Hindistanda yenidən viza ala bilmək üçün barmaq izlərini dəyişdirdilər - FOTO
Cəmiyyət
3383
06 Sep 2022 | 10:22

Hindistanda yenidən viza ala bilmək üçün barmaq izlərini dəyişdirdilər - FOTO

Hindistanda qəribə cərrahiyyə əməliyyatının üstü açılıb. Belə ki, deportasiya olunduqları Küveytə yenidən iş vizası almaq istəyən iki nəfər barmaq izlərini dəyişdiriblər.
 
Məlum olub ki, bu iş üçün xüsusi həkimlər tapılıb. Razılığa əsasən cinayətkarların barmaqları üzərində dəri parçası kəsilib, sonra izin dəyişik görünməsi üçün fərqli şəkildə tikilib. Yara izi bir müddət sonra sağaldığı üçün problem olmamalı idi.
 
Lakin tezliklə işin üstü açılıb. Hüquq mühafizə orqanının xüsusi əməliyyatı bu planı yarımçıq qoyub.
 
Həkimlər və pasiyentlər saxlanılıblar. Əməliyyatı həyata keçirənlərin hər biri 25 min hind rupisi (təxminən 532 manat) məbləğində cərimələniblər. İş vizası üçün fırıldaqçılığa baş vuranlar isə həbs olunublar.

Link kopyalandı!
Son xəbərlər