Ukrayna müharibəsi nəticəsində 382 uşaq həlak olub, 740 azyaşlı yaralanıb
Dünya
3240
04 Sep 2022 | 18:21

Ukrayna müharibəsi nəticəsində 382 uşaq həlak olub, 740 azyaşlı yaralanıb

Rusiya Federasiyasının Ukraynaya hücumu hücumu nəticəsində 382 uşaq həlak olub, 740-dan çox uşaq yaralanıb.
 
Bu barədə Moderator.az Ukrayna Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.
 
"2022-ci il sentyabrın 4-ü səhər saatlarına Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1 122 nəfərdən çox uşaq zərər çəkib. Rəsmi məlumatına görə, 382 uşaq ölüb, 740-dan çox uşaq yaralanıb. Ən çox uşaq Donetsk vilayətində zərər çəkib – 388 nəfər, Xarkovda 204, Kiyevdə 116, Nikolayevdə 71, Çerniqovda 68, Luqanskda 61, Xersonda 55, Zaporojyedə 46 azyaşlı zərər çəkib", - xəbərdə bildirilir.
 
Qeyd olunur ki, bu rəqəmlər yekun deyil, çünki aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə bununla bağlı göstəricilərin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
 
Sentyabrın 3-də Dnepropetrovsk vilayətinin Zelenodolsk şəhərinin atəşə tutması nəticəsində 9 yaşlı uşaq həlak olub.
 
Rusiya silahlı qüvvələrinin bombalaması və atəşə tutması nəticəsində 2 328 təhsil müəssisəsi zərər görüb, onlardan 289-u tamamilə dağıdılıb.
Link kopyalandı!
Son xəbərlər