“18 sentyabrda ermənilər Xocalıya hücum etdi...- Azərbaycanlılar istintaqa  cəlb olundu...”
Ekskluziv
Oxunub: 6809
09 Sep 2022 | 11:45
“18 sentyabrda ermənilər Xocalıya hücum etdi...- Azərbaycanlılar istintaqa  cəlb olundu...”
“Respublika rəhbərinin göstərişi ilə Bakıdan hərbi təyyarə ilə Xocalı aeroportuna uçdum...”
 
"Məsələ ondadır ki, 1923-cü il sentyabrın 18-də Xankəndinin adı dəyişdirilib 1918-ci ildə azərbaycanlılara qarşı kütləvi soyqırımına rəhbərlik edən, bolşevik maskası geyinmiş Stepan Şaumyanın üzdəniraq "şərəfi"nə "Stepanakert" adlandırılıb..."
 
1992-ci ilin 26 fevralında Azərbaycan türk sakinləri  amansız soyqırımına məruz qalmaqla işğal olunan Xocalı şəhərimiz, təəssüf ki, Milli Ordumuzun 44 günlük müzəffər savaşından sonra da Rusiya “sülhməramlı”larının məsuliyyət zonasına daxil edilməklə faktiki olaraq separatçı-terrorçu erməni rejiminin işğalı altında qalmaqdadır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra da Rusiyanı  himayəsində bəslənən separatçılar Xocalıda qanunsuz olaraq binalar tikməklə buraya Şuşa, Hadrut və digər ərazilərimizdən köçmüş soydaşlarını qeyri-qanuni məskunlaşdırmağa çalışırlar...
 
...30 il  8 aya yaxındır işğal altında qalan Xocalı şəhərinə işğalçı, irqçi və terrorçu xislətli ermənilərin ilk hücumunun 18 sentyabr 1988-ci ildə Xankəndində futbol matçına baxdıqdan sonra yeyib-içmiş bir qrup dığa tərəfindən təşkil edildiyini salamat qalmış yerli camaat və ətraf rayonların sakinləri istisna olmaqla çoxları bilmir. Həmin hücum və ondan sonra keçmiş Dağlıq Qarabağ və ətraf bölgələrdə baş verənlər barədə sabiq Ədliyyə naziri Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” kitabının “Xocalıya hücum” adlı bölməsində  və müəllifin mövzu ilə bağlı Moderator.az-a verdiyi yeni açıqlamalarda bəhs edilir.
Araşdırmamızdan Xocalıya hücumun niyə məhz 18 sentyabrda təşkil edilməsinin səbəbini də müəyyən etdik. Məsələ ondadır ki,  həmin olaydan düz 65 il öncə - 1923-cü il sentyabrın 18-də, yəni sovet imperiyası dövründə  Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilib 1918-ci ildə azərbaycanlılara qarşı kütləvi soyqırımına rəhbərlik edən, bolşevik maskası geyinmiş Stepan Şaumyanın üzdəniraq "şərəfi"nə "Stepanakert" adlandırılıb...
 
Aktuallığını nəzərə alaraq bəhs edilən materialı dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
 
“1988-ci ilin 18 sentyabrında ermənilərin Xocalıya hücum etmələri nəticəsində hər iki tərəfdən xəsarət alanlar oldu. Ermənilərdən öldürülənlər də vardı. Ermənilər meyitlərini keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisindən çıxararaq bu vəziyyəti öz əhalisindən onlarda vahimə yaranmasın deyə, gizli saxlayırdılar. Özü də öldürülənlər əsasən vilayətə kənardan gələn ermənilər idi...
 
Xocalıya hücum edən ermənilərə layiqli cavab verən Xocalı camaatından səkkiz nəfəri əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildi. Hətta onlar haqqında həbs qətiimkan tədbiri seçildi. Onların 6 nəfəri haqqında cinayət işinin icraatına, iki aydan sonra hərəkətlərində cinayət tərkibi olmadığına görə xitam verildi və həbsdən azad olundular. Adil Xudaverdiyev və milis işçisi Qurban Əliquliyev barələrində olan cinayət işi  üzrə ibtidai istintaq aparılıb qurtardıqdan sonra baxılmasından ötrü Rusiyanın Volqoqrad vilayət məhkəməsinə göndərildi. Bu işlə əlaqədar  respublikanın Ədliyyə naziri kimi SSRİ Ədliyyə Nazirliyinin aidiyyatı strukturunun rəhbəri Nikolayevə zəng edib ondan həmin cinayət işinə vaxtında və ədalətli baxılmasına nəzarət etməsini xahiş etdim. Volqoqrad Vilayət Məhkəməsinin respublikamızda keçirdikləri məhkəmədə hər iki müttəhim təcrübəli vəkillərlə təmin olundu. A.Xudaverdiyev və Q.Əliquluyev haqqında bəraət hökmü çıxaran məhkəmə onları həbsdən azad etdi... 
 
1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdikdən sonra Xankəndinə qayıdan ermənilərin Xankəndinin mərkəzində yaşayan azərbaycanlıların 60 şəxsi evini və 288 dövlət sektoruna məxsus olan mənzillərini əmlak qarışıq yandırıb məhv etdiklərinə görə Xankəndindən ilk köçkünlərin Ağdama gəlişləri ilə əlaqədar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin(KP MK) 10 oktyabr 1988-ci il tarixli büro iclasının qərarı ilə Ağdamda Köçkünlərə yardım komissiyası yaradıldı...” 
 
Ə. Orucov Moderator.az əməkdaşıyla söhbətində sözügedən komissiyanın yaradılması və ona rəhbər təyin olunandan sonra gördüyü işlər haqda əlavə olaraq bunları danışıb:
 
“İştirak etdiyim büronun işi başa çatan kimi dərhal respublikanın o vaxtkı rəhbəri – Azərbaycan KP MK-nın 1-ci katibi Əbdürrəhman Vəzirovun göstərişi ilə Bakının Qala qəsəbəsindəki hərbi aerodroma yollandım. Bir neçə dəqiqədən sonra 1-ci katib özü də oraya gəldi və hər ikimiz təyyarə ilə  Xankəndi yaxınlığındakı Xocalı aeroportuna uçduq.  Həmin dəqiqələrdə İrəvandan qalxan Ermənistan KP MK-nın 1-ci katibi Seyran Arutyunyanın uçduğu təyyarə də eyni vaxtda orada yerə endi.  Vəzirovla Arutyunyan Xankəndinə yollandılar...  Mən isə Vəzirovun tapşırığıyla oradan bir taksiyə əyləşərək Xocalı şəhərinə yollandım.  Amma şəhəri yaxın bir yerdə düşməli oldum. Çünki milliyyətcə erməni olan taksi sürücüsü Xocalıya daxil olmaqdan ehtiyat edirdi...
 
Xocalıda yerli camaatla görüşüb sentyabrın 18-də ermənilərin şəhərə etdiyi hücumla bağlı xeyli söhbət edərək müəyyən məlumatlar topladım... Bir neçə saatdan sonra Xocalıdan Ağdama yollandım. Ertəsi gün Ağdam-Xankəndi yolu üzərindəki Əhmədavar kəndində yerləşən və “PMK-25” adlanan 25 saylı səyyar mexanikləşdirilmiş tikinti idarəsinin binasında Köçkünlərə Yardım Komissiyasının qərargahını qurdum. Xatırladım ki, əvvəl Mərkəzi Komitənin bürosunda komissiya barədə məsələ müzakirə olunanda qurumun işinə 10 gündən bir növbəliklə müxtəlif nazirlərin rəhbərlik edəcəyi qərara alınmışdı. Lakin 10 gündən sonra məni əvəz etməyə başqa nazir gəlmədi. Vəzirov telefon danışığı zamanı bildirdi ki, sənin sonadək Ağdamda qalaraq qərargahın işinə rəhbərlik etməyin qərara alındı... 
 
Beləliklə, gərgin işə başladım. Günortaya qədər Ağdam yaxınlığındakı qərargahda olur, köçkünləri qəbul edir, onların problemlərini mümkün qədər həll etməyə çalışır, bundan sonra isə keçmiş Dağlıq Qarabağın kəndlərinə gedir, oralardakı  insanlarımızın problemləri ilə tanış olurdum... 
 
Həmin günlər Ağdama həddindən çox qaçqın və məcburi köçkün ordusu toplanmışdı. Ermənistandan zorla qovulmuş  qaçqınlardan əlavə, Xankəndindən və Yuxarı Qarabağın digər məntəqələrindən ermənilər tərəfindən doğma yurdlarından çıxarılmış köçkünlərin axını başlanmışdı. Aləm bir-birinə qarışmışdı. Mütəmadi olaraq Vəzirova zəng edir,  vəziyyətin günü-gündən ağırlaşması haqda məlumat verirdim. Eyni zamanda çətinliklə də olsa, vaxt tapıb Xankəndinə gedərək 18 sentyabr hadisələrində ermənilər tərəfindən ciddi ziyan vurulmuş azərbaycanlıların evlərində oldum  və onların da problemlərini və çıxış yollarını müzakirə etdik...”
 
Qayıdırıq  sabiq nazirin “Mübarizəmiz Qarabağdadır” kitabında ermənilərin 18 sentyabr 1988-ci ildə ermənilərin Xocalıya hücumundan sonra Qarabağda yaranmış durumun təsvirinə:   
 
“O ərəfədə keçmiş Dağlıq Qarabağda ermənilərin yerli azərbaycanlı əhalinin gündəlik zəruri tələbatdan məhrum edildiklərinin nəzərə alan bir neçə vəzifəli şəxs vilayətdə olub xalqımıza maddi və mənəvi dəstək göstərirdilər. Onlardan bir neçə nəfərinin adını çəkib, fədakar əməkləri barədə, qısaca da olsa, məlumat verməyi özümə borc bilirəm... 
 
O dövrün səhiyyə nazirinin müavini Rahim Hüseynovun Qarabağda gördüyü işlər əvəzsiz idi. O, daim Qarabağda olub, oradakı xəstəxana və tibb məntəqələrinin müasir texnika, avadanlıq, dərman preparatları ilə təmin olunmasını təşkil edirdi. Azərbaycanlılar yaşayan kəndlərdə tibb məntəqələri yaradır, həmin məntəqələri nəqliyyat vasitələri ilə təchiz edirdi. Bölgələrdə olub əhalinin sağlamlığı ilə maraqlanır, müalicəsi vilayətdə mümkün olmayan xəstələri Bakıya apartdırıb müalicə müəssisələrində yerləşdirilməsini, müayinə və müalicəsini bilavasitə öz nəzarəti altında saxlayırdı. Keçmiş vilayətin bütün kənd və qəsəbələrində azərbaycanlı əhalinin sağlamlığına xidmət edən bir sıra tədbirlər həyata keçirirdi...
 
 Maliyyə nazirinin müavini Tofiq Mirzəyevin rəhbərliyi və bilavasitə iştirak etdiyi komissiya Xankəndində və vilayətin digər bölgələrində azərbaycanlıların ermənilər tərəfindən məhv edilmiş əmlakını siyahıya alıb dəyərinin dövlət tərəfindən əmlak sahiblərinə ödənilməsini təşkil etmişdir... 
 
“Azərittifaq”ın sədrinin birinci müavini Əlvida Babayev Xankəndində və vilayətin azərbaycanlılar yaşayan digər bölgələrində ermənilərin bizim camaata yeyinti ərzağını əldə etməsinə imkan vermədikləri ünvanlarda olub(harda ki, azərbaycanlılara mağazalrda heç nə satılmırdı) onların ehtiyacı olan əsas ərzaq növləri ilə təmin olunmaları üçün səyyar satış təşkil edirdi... 
 
Viktor Polyaniçkonun rəhbərlik etdiyi Respublika Təşkilat Komitəsi fəaliyyətə başlayan günədək, yəni 1990-cı ilin 30 yanvarınadək Ağdamda fəaliyyət göstərdim. Demək olar ki, A.Volskinin Xankəndində Xüsusi İdarəetmə Komitəsinə rəhbərlik etdiyi dövrdə mən də Ağdamdakı komissiyanın işinə rəhbərlik etmişəm... Polyaniçko Dağlıq Qarabada fəaliyyətə başlamazdan əvvəl Ağdamdakı Köçkünlərə Yardım Komissiyasının işini ləğv etdi... Bundan sonra mən  fəaliyyətimi keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonlarda davam etdirməli oldum...”
 
Bəs görəsən, 18 sentyabr  1988-ci ildə  Xocalıya hücum edərək dinc sakinlərə xəsarətlər yetirən və üstəlik, Xankəndinə qayıtdıqdan sonra oradakı azərbaycanlılara məxsus ev və dövlət sektoruna aid mənzilləri yandıran onlarla erməni haqqında cinayət işi qaldırıldımı? Evi dağıdılmış soydaşlarımızın ev və obyektlərinin bərpası üçün hansısa tədbirlər görüldümü?..  
 
O zaman hadisə yerində olmuş sabiq Ədliyyə naziri Əlisaab Orucovun sualımıza belə cavab verir:
 
“Təəssüf ki, o günlər SSRİ prokurorluğu tərəfindən Xocalı və Xankəndindəki soydaşlarımıza qarşı cinayət törətmiş ermənilər haqqında heç bir cinayət işi qaldırılmadı və soydaşlarımızın ev və mənzillərinin bərpası üçün heç bir tədbir görülmədi. Mən Köçkünlərə Yardım Komissiyasına rəhbər təyin edildikdən sonra həmin vaxt artıq Xankəndində Qorbaçovun xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Arkadi Volski ilə görüşüb bu istiqamətdə tədbirlər görülməsini tələb etdim. Təəssüf ki, dediyim kimi, heç bir tədbir görülmədi. Əksinə, yalnız Xocalıda ermənilər tərəfindən hücuma məruz qalmış və zəruri müdafiə tədbirinə əl atmış azərbaycanlılar cinayət məsuliyyətinə cəlb edildi. Özü də cinayət işi SSRİ prokurorluğu tərəfindən qaldırılsa da, onlar cinayətin baş verdiyi Azərbaycan ərazisindəki məhkəmələr tərəfindən deyil, Rusiyanın məhkəmə qurumları tərəfindən mühakimə olunmağa başlandı. Yaxşı ki, kitabımda da yazdığım kimi, bizim səylərimiz nəticəsində haqsız yerə məsuliyyətə cəlb olunmuş soydaşlarımızın işlərinin xətm olunaraq azadlığa çıxmalarına nail ola bildik...”
 
Qarabağ torpaqlarımızın ermənilər tərəfindən işğalının bünövrəsinin qoyulmasında yetərincə rolu olmuş  ermənipərəst A.Volskidən söz düşmişkən,  sabiq nazirin kitabında onunla bağlı belə bir məqam diqqətimizi cəlb etdi. Söhbət düz 33 il öncə bu günkü tarixdə- 1989-cu il sentyabrın 9-da baş vermiş olaydan gedir.  
 
Ə.Orucov yazır:
 
“1989-cu il sentyabrın 9-da axşam tərəfi Bakıdan Qarabağa qayıtmağa hazırlaşırdım.  Gördüm camaat axın-axın Azadlıq meydanına doğru gedir. Mən də insanlara qoşulub getdim. Meydana bir milyondan artıq insan toplnmışdı. Bir az keçmiş məni xalqın arasında görənlər mikrofon vasitəsi ilə tribunaya dəvət etdilər...
 
Mitinqdə çıxış edərək Qarabağda həmin günə olan gerçək vəziyyəti xalqa çatdırdım.  Dedim ki, Volski orada ermənilərə rəvac verib, azərbaycanlılara qarşı saysız-hesabsız cinayətlər törətməklə məşğuldur.  Ona görə də o, Qarabağı tərk etməli və onun ermənilərin xeyrinə rəhbərlik etdiyi komitə ləğv olunmalıdır. Bu çıxışımdan sonra meydan təlatümə gəldi...
 
Bir neçə gün sonra isə Xüsusi İdarə komitəsi ləğv edildi və Volski Azərbaycanı tərk etməli oldu...” 
 
 
Deyilənlər bir daha onu göstərir ki, imperiyapərəst Kreml hakimiyyəti keçmişdə də, indi də öz maraqlarına uyğun bəzi məqamlar istisna olmaqla bütövlükdə Azərbaycan xalqının ədalətli mövqeyini müdafiə etməkdə, onun tapdanmış haqlarının bərpasında maraqlı olmayıb və maraqlı deyil... 
 
Sultan Laçın
 
 
 
Oxşar xəbərlər
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı