Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 26-da Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.
Hökumət başçıları ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə etdilər.