Vaxtından əvvəl qocalıq törədən
Ekskluziv
3706
12 Sep 2022 | 23:50

Vaxtından əvvəl qocalıq törədən "sağlam" vərdişlər...

Qocalmamaq üçün nəyə diqqət etmək lazımdır?..
 
"Gəzinti, rahat ayaqqabı, su və susuzluq, Günəş işığı, qida batonları..."
 
Qocalıq haqqında elm olan herontologiyaya görə, həyatı uzatmağın müxtəlif üsulları var. Lakin onların bəziləri ziddiyyətlidir. 5 guya "sağlam" vərdiş tamamilə əks effekt verə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Express" nəşri yazıb.
 
Bütün dünyada ömrün uzanması qocalıq xəstəliklərinin müalicə metodlarının təkmilləşdirilməsinin zəruriliyini göstərir. Heç də bütün "sağlam" vərdişlər ömrü uzatmır. 
 
Amerikanın təqaüdçülər assosiasiyası orqanizmə zərər vura bilən 5 amildən ibarət siyahı tərtib edib.
 
Gəzinti məşq kimi
 
Bel və oynaqların müalicəsi üzrə "Hinge" internet-klinikasının baş fizioterapevti Kler Morrou deyir ki, əgər fiziki yükü gündəlik gəzintilərlə məhdudlaşdırsaq, bu, orqanizmi son dərəcə zəruri olan güc məşqlərindən məhrum edəcək.
 
Morrou bunu belə izah edir:
 
"Əgər güclü məşqlər olmasa, 30 yaşına çatan adam 10 il ərzində əzələ kütləsinin 3-8 faizini itirir. Bu proses 60 yaşa çatanda sürətlənir. Əzələ kütləsinin itkisi koqnitiv funksiyaların aşağı düşməsi, yıxılmalar riskinin artması, qocalıqla bağlı ağıl zəifliyi və hətta vaxtından əvvəl ölümə səbəb ola bilər".
 
Milli səhiyyə xidməti bu fikri təsdiq edir və 19-64 yaşlı insanlara ən azı həftədə iki dəfə güc məşqlərinə həsr etməyi tövsiyə edir.
 
Bu zaman bütün əzələ qrupları üçün hərəkətlər etmək, o cümlədən ayaqları, çanaq, bel, qarın, döş, çiyin və əllərin əzələlərini yükləmək lazımdır.
 
Rahat ayaqqabı
 
Əgər hətta lazım olmayanda belə ayaqqabı geyinsək, ayaqlarımız daha çox zəifləyəcək, bunu Arizona ştatının Çandlera şəhərindən  ayaqların müalicəsilə məşğul olan həkim (podiatr) Emili Spliçal deyib.
 
Onun sözlərilə görə, geniş yayılan və yanlış olan fikir var ki, ayaqqabı bədənə dəstək verir. Spliçal əlavə edib: "Barmaqlarımız yerə dirənmlidir ki, tarazlığı saxlaya bilək, ayaq əzələləri isə tarazlığı və qaməti saxlamaq üçün gərgin olmalıdır.
 
Beləliklə, ayaqqabıdan həddən artıq asılılq bədənimizin qamətinin saxlanılması üçün lazım olan sensor stimulyasiyanın itirilməsinə gətirib çıxarır. 
 
Ekspert izah edib ki, yarım saat ayaqyalın gəzsək, neqativ nəticələri aradan qaldırmaq olar.
 
Su və susuzluq
 
Daha bir sağlam vərdiş var ki, ona ehtiyatla yanaşmaq lazımdır: suyu susuzluq hiss edəndə içmək.
 
"Problem suda deyil, məhz susuzluqdadır. Sizdə susuzluq hissi yarananda, böyük ehtimalla, orqanizm artıq susuzlaşıb", - Amerika təqaüdçülər assosiasiyasının mütəxəssisləri izah edir.
 
Laborator siçanlar üzərində aparılan tədqiqatlar göstərib ki, suyun istifadə edilməsində bir qədər məhdudiyyətlər həyatı qısaldır.
 
Bu, hipertoniyadan, ürək xəstəliklərindən və xərçəngdən müdafiə olunmamaqla izah edilir.
 
Günəş işığı
 
Yaxşı əhval-ruhiyyənin daha bir amili Günəş vannalarıdır, çünki onlar orqanizmin tsirkad ritmlərini tənzimləməyə kömək edir. Günəşdən siqnallar almaq üçün hər səhər, sonra günün sonunda 15-30 dəqiqəyə küçəyə çıxın.
 
Kaliforniya universitetindən koqnitivistika professoru Sara Mednik daima bu səhər prodəsedurunu etməyi tövsiyyə edir ki, dərketmə qabiliyyətinin yaxşılaşdırmaq və yuxunun keyfiyyətini yüksəltmək mümkün olsun.
 
Əgər yuxudan iki saat öncə televizor və başqa ekranları söndürsək, yuxu müddətini uzatmaq və onun keyfiyyətini artırmaq olar.
 
Qida batonları
 
Qida batonları az fayda vermir, lakin biz unuduruq ki, onların tərkibində çoxlu şəkər var.
 
"Qlükoza və fruktoza kollagen və elastində olan amin turşularını birləşdirir, bu da toxumaların möhkəmliyini təmin edir",- "Kliniki dermatologiya" jurnalında dərc edilən məqalədə deyilir.
 
Şəkər zülalla reaksiyaya girəndə, alınan son məhsullar dəridə qırışlar yaradır. Bunlar təkcə zahiri görünüşdə təsirsiz ötüşmür, həm də yaxınlaşan ateroskleroz, xroniki böyrək çatışmazlığı və Altsheymer xəstəliyi kimi degenerativ xəstəliklərdən xəbər verir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər