Sərsəng su anbarının istismar qaydalarını Azərbaycan müəyyənləşdirəcək - VİDEO
Cəmiyyət
2825
25 Aug 2022 | 16:58

Sərsəng su anbarının istismar qaydalarını Azərbaycan müəyyənləşdirəcək - VİDEO

Laçının mərkəzində, yəni dəhlizin olduğu bölgədə vəziyyətin necə olduğunu əlbəttə ora getdikdən sonra görəcəyik. İllərdir işğal altında olan, Qarabağın ən böyük su anbarı olan Sərsəngə isə dünən getdik, baxış keçirdik, danışıqlar aparılırdı uzun müddət və nəticə var. İllərdir ermənilər yayda suyu bağlayırdı, 6 rayonumuzun torpaq sahələri susuzluqdan yanırdı, qışda da suyu açıb buraxırdılar, oraları su basırdı. Vətən müharibəsindəki zəfərimizdən, qisas əməliyyatımızdan sonra bütün bu məsələlər həllini tapır.
 
Moderator.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,30 ildən sonra ilk dəfə Azərbaycan su mütəxəssisləri Qarabağın ən böyük su anbarına - Sərsəngə baxış keçiriblər.
 
Prosesdə iştirak edən "Meliorasiya və Su Təsərrüfatı "ASC-nin rəsmisi Adil Qafarlı bildirib ki, artıq Sərsəng Su anbarının istismar qaydaları Azərbaycanın tələbləri əsasında formalaşacaq.
 
Adil Qafarlı deyib ki, anbarla bağlı iki məsələ - su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlara su verilməsinin bərpası müzakirə olunub.
 
Xatırladaq ki, Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 000 hektar ərazi suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su eletrik stansiyası tikilib.

 
Link kopyalandı!
Son xəbərlər