Britaniya mediasında bu günlərdə Nostradamusun Britaniya kralının taleyi ilə bağlı proqnozu müzakirə edilir. Belə ki, dünyanın ən məşhur falçısı sayılan Nostradamusun öncəgörmələrinə görə Kral Çarlz taxtdan gedəcək və sonra ölkədə “sirli kral” hökm sürəcək.
Nostradamusun proqnozları ilə bağlı ekspert olan astroloq Mario Redinq hələ 2005-ci ildə çap etdiridiyi kitabda kimyagərin 1555-ci ildə yazdıqlarına əsalanaraq kraliçanın 96 yaşında vəfat edəcəyini bildirmişdi. Orada deyilmişdi ki, növbəti monarx adalar kralı olacaq. Bu o deməkdir ki, kral Birləşmiş Krallığı deyil, ancaq İngiltərəni idarə edəcək. Bu deyilənlər hazırda bir çox ölkələrin Britaniyadan azad olması ilə bağlı referendum keçirmək planları ilə düz gəlir.
Nostradamus həmçinin bildirib ki, Kral Çarlzın səltənəti qısa müddətli olacaq və taxt-taca heç vaxt padşah olacağı gözlənilməyən bir adam çıxacaq.
Redinq bu sözləri yenidən şərh edərək kral ailəsinin gələcəyi ilə bağlı fərziyyələrini ifadə edib. O, kitabında III Çarlzdan sonra şahzadə Harrinin Böyük Britaniyanın kralı ola biləcəyini qeyd edib:
“III Çarlz taxta oturanda onun 74 yaşı olacaq, lakin Dianadan boşandıqdan sonra Britaniya əhalisinin müəyyən hissəsinin ona qarşı hiss etdiyi inciklik hələ də qalacaq”, - deyə o, bildirib.
Astroloq yaşlı kralın təzyiqlərə görə Şahzadə Uilyamın xeyrinə taxtdan əl çəkməyə məcbur ediləcəyini deyib. Bundan sonra Redinq yenidən Nostradamusun “onu heç vaxt şah olacağı gözlənilməyən bir adamla əvəz edəcək” sətrinə qayıdır.
“Bu, atasının yerinə keçməli olan Şahzadə Uilyamın kral ola bilməyəcəyi və Harrinin onun yerinə monarx olacağı anlamınamı gəlir? Bu, onu cəmi 38 yaşında Kral IX Henrixi edəcək” – deyə Ridinq düşüncələrini bölüşüb.
Yeri gəlmişkən qeyd edək ki, Britaniyta taxtına daha bir namizəd var. Bu özünü Kral III Çarlzın və arvadı Kamillanın gizli oğlu adlandıran avstraliyalı Saymon Çarlz Dorani-Deydir. O, əlində dediklərini sübut edəcək dəlillər olduğunu bildirir və monarxdan DNT testi tələb edir.
Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib. Onun dəfn mərasimi sentyabrın 19-da Vindzor qəsrində keçiriləcək. Kraliçanın ölüm səbəbi açıqlanmayıb. Təkcə o məlumdur ki, ölüm anında onun bütün yaxın qohumları yanında olsa da, Şahzadə Harri onunla vidalaşmağa imkan tapmayıb. Belə ki, statusundan imtina edən şahzadəyə qardaşı Uilyamı və əmilərini Şotlandiyaya aparan təyyarəyə minməsinə icazə verilməyib, nəticədə o, saat yarım gecikib.