Ekskluziv
2982
24 Aug 2022 | 02:53

"Ukraynalıların qətlindən məndə seksual həvəs yaranır"...

"İnsan müharibəyə gedəndə bu, cinsi həvəsə bənzəyir, bu, təcavüz etmək, qız istəmək deməkdir..."
 
"Sən donuz balasını öldürəndə arvadının dul qalmasından həzz alırsan..."
 
"Belə psixi sağlam kişilərin etirafından sonra rus dünyası uğrunda döyüşmək deyil, adamın qusmağı gəlir..."
 
"O, bizə Vətəni sevməyi və  nə qədər güclü olsa da, düşməndən qorxmamağı öyrədib..."
 
Rusiyalı hərbçi etiraf edib ki, o, ukraynalıların qətlindən ehtirasa gəlir...
 
Rusiyalı hərbçi Yevgeni Rasskazov (şərti adı "Topaz"dır) etiraf edib ki, ukraynalıların qətlindən onda seksual həvəs oyanır. 
 
Moderator.az xəbər verir ki, bu barədə o, birbaşa efirdə danışıb, söhbətin fraqmentini ukraynalı jurnalist Denis Kazanski dərc edib.
 
"İnsan müharibəyə gedəndə bu elə cinsi həvəs deməkdir. Bu, təcavüz etməyi istəmək deməkdir. Bu, təxminən qız istəmək deməkdir. Sən donuz balasını öldürəndə, - hamı kimdən söhbət getdiyini anlayır, - sən onun arvadının dul qalmasından həzz alırsan. Sən onun tabutu evə gələndən sonra onların ailəlikcə hönkürdüyündən ləzzət alırsan. Və bu zaman ereksiya baş verir!"- Rasskazov bəyan edib.
 
"Əvvəllər mən rusiyalı hərbçiləri çox vaxt nasist adlandırırdım, amma bu, onlar üçün kompliment deməkdir. Nasizmdə nəsə bir estetika var, o, cazibəli görsənə bilər, burada isə...Hansısa nekrofiliyadır, həbsxana çarpayısının altından çıxan hansısa pedofilin
qətldən həvəsə gəlməsi barədə açıqlamasıdır, görünür, uşaq vaxtı qaraj arxasında xuliqanların təcavüzünə məruz qalıb. Belə psixi sağlam kişinin etiraflarından rus dünyası uğrunda döyüşməyə yox, adamın qusmağı gəlir", - rusiyalı hərbçinin etirafını Denis Kazanski belə şərh edib.
 
Rasskazov artıq ukraynalı jurnalistin fikirlərinə münasibət bildirib.
 
"Belə rusofob xoruzlanmaqdan mən əsməcə tuturam və anlayıram ki, hər şeyi düz edirəm. Hətta məndə bir az ereksiya da baş verir", - o, belə yazıb.
 
Hal-hazırda Topaz Ukraynada döyüşür və özünün "Danışır TopaZ" Telegram-kanalını aparır. Bu ilin aprelin 20-də Rasskazov öz kanalında öz fotosunu paylaşıb.
 
"Bu gün bizim silahdaşımız və dostumuzun doğum günüdür, o, çoxlarımız üçün, ahıl yaşına rəğmən, nümunə olub. O, bizə Vətəni sevməyi və heç vaxt, nə qədər güclü olsa da, düşməndən qorxmamağı öyrədib. O, bizə tarixən bizə məxsus olan əzəli torpaqlar uğrunda döyüşməyi öyrədib. Hərçənd, o, çoxdandır aramızda deyil, onun sözləri və əməlləri qəlbimizdə yaşayır və bizi Ukrayna-bolşevik əclaflarını vurmağa və böyük Rusiyanın şərəfini artırmağa ruhlandırır!"- Rasskazov fotosunun altında bu sözləri yazıb.
 
Qeyd edək ki, aprelin 20-də Adolf Hitlerin doğum günüdür.
 
Fotoda qarşısında dayandığı KamAZ-da "Z" hərfindən başqa, 88 rəmzi də var, bunun da mənası "Hayl, Hitler" deməkdir ("Heil Hitler"- "8"- "H" hərfinin ingilis əlifbasındakı sıra nömrəsidir).
 
İyulun sonunda Topaz rusiyalı əsgərlərin əsir ukraynalının kastrasiya edildiyi şok videoya münasibət bildirib.
 
"Mən axı demişdim ki, sizi kastrasiya edəcəklər. Mən artıq onadək belə videonu izləmişəm...Əvvəlcədən kastrasiya edilən donuzlar üçün hürən hər bir itə cavab verirəm: rus əsgəri rus xalqını təhdid etməyə cəsarət edən istənilən hadisəyə qarşı  qəddar, soyuqqanlı və səmərəli məhvedici və qorxunc silah deməkdir. Bəli, ölüm! Rusiyaya eşq olsun!"- Rasskazov belə yazıb.
Link kopyalandı!
Son xəbərlər