Ukrayna rəsmisi: “Xerson uğrunda şiddətli döyüşlər başlayıb”
Dünya
3461
29 Aug 2022 | 16:00

Ukrayna rəsmisi: “Xerson uğrunda şiddətli döyüşlər başlayıb”

Avqustun 29-dan etibarən Ukrayna hərbçiləri Xerson uğrunda döyüşlərə başlayıblar.
 
Bu açıqlama ilə Odessa vilayət hərbi administrasiyasının sədrinin müavini Oleksiy Matsuleviç çıxış edib.
 
“Rəsmi olaraq Xerson şəhəri uğrunda döyüşlər başlayıb!” – O. Matsuleviç vurğulayıb.
 
Qeyd edək ki, Xerson vilayətinin bir hissəsi rus qoşunları tərəfindən işğal olunub.
 
Bu barədə Xerson vilayəti dövlət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
 
“Xerson vilayəti qismən, Oleşki isə tam olaraq Rusiya qoşunlarının nəzarətindədir. Hərbi obyektlər düşmən aviasiyası tərəfindən məhv edilib. Dnepr çayı üzərindən keçid işğalçıların nəzarətindədir”, - qurumdan bildirilmişdi.
 
Link kopyalandı!
Son xəbərlər