Ekskluziv
3239
31 Aug 2022 | 19:32

"Təhlükəsizlik Şurasını sirkə döndərməyə dəyməz, bir təlxək bizə kifayət edər..."

"Ukraynada döyüş meydanında intellekt səviyyəsi heç olmasa 25 olan nazir müəyyən problemlər yarada bilər, Zolotovda bu göstərici 7-dir..."
 
"Rusiya Qvardiyası döyüş əməliyyatlarında bilavasitə iştirak edir..."
 
Nevzorov Şoyqunu əvəzləyəcək adam haqqında danışıb...
 
"Onun intellekti ortadan aşağıdır, Navalnıdan kotlet hazırlayacağını vəd edib..."
 
Rusiyalı müxalifətçi, artıq Ukrayna vətəndaşı olan Aleksandr Nevzorov bəyan edib ki, müdafiə naziri Sergey Şoyqunu postunda Rusiya Qvardiyasının baş komandanı general Viktor Zolotov əvəzləyə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
 
"Mümkündür ki, Zolotov Şoyqunun yerinə müdafiə naziri olsun. Cox böyük ehtimal var. Bu barədə narahat olmağa dəyməz. Ukrayna üçün cəbhədə "ay-kyu"su ( IQ- intellekt  səviyyəsinin əmsalı-red.) Zolotovda olduğu kimi 7 deyil, heç olmasa 25 olan nazir müəyyən problemlər yarada bilər", - Nevzorov yazıb.
 
Bu ərəfədə Zolotov Kreml rəhbərinə Rusiya Qvardiyasının Ukraynada rolu barədə məruzə edib. O, o cümlədən deyib ki, Rusiya Milli Qvardiyasının qoşunları qayda-qanunu təmin edir, habelə Rusiyanın zəbt etdiyi Ukrayna torpağında əhaliyə tibbi xidmət göstərir.
 
O, həmçinin dəqiqləşdirib ki, Rusiya Qvardiyasının qoşunları Donbasda, Zaporojye və Xerson vilayətlərində döyüş əməliyyatlarında bilavasitə iştirak edir.
 
Qeyd edək ki, "Dosye" mərkəzi tərəfindən aparılan araşdırmanın gedişində müəyyən edilib ki, 68 yaşlı Viktor Zolotov bir neçə il dalbadal digər hərbçi, biznesmen və rəfiqələri ilə bir kompaniyada Seyşel adalarına uçub. 
 
Tədqiqatçılar müəyyən edib ki, uçuşlar 2017-2019-cu illər arasında baş tutub. 
 
Jurnalistlər Zolotov, biznesmenlər və onların rəfiqələrinin dənizdə istirahət etdiyini əks etdirən fotoşəkilləri öyrənərək, bu nəticəyə gəlib ki, bu şəkillər beşulduzlu "Four Seasons" otelinin çimərliyində çəkilib.
 
"Dosye"nin dəyərləndirməsinə görə, Moskvadan Seyşel adalarına və əks istiqamətə biznes-klasda uçuşların qiyməti 2017-2019-cu illərdə 160-170 min avro təşkil edib. Oteldə 10 gün qalmaq 12-20 min avro təçkil edib.
 
Tədqiqatçılar yazıb ki, Viktor Zolotovun rəsmi gəlirləri təxminən ildə 100 min avro təşkil edir, amma ona Seyşelə uçuşuna görə ödəniş etməyə də imkan verilməyib.
 
2018-ci ilin avqustunda Aleksey Navalnı öz araşdırması nəticəsində müəyyən edib ki, Rusiya Qvardiyası pərakəndə satış qiymətindən 2-3 dəfə yüksək qiymətə tərəvəz alışına 2 milyard rubl xərcləyib.
 
Cavabında Zolotov Navalnını duelə çağırıb və siyasətçidən kotlet hazırlamağı vəd edib. Navalnı ona debatlar təklif edib, amma o, bundan imtina edib.
 
"General SVR"-in məlumatına görə, Putin Zolotovun aşağı intellektə malik olmasını çox gözəl bilir və Kreml rəhbəri onun müdafiə naziri postuna təyin etmək haqqında hələ qərar verməyib.
 
"Artıq bir müddətdir ki, prezident öz yaxın ətrafı ilə Zolotovun müdafiə naziri, Şoyquya isə Təhlükəsizlik Şurasında vəzifə veriməsi müzakirə edilir. Lakin müzakirə zamanı həmsöhbətlərdən biri Zolotov barədə belə deyib: "O ki, axmağın birisidir!", buna cavab olaraq Putin deyib: " Bizdə kim axmaq deyil ki?"
 
Şoyqunun Təhlükəsizlik Şurası katibinin növbəti müavini təyin edilməsinə Nikolay Patruşev qəti etiraz edib. Onun sözlərinə görə, Təhlükəsizlik Şurasını sirkə çevirməyə dəyməz, onsuz da bir təlxəyimiz var (Medvedev nəzərdə tutulur), bu, kifayət edər.
 
Putin isə hələ də qərar verməyib və dünənki görüş nəticəsiz qalıb", - məlumatda belə deyilir.
Link kopyalandı!
Son xəbərlər