Veteran:
Cəmiyyət
3356
07 Sep 2022 | 17:04

Veteran: "Yuxuda nə görmüşdümsə, müharibədə hamısını yaşadım" - FOTO

"Müharibədən əvvəl tez-tez yuxumda görürdüm ki, əsgər yoldaşlarımla düşmən tərəfindən işğal olunmuş torpaqlarımıza getmişik".
 
Bunu "Report"a açıqlamasında Vətən müharibəsi veteranı Vüsal Rəhimli deyib.
 
O, buna görə də hər dəfə dost-tanışlarına həmin günün yaxın olduğunu deyirmiş: "Yuxuda nə görmüşdümsə, müharibədə hamısını yaşadım. Ona görə də hamıya deyirdim ki, darıxmayın, o gün yaxındadır".
 
V.Rəhimli bildirib ki, Azərbaycanın haqq savaşında onun da payı olduğu üçün xoşbəxtdir.
 
Qeyd edək ki, Vüsal Rəhimli Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Vətən müharibəsinə könüllü qatılıb. Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Döyüşlərin şiddətli vaxtı minaya düşərək sağ ayağını itirib.
 
Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Vüsal Tağı oğlu Rəhimli "Füzulinin azad olunmasına görə", “Xocəvəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
 
Vüsal Rəhimli müharibə veteranı kimi dövlət qayğısı ilə də əhatə olunub. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran şəhərində yerləşən yeni yaşayış kompleksində tam təmirli 2 otaqlı mənzil və minik avtomobili verilib.
 
 
Link kopyalandı!
Son xəbərlər