Çavuşoğlu: “Ukrayna məsələsinin həllində hamının gözü Türkiyədədir”
Dünya
3377
10 Sep 2022 | 09:41

Çavuşoğlu: “Ukrayna məsələsinin həllində hamının gözü Türkiyədədir”

“Biz çalışmalıyıq ki, Ukrayna müharibəsi diplomatik yollarla həll olunsun. Bu məsələlərdə hamının gözü Türkiyədədir, hamının ümidi Türkiyədir. Hər kəsin ümidi Prezidentimiz Rəcəb Tayyib Ərdoğanadır”.
 
Bunları Türkiyənin xarici işlər Mövlud Çavuşoğlu deyib.
 
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri dünyanın digər ölkələrində də gedən müharibələrdən danışıb:
 
"Ukraynada müharibə gedir. Suriyada müharibə bitməyib. İraqda qeyri-sabitlik var. Yəməndə müharibə davam edir. Liviyada qeyri-sabitlik davam edir. Biz də ətrafımızdakı problemlərin həlli üçün səy göstərəcəyik. Diplomatiyaya inanırıq. İnanırıq ki, bunları diplomatiya ilə həll etmək olar”.
 
Çavuşoğlunun sözlərinə görə, Türkiyə gücləndikcə bu problemlərin həllinə daha çox töhfə verir: “Bu gün Türkiyə təkcə öz regionunda deyil, dünyada da önəmli bir aktordur. Bu, Xalq Alyansının gücü sayəsində oldu. Ona görə də Xalq Alyansını Türkiyə üçün oynadığı bu mühüm rol, Türkiyəyə xidmətləri təkcə ölkəmizlə məhdudlaşmır. Onun təsiri bütün dünyada görünür. Xalq Alyansı nə qədər güclüdürsə, Türkiyə də o qədər güclüdür. Bundan sonra da əl-ələ verib millətimiz, bayrağımız, vətənimiz və amalımız üçün çalışacağıq”.
Link kopyalandı!
Son xəbərlər