Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Federasiyası qondarma könüllü dəstələri yaratmağa davam edir. Muzdlulara bonuslar və 3000 dollardan çox maaş vəd edilir.
Bu barədə ISW-nin (Müharibənin Tədqiqi İnstitutu) analitikləri məlumat verib.
ISW-nin məlumatına görə, Zaporojye vilayətindəki rus işğalçıları regionun müstəqilliyini elan ediblər. Eyni zamanda, onlar işğal olunmuş bölgəyə daxil olan ukraynalıları sığınacaq axtaran şəxs kimi qələmə verirlər.
Bundan əlavə, Rusiya qoşunlarının İzyumun cənub-qərbində və cənub-şərqində lokallaşdırılmış döyüş hücumları həyata keçirdiyi bildirilir. İşğalçılar Severskin cənub-şərqinə, Baxmutun şimal-şərqinə və cənubuna quru hücumlarını davam etdirirdilər. Bundan əlavə, işğalçılar Donetskin şimal və qərb kənarlarından irəliləmək cəhdlərini davam etdirərək Donetskin cənub-qərbinə zərbələr endiriblər.