Bizi sosial şəbəkələrdən izləyin:
Vaşinqton Belarusdan olan 100 məmura və onlarla əlaqəli şəxslərə respublikanın demokratik təsisatlarını sarsıtmaqda iştirak etdiklərinə görə viza məhdudiyyəti qoyub.
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Məhdudlaşdırıcı tədbirlər prezident administrasiyasının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, İstintaq Komitəsinin, Belarus Nəqliyyat Nazirliyinin əməkdaşları, habelə respublikanın silahlı qüvvələrinin nümayəndələri və bir sıra şəxslərə şamil edilib.