İdman
3933
21 Aug 2022 | 12:32

"Viktoriya" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.
 
Qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
 
FIFA referisi Artur Diaşa Ruy Tavareş və Paulu Soareş laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Luiş Qodinyu və Tyaqu Martinş olacaq.
 
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.
 
(Report)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər