"Ukrayna ABŞ və Avropadan milyardlarla dollarlıq silah aldığı zaman Rusiya öz ehtiyatlarına bel bağlamağa məcburdur"
"Rusiya Suriyada 160 növ müasir silahları sınaqdan keçirib"
"Rusiyanın Dağlıq Qarabağdan sülhməramlı qüvvələrinin bir hissəsinin Ukraynaya göndərməsi fonunda Azərbaycanla Ermənistan arasında gərginlik artıb"
Rusiya Ukraynada müharibə törədərək, hərbi texnika sarıdan böyük itkilərlə üzləşir. Ehtimal ki, ötən ay o, öz silahlarını Suriyadan çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşrinə istinadən "Detaly" saytı yazıb.
Müharibənin gedişində 80 minədək rusiyalı hərbi qulluqçu həlak olub və ya yaralanıb. Bunu ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Kolin Kal bu həftə Pentaqonda ənənəvi brifinqdə bəyan edib.
ABŞ-ın dəyərləndirməsinə görə, Rusiya özünün yüksək dəqiqliklə vuran döyüş sursatlarının, o cümlədən hava və dəniz bazalı raketlərinin xeyli hissəsindən istifadə edib, 4 minədək tank və başqa zirehli texnika itirib, o, deyib.
Əgər bu hesablamalar doğrudursa, Modkvanın öz itkilərini mümkün olan istənilən üsullarla bərba etməsi təəccüblü deyil.
Ukrayna ABŞ və Avropadan milyardlarla dollarlıq silah aldığı zaman Rusiya öz ehtiyatlarına bel bağlamağa məcburdur.
Belə ki, Rusiya müdafiə nazirliyi ilə əlaqəli olan və ABŞ-ın sanksiyaları altına düşən Sparta II ticarət gəmisi 17-25 iyulda Rusiyanın istifadə etdiyi Suriyanın Tartus limanından çıxıb, Türkiyədə Bosfor boğazından keçərək Novorossiyskə gəlib, bu zaman onun bortunda hərbi texnika olub, Avropa kəşfiyyatı belə hesab edir.
Maraqlıdır ki, sanksiyalar altında olan bu gəmi NATO üzvü olan Türkiyə tərəfindən maneçilik edilmədən bu yolu qət edib.
Ankara fevralın 24-də hərbi müdaxilə başlanandan boğazı hərbi gəmilər üçün bağlayıb, lakin kommersiya gəmiləri Bosfor boğazından keçə bilər.
Bundan öncə Rusiya həm də Sparta II-yə məxsus olan "Oboronlogistika" ASC şirkətinin yük gəmilərindən yüklərin Rusiyadan Suriyaya daşınması üçün istifadə edib.
Bu məsələ ilə tanış olan türkiyəli məmur deyib ki, ticarət gəmisi yalnız hüquq pozuntularına şübhələr olduğu zaman yoxlanılacaq.
2017-ci ildə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, rusiyalı hərbçilər Suriyada 160 növ müasir silahları, o cümlədən qırıcıları, lazer yönətimi olan raketləri, tankları, radioelektron mübarizə metodlarını və HHM sistemlərini sınaqdan keçirib.
Rusiya Putinin kuratorluğu ilə onillik modernləşmə proqramı çərçivəsində nəhəng silah ehtiyatları yaradıb və Kremlin rəsmi şəxsləri tədarüklə bağlı problemlərin mövcudluğunu inkar edir.
Bununla birlikdə, Amerika və Avropa məmurları deyir ki, böyük sayda tankların və zirehli transportyorların itkisi Moskvanı köhnə texnikadan, o cümlədən T-62 tanklar ehtiyatından istifadə etməyə vadar edir.
Kremlin əlavə insani və texniki ehtiyatları digər yerlərdə axtarmasını göstərən əlamətlər də var.
Son həftələr Rusiyanın Dağlıq Qarabağda olan 2 minədək sülhməramlı qüvvələrini azaldaraq, onları Ukraynaya göndərməsi məlumatları fonunda Azərbaycanla Ermənistan arasında gərginlik artıb.
ABŞ mart ayında bəyan edib ki, Rusiya 2008-ci il müharibəsindən sonra Gürcüstandan qopan və min əsgər saxladığı Cənubi Osetiyadakı qoşunlarının bir hissəsini Ukraynaya göndərib.
Qərb xüsusi xidmət orqanlarının məlumatlarına görə, Rusiya İrandan hərbi PUA-lar almaq üçün müraciət edib, bu da "Rusiyanın müdafiə sənayesindəki çatışmazlıqları və xeyli itkilərdən sonra keçirdiyi çətinlikləri" göstərir.
Hətta az ehtimal edilsə də, Şimali Koreya da hərbi texnika ehtiyatının doldurulması üçün mümkün hesab edilir, çünki onun keyfiyyətli artilleriya sistemləri var və bu ölkə ötən ay Donetsk və Luqansk "xalq respublikaları"nın müstəqilliyini tanıyıb.
Moskva ali iqtisadiyyat məktəbindən hərbi ekspert Vasili Kaşin deyir ki, ölkələr Rusiyanın ehtiyatlarını düzgün qiymətləndirməlidir. Lakin qeyd edib ki, silah idxalı hər halda məqsədəuyğun ola bilər və vurğulayıb ki, Şimali Koreyanın uzaq mənzilli çoxyüklü raket sistemləri var və "Rusiyada olanlardan daha güclüdür".
"Əlbəttə, Rusiyanın döyüş meydanında problemləri var, lakin biz onun Ukraynaya qarşı müharibə üçün hər hansı silah idxal etməsinin sübutlarını görmürük, - o, deyib . - Lakin mümkündür ki, bunu etməyə dəyər".
Müəllif: Aleksandra Appelberq, "Detaly"