə həmin hərbi hissə komandirinin adına yazılan daha bir raport çavuş Ajqaliyev tərəfindən imzalanıb:
 
"Xahiş edirəm məni, zenit raket batareyasının 2-ci zenit raket tağımının 2-ci zenit raket bölməsinin komandiri çavuş İ.A. Ajqaliyevi fiziki və mənəvi yorğunluq səbəbindən Rusiya Silahlı Qüvvələri sırasından Ukrayna ərazisində xüsusi hərbi əməliyyatda iştirakdan tərxis edəsiniz".
 
Bu iki raport avqustun 30-da yazılıb və, nəşrin iddia etdiyinə görə, belə sənədlər çoxdur.
 
31135 saylı hərbi hissə Rusiya müdafiə nazirliyinin ən yaxşı bölmələrindən hesab edilən Taman qvardiya motoatıcı diviziyasının 1-ci qvardiya motoatıcı alayının hərbi hissədir. 
Daimi dislokasiya yeri Moskva vilayətidir.
 
Xarkov vilayətində döyüşən Taman diviziyası döyüşçülərinin döyüş ruhu ilə bağlı problemlər barədə hələ yazda məlumat verilib.
 
O cümlədən, Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, may ayında 1-ci alayın "şəxsi heyətinin 90 faizi" tərxis olunmaq barədə raportlar yazıb.
 
Bu ərəfədə məlumat verilib ki, bu hissədən olan müddətli hərbi qulluqçular Belqorod vilayətinə "sərhədləri qorumaq" üçün göndərilir.
 
İyul ayında "Vyorstka" nəşri Rusiyanın 22 regionlarının ən azı 1793 hərbi qulluqçusunun müharibədə iştirak etməkdən imtina etməsi barədə məlumat verib. 
 
Onların bir hissəsi Luqansk vilayətinin Bryank şəhərində saxlanılıb.
 
Elə həmin ayda "Moskovskoye vremya" ingilisdilli qəzetinin rus xidməti yazıb ki, Buynaksda dislokasiya edilən 63354 saylı hərbi hissəninn eyni zamanda müqavilə əsasında xidmət keçən 300 hərbçisi tərxis olacağını gözləmədən, özbaşına olaraq silahlarını qoyub Ukraynadan gedib.
Link kopyalandı!
Son xəbərlər