Ülviyyə Fətəliyeva:
İdman
2730
03 Sep 2022 | 13:30

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

"Uğurumuz gərgin məşqlərin nəticəsidir".
 
Bunu Çexiyanın paytaxtı Praqadakı şəxsi Avropa çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva deyib.
 
26 yaşlı qrossmeyster yarışa qələbə üçün yollandığını bildirib: "Hər zaman məqsədimiz birinci olmaqdır. Qadın şahmatçılarımız Hindistandakı olimpiada da yaxşı çıxış etdi. Həmin yarışın sonuncu turunda gürcüləri yensəydik, çempion da olardıq. Martdan etibarən olimpiadanın hazırlıqlarına başlamışdıq. İntensiv təlim-məşq toplanışları nəticəsini göstərdi. Tarixdə bir ilkə imza atmağımız olduqca fərəhlidir".
 
Fətəliyeva medal qazandığına görə çox şad olduğunu söyləyib: "Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq isə xüsusilə sevindirici oldu. Ən çətin görüşüm qızıl medala sahib çıxan polşalı Monika Soçko ilə doqquzuncu tura təsadüf etdi. Ağ fiqurlarla oynamağımdan istifadə etməyə çalışdım, amma alınmadı. Əslində yaxşı üstünlük qazanmışdım. Vaxt azlığında bir neçə səhv buraxaraq çətin vəziyyətə düşdüm. Hər halda oyunda heç-heçəyə nail oldum".
 
Şahmaçı 21 - 24 sentyabrda Şuşada keçiriləcək superturnir barədə də fikirlərini bölüşüb: “Çox həyəcanlıyıq. Əzəmətli Şuşada şahmat oynamaq hər birimizin arzusudur. Bu yarışa xüsusi hazırlaşacayıq. Şuşadakı turnirdə də yüksək yerlər uğrunda mübarizə aparacağam".
 
Qeyd edək ki, Avropa çempionatında Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal əldə edib.
 
Link kopyalandı!
Son xəbərlər