“Laçının alternativ yol ətrafındakı heç bir kəndi erməni nəzarətinə verilməməlidir!..” 
Ekskluziv
Oxunub: 11673
10 Aug 2022 | 13:59
“Laçının alternativ yol ətrafındakı heç bir kəndi erməni nəzarətinə verilməməlidir!..” 
“Qarabağdan Ermənistana getmək üçün də haylara artıq yeni “dəhliz” yox,  sadəcə, yeni alternativ yol verilməsindən söhbət getməlidir...”
 
“Digər kəndlər kimi, Ağanus kəndi də nəinki Rusiya-Ermənistan nəzarətinə verilməli, əksinə, mümkün qədər tez məskunlaşdırılmalıdır ki...”
 
-FİKİR SAVAŞI...-
 
Laçın şəhərindən keçən yola alternativ Xankəndi-Gorus yolunun istifadəyə verilməsi məsələsi gündəmə gəldikdən, Laçın və Zabuxda 30 ildən çoxdur qanunsuz sülənən hayların həmin yaşayış məntəqələrimizdən çıxarılması üçün vaxt verildikdən sonra bu dəfə alternativ yolun ətrafındakı digər kəndlərimiz üçün təhlükəli perspektiv vəd edən informasiya və şayiələr yayılmaqdadır...
 
Belə ki, dünən Qarabağdakı separatçı-terrorçu rejimin qanunsuz “ərazi idarəetmə və infrastruktur” “naziri” adlanan Ayk Xanumyan soyadlı məxluq mediaya açıqlamasında artıq ikinci dəfə Laçın rayonunun Ağanus, Unannovu, Mığıdərə, Məlikpəyə və Malxələf kəndlərinin yeni “dəhliz” zonasına düşdüyünü və qondarma “Kaşataq” “rayonu”nun(işğal dövründə Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisində qondarılmış “rayon”-S.L.)bir parçasının yenə də ermənilərin nəzarəti altında qalacağını vurğulayıb.
 
Hay məmurunun son çıxışının əsas hissələrinin tərcüməsini nəzərinizə çatdırırıq:
 
"Yeni dəhlizin işə düşməsi ilə Aqanus icmasının ərazisi Azərbaycanın nəzarətindən çıxacaq..."-  separatçı “nazir” belə deyib və çıxarkən evlərin yandırılmasının əleyhinə olduğunu bildirib:
 
“Mən evlərin yandırılmasının əleyhinəyəm. Bir vaxtlar Çərəktar (Kəlbəcər rayonunun hazırda ermənilərin nəzarətindəki kəndi-S.L.) anlaşılmazlıqdan və ya qəsdən yandırıldı, bu gün isə həmin kəndi bərpa etmək üçün 100 milyon dram xərcləyirik. Ağanus icmasının ərazisinin təhvil verilməsindən cəmi bir il yarım keçib, lakin bu gün bu icmanın ərazisi Azərbaycanın nəzarətindən çıxaraq dəhlizə qayıdır, amma orada hər şey talan edilib, yandırılıb, birinci müharibə dövründən başlamış  2020-ci ilə qədər...
 
Söhbət Mexvadzor(Mığıdərə-S.L.), Unanavan(Unannovu-S.L.), Melikaşen(Məlikpəyə-S.L.), Maratuk(Malxələf-S.L.) yaşayış məntəqələrindən gedir. Həmin dəhlizdə mənzil fondunu salamat saxlasaydıq, indi ora asanlıqla köçə bilərdik, amma bu gün oralarda ancaq yanmış divarlar və xarabalıqlar var. Əgər mənzil fondu qorunsaydı, biz bu gün həmin dəhlizi təhlükəsiz şəkildə məskunlaşdıra bilərdik. ”, - deyən Xanumyan qeyd edib ki, Zabux kəndi Qarabağı Ermənistanla birləşdirəcək yeni magistralın nəzərdə tutulan dəhlizinə çox yaxındır və situasiyanın bir-iki ildən sonra necə dəyişəcəyi məlum deyil... 
 
“Mən istəməzdim ki, əgər hər şey bizim xeyrimizə getsə,  Zabuğa qayıdandan sonra eyni yanmış və qaralmış divarları görək. Ona görə də mən hər hansı bir şeyin yandırılmasının, talanmasının, məhv edilməsinin qəti əleyhinəyəm”, - deyə Xanumyan vurğulayıb.
 
Separatçı "nazir" iddia edib ki, alternativ yolun təhlükəsizliyi Laçın-Zabux dəhlizi prinsipi ilə həyata keçiriləcək və Rusiya "sülhməramlı" kontingenti yeni marşrutun 5 kilometrlik hissəsində yerləşdiriləcək...
 
Separatçı “nazir”in dediklərindən belə çıxır ki, bir növ Laçın şəhəri, Zabux, Sus və s. kəndlər yeni “dəhliz”də Laçın rayonunun digər kəndləri ilə əvəzlənəcək... 
 
Bir daha qeyd edək ki, alternativ yol Şuşa rayonunun Turşsu qəsəbəsi, Göytala, Onverst, Sarıbaba, Böyük və Kiçik Qaladərəsi kəndlərinin yanından və ya ərazilərindən, Laçın rayonunun isə Ağanus, Unannovu, Ərəb, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf kəndləri və Qayğı qəsəbəsinin yaxınlığından keçir. Yəni bəhs edilən yol Laçın rayonunun heç bir məntəqəsinin bilavasitə içərisindən keçmir. Digər tərəfdən, öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, adı çəkilən kəndlərin heç birində tarixən – istər Çar Rusiyası, istərsə də sovet dövründə ta ki, Laçın rayonu tam işğal olunan günədək heç bir hay, erməni yaşamayıb. Əksinə, həmin kəndlərdə min illərlə Azərbaycan türkləri yaşayıb və XX əsrin əvvəlində 1905-1906-cı və 1918-ci ildə və Laçın rayonunun 1992-ci ildəki işğalı zamanı ermənilər tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb. Odur ki, ən əsası bu səbəblərdən  sözügedən kəndlərdə ermənilər yerləşdirilə bilməz...  Alternativ yol boyu yalnız Şuşa rayonunun Tursşu qəsəbəsindən savayı öncə adını çəkdiyimiz kəndlərində - işğala qədər Azərbaycan vətəndaşı qismində ermənilərin yaşadığı məntəqələrdə yenidən vətəndaşlığımızı qəbul etmək şərti ilə ermənilər yaşaya bilər... İşğal dövründə Ağanus, Mığıdərə və Malxələf kəndlərində bir neçə hayın qanunsuz məskunlaşaraq yaşaması heç də həmin kəndlərin yenidən haylaşdırılmasına əsas vermir...
 
Xanumyanın guya adı çəkilən Laçın kəndlərinin birinci Qarabağ savaşı və 2020-ci ildəki döyüşlər zamanı talan edilib dağıdılması şərinə gəldikdə bunu Azərbaycan ordusu yox, hayların özü və orduları edib. Belə ki, konkret Ağanus kəndinin Kiçik Qaladərəsi kəndinə yaxın şimal hissəsindəki evlər elə 1992-ci ilin mayındakı ilk işğal günlərindən tamamilə yandırılıb və talanıb. Kəndin “Turşsu” adlanan cənub hissəsində isə uzağı, 4-5 ev salamat qalıb və sonradan həmin evlərdə ermənilər qanunsuz məskunlaşıb.  Azərbaycan ordusu 44 günlük savaş zamanı Ağanus kəndinə, demək olar ki, daxil olmayıb və Rusiyanın “sülhməramlı” sayılan hərbçiləri kəndi nəzarətə götürdükdən sonra Turşsudakı ermənilər özləri könüllü şəkildə məntəqəni tərk ediblər... Deyilən faktları  son onilliklərin video, foto və NASA-nın peyk görüntüləri də təsdiqləyə bilər...
 
Laçın rayonunun hayların yeni “dəhliz” daxilində Rusiya hərbçilərinin dəstəyi ilə nəzarətə götürüb məskunlaşdırmaq istədikləri kəndləri arasında ən strateji məkanda Ağanus kəndi yerləşir. Çünki kənd həm hazırda Rusiyanın nəzarətində olan Şuşa-Laçın yolu və Laçın şəhərinə, eləcə də Şuşa rayonunun ermənilərin sovet dövründən bəri yaşadığı Kiçik və Böyük Qaladərəsi kəndlərinə çox yaxın məsafədə yerləşir...
 
İkincisi, həmin kəndin ərazisində düz  Şuşa rayonu, yaxud keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə sərhəd üzərində strateji 1784 metrlik Ağdaş yüksəkliyi yerləşir ki, həmin yüksəklikdən həm Laçın şəhərini, hazırkı Şuşa-Laçın yolunu, həmin yol yanındakı ermənilər yaşayan Böyük Qaladərəsi, Onverst, Göytala və s. kəndlərini, həm Qubadlı-Laçın yolunu,  eyni zamanda Ermənistan ərazisindəki Dığ, Gorunzur kəndlərini, həmçinin yeni alternativ yolu nəzarətdə saxlamaq mümkündür... 
 
Üçüncüsü, 2020-ci ilin müzəffər 44 günlük savaşından sonra  Ağdaş yüksəkliyində “Azersel”in rabitə qulləsi qurulub və oraya Azərbaycan hərbi birləşməsi yerləşdirilib...
 
Dördüncüsü, Ağanus kəndinin “Turşsu” adlanan və Qubadlı-Laçın yolu üzərində yerləşən cənub hissəsində eyni adlı narzan tipli və müalicəvi əhəmiyyəti hələ öyrənilməmiş mineral bulaq yerləşir. İşğaldan öncəki illərdə Laçına səfər etmiş yüksək vəzifəli şəxslər, eləcə də tanınmış ziyalı, şair, artistlər, aktyorlar və s. həmin məkanı çox yaxşı xatırlayarlar...
 
Beşincisi isə, digər kəndlər kimi, Ağanus kəndi də nəinki Rusiya-Ermənistan nəzarətinə verilməli, əksinə, mümkün qədər tez məskunlaşdırılmalıdır ki, qonşuluqdakı ermənilər məskunlaşan Kiçik və Böyük Qaladərəsi kəndlərindən Laçın rayonu və şəhəri ərazisinə gələ biləcək mümkün təhlükələr öncədən neytrallaşdırılsın... 
 
Odur ki, bu və ya digər səbəblərdən  öncəki yazılarımızda da(bax: //moderator.az/az/ekskluziv/527291/ermeniler-hansi-halda-lacin-dehlizi-ve-ya-alternativ-yolda-texribatlar-trede-biler/)  vurğuladığımız kimi, Ağanus kəndi ilə yanaşı, Ağdaş yüksəkliyini də heç bir halda Rusiya hərbçilərinə təhvil verməklə ermənilərin nəzarətinə buraxmaq olmaz...
 
Separatçı “nazir”in müsahibəsindəki bir yanlış məqama da aydınlıq gətirmək lazımdır.  Belə ki, Ağanus kəndi 10 noyabr 2020-ci il bəyanat-razılaşmasından dərhal sonra əraziyə yeridilmiş Rusiya hərbi kontingentinin məsuliyyət zonasına daxil edilib və Xanumyanın dediyi kimi, Azərbaycanın nəzarətində qalmayıb. Ağanus kəndinin adı Rusiya MN-in rəsmi saytında gündəlik dərc olunan “sülhməramlı”ların dislokasiya xəritəsində 27-ci nəzarət-müşahidə məntəqəsinin daxil olduğu ərazi kimi qeyd edilir. Qubadlı-Laçın yolunun kəndin ərazisindən keçən hissəsində nəzarət postu quraşdırılıb. Və həmin yolla Laçın şəhərinə istiqamət alan hərbi və mülki Azərbaycan karvanlarına Rusiya hərbçiləri tərəfindən avtomobilləri saxlamaq və üzərlərində Azərbaycan bayrağı qaldırmaq qadağan edilib...
 
Ağanus kəndinin yenidən alternativ yolda yaradılacaq dəhlizə daxil edilməsinə gəldikdə, doğrudur, əgər hazırkı Laçın dəhlizindəki kimi 5 km-lik zolaq prinsipi ilə götürsək, Ağanus kəndinin ən azı şimal hissəsi və təbii ki, Ağdaş yüksəkliyi də yeni “dəhlizi”in də ərazisinə düşür. Lakin əvvəla, mövcud vəziyyətdə ədalət prinsipi ilə baxılsa, Azərbaycan dövlət başçısının da bu yaxınlarda çıxışlarından birində dediyi kimi, Laçın yolu artıq “dəhliz” çərçivəsindən çıxarılmalıdır. Çünki 10 noyabr razılaşmasına rəğmən və artıq 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan bizə Naxçıvana getmək üçün Zəngəzur ərazisindən nəinki dəhliz, heç yol da verməyib. Odur ki, Qarabağdan Ermənistana getmək üçün də artıq yeni “dəhliz” yox,  
sadəcə, yeni alternativ yol verilməsindən söhbət getməlidir. Və bu halda Ağanus kəndi ilə yanaşı, Laçının digər 6 məntəqəsi də Azərbaycan dövlətinin öz nəzarətində qalmalıdır. Axı həmin kəndlərin sakinləri iki ilə yaxındır öz doğma yurd-yuvalarına dönmək, öz dağıdılmış dədə-baba məzarlarının yerlərini bəlkə tapıb ziyarət etmək ümidi ilə yaşayırlar.... Digər tərəfdən hətta, alternativ yol da dəhlizə çevriləcəyi halda Ağanus kəndi ərazisi əvəzində 5 km-lik zolağı Kiçik və Böyük Qaladərəsi kəndləri yaxınlığındakı boş ərazilər hesabına da ödəmək mümkündür. Axı hazırkı vəziyyətdə olduğu kimi, Ağdaş yüksəkliyində Azərbaycan hərbçiləri, Kiçik və Böyük  Qaladərəsində Rusiya hərbçiləri olacağı halda həmin kəndlərə hansı təhlükədən danışmaq olar?  Və 5 km-lik zolağa qalsa, onda gərək Ağanus kəndi ilə Laçın şəhəri və Şuşa-Laçın yolu arasındakı təxminən 1600-1700 metrlik Cırlanın yalı yüksəkliyi də indiki kimi Rusiya hərbçilərinin nəzarətində qalsın.  Bu isə yolverilməzdir...
 
Bir sözlə, sadaladığımız və unuda biləcəyimiz digər obyektiv və subyektiv səbəblərdən Laçın rayonunun heç bir kəndi, heç bir yaşayış məntəqəsi Rusiya hərbçilərinin, yəni dolayısıyla ermənilərin nəzarətinə verilə bilməz...
 
Müvafiq hökumət qurumları, o cümlədən Laçın Rayon İcra Hakimiyyəti və rayonun hörmətli deputatı, həmçinin Laçın rayonunun və xüsusən bəhs edilən kəndlərin sakinləri başda olmaqla bütün Azərbaycan ictimaiyyəti bu məsələdə xaricdən gələ biləcək təzyiqlərə sinə gərmək üçün dövlətimizə dəstək olmalıdır...
 
Bu gün həmin kəndlərin yadellilərin nəzarətinə verilməsinə razılaşsaq, sabah separatçı Xanumyanın arzuladığı kimi, hayların yenidən Zabuğa, Laçına qayıtmasına da şərait yaranacaq...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
GÜNLÜK
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR