Ekskluziv
3625
27 Aug 2022 | 13:08

"Müqavimət Hərəkatı sentyabrın 2-də böyük mitinq keçirəcək" - Saqatelyan

Ermənistanın Müqavimət hərəkatı sentyabrın 2-də böyük mitinq keçirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Müqavimət Hərəkatının koordinatoru, “Ermənistan” blokunun deputatı, Daşnaksütyun psrtiyasının Ali orqanının nümayəndəsi İşxan Saqatelyan özünün “Facebook” səhifəsində video paylaşaraq yazıb.
 
Saqatelyan videonun altında yazıb: “İtirməyək, ayağa qalxaq... Sentyabrın 2-də, saat 19:30-da Fransa meydanında böyük mitinq olacaq”.
 
Xatırladaq ki, Müqavimət Hərəkatının sonuncu mitinqi iyulun 29-da baş tutub.
 
Link kopyalandı!
Son xəbərlər