"Təhsil Dallas doktrinasından, Sorosun və 5-ci kalonun məkrli siyasətlərindən qorunmalıdır..."
Oxunub: 5529
16 Jul 2022 | 11:56
MƏNAFELƏR MƏNGƏNƏSINDƏ ƏZİLƏN TƏHSIL...
 
Təhsil doktrinası 
 
Çağdaş dövrdə həm dəyərlərimiz, həm də mədəniyyətimiz gözümüz önündə əriyir. Bəzi gələcəkşünas alimlər hesab edirlər ki, dürüst həyat tərzinə alışmış nəsillər gələcəkdə yox olacaq. Güman edirəm ki, bu arzuolunmaz gələcəyin əsas səbəbi təhsilin doktrinasının qüsurlu olmasındadır. Təhsilin çağdaş paradiqmasına görə məqsəd gəncləri şəxsiyyət kimi yetişdirməkdir. Hesab edirəm ki, təhsilin məqsədi kamil insan yetişdirmək olmalıdır. 
 
Şəxsiyyətyönümlü təhsil lokal olaraq cazibədar görünsə də, qlobal olaraq bəşəriyyəti parçalayır, onun harmonik inkişafını əngəlləyir. Dövlətləri inkişaf etmiş, inkişaf etməkdə olan hala salır. Planetin coğrafi xəritəsini rəngarəng edir. Super dövlətlər əməkdaşlıq yox, müharibə ideyaları ilə yaşayırlar. Dövlətlər öz siyasətlərində bir mənalı olaraq öz mənafelərini bəşəri mənafedən üstün tuturlar. 
 
Kamil insanlardan təşkil olunmuş cəmiyyətlərdə prinsipcə parçalanma olmaz, harmoniya olar. Çünki kamil insanlar problemləri güc ilə yox, ağılla həll edərlər. Kamil insanlar torpağin altındakı sərvəti top, tüfəng lüləsinə çevirməzlər. 
 
Dünyanı silahsız cəmiyyətlər halına gətirmək üçün təhsilə baxış konseptual olaraq dəyişməlidir. Planetin mənafeyi dövləri mənafedən, dövləti mənafe partiya mənafedən, partiya mənafeyi şəxsi mənafedən üstün tutularsa, bəşəriyyətdə harmoniyada yaşayar. Bunun üçün təhsilin doktrinası elə dəyişməlidir ki, bəşəriyyət kamil insanlar tərəfindən idarə edilsin. İctimai mənafe şəxsi mənafedən üstün tutulsun. 
 
Təhsil düzəlmir ki, düzəlmir 
 
Hər bir millətin taleyi onun təhsil səviyyəsindən asılıdır. Son əsrdə milli təhsilin keçdiyi yola diqqət yetirək.
 
XX əsrdə ölkəmizin təhsil sistemi həm formaca, həm də məzmunca bütün reformalardan keçmişdi: müxtəlif istiqamətləri üzrə nazirliklər yaradılmş, sonra ləğv edilmişdi; idarəetmədə kollegiallıqdan istifadə edilmiş, sonra şirkət üçün yararlı idarəetməyə üstünlük verilmişdi; kadrlar zaman- zaman dəyişdirilmiş, əvvəllər təhsil məmurluğuna ancaq pedaqoqlar, sonra qeyri pedaqoqlardan cəlb edilmişdi; təhsilin məzmunu da zaman- zaman dəyşdirilmiş, sosialist və ya liberlar dəyərlərdən istifadə edilmişdi; ali məktəblərə tələbə qəbulu test-lə aparılır, ancaq abituriyentlər ali məktəblərə inzibatı yolla yerləşdirilir; qiymətləndirmənin vahidlik prinsipi pozulub. Boloniya prosesinə qoşulmuşuq, kurrikulumu qəbul etmişık, ancaq təhsil düzəlmir ki, düzəlmir. Təhsil aysberqinin görünən və görünməz hissəsi çox sirlidir. 
 
Təhsildə qüsurlar millətə yox, düşmənə xidmət edir
 
Təhsil yüz illərdir ki, bəşəriyyəti arzu olunan istiqamətdə apara bilmir. Bəşəriyyəti düz yola çıxarmaq üçün təhsilin doktrinası düzgün müəyyən edilməlidir. 
 
İdarəetmədən tutmuş terminologiyaya qədər təhsil sisteminin hər yerində qüsurlar var. Qüsurlar dərk olunduqda həllini tapar. Qusuru qəbul etmək, həllin yarısıdır. Bu qüsurları düzəltmədən irəli getmək çətindir. Ancaq nazirlərin bəziləri əvvəlki nazirlərin qüsurlarını düzəltmədən özü əlavə qusur yaradaraq vəzifədən gedir. Qüsurların düzəldilməməsi yeni qüsurun yaradılmasına bərabərdir. Bu səbədən qüsurlar ilbəil çoxalır. 
 
Təhsil coğrafiyadan asılı olmamalıdır
 
Orta təhsildə görünən qüsurlarından biri də təhsilin keyfiyyətinin coğrafiyadan asılı olmasıdir. Bu qüsur həm şəhər və kənd məktəbləri arasında, həm də Bakı məktəbləri arasında var.  Ölkədə məktəbin biri yaxşı, digəri pis olmamalıdır. Türkiyəli təhsil eksperti Cihan Nalband belə təhsil sistemini “köhnə əlcəyə” bənzədir. Barmağın bəziləri soyuqdan qorunur, digəri isə qorunmur. Yeri gəlmişkən, Bakı şəhərində tıxacların yaranmasında da bu qüsurun payı var.
 
Təhsil həm də silahdır 
 
XX əsrdə Azərbaycanın bir neçə dahi insanı (Heydər Əliyev, Kərim Kərimov, Abbas Çayxorski) SSRİ miqyasında yüsək dövləti post tutmuşlar. H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Kərim Kərimov SSRİ Kosmik proqramının rəhbərlərindən biri, Abbas Çayxorski atom reaktorlarından istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri olmuşdu. Üstəlik, Nərman Nərmanovu, M.Ə.Rəsulzadəni, Lütfizadəni də yadda saxlayaq. Sual olunur, Heydər Əliyevdən başqa niyə bu dahi insanların heç biri öz vətənində işləməyib? 
Bu suala cavab tapmaq üçün problemi dərindən araşdırmaq lazımdır. Məncə bu təkcə şəxsi istəklə bağlı deyil, düşünülmüş istismarçı siyasətin nəticəsidir. 
 
“Təhsil silahdır. Onun səmərəsi bu silahın kimin əlində olmasından, kimə qarşı olmasından asılıdır”. Bu fikir İosif Stalinə məxsusdur. Sovetlər dönəmində bu silah İ.Stalinin əlində olmuşdu və əminliklə demək olar ki, bizə qarşı istifadə edilmişdi. Sovetlərin tərkibində olan bütün millətlərin talantlı şəxslərini millətdən qoparıb, metropolda əritmək siyasətinin- başqa sözlə sui-qəsd nəzəriyyəsinin tətbiqi nəticəsidə baş vermişdi. 
 
Qərbi Avropanın Danimarka kimi onlarla kiçik dövlətləri Böyük Britaniya, Fransa, Almaniya kimi böyük dövlətlərin əhatəsində ona görə firavan yaşaya bilirlər ki, mükəmməl təhsil sisteminə malikdirlər. Sadə dillə desək, güclü dövlətlər bu dövlətlərə qarşı təhsildən silah kimi istifadə edə bilmirlər. Bu bəşəri təcrübəni biz də nəzərə almalıyıq. Çünki biz də böyük dövlətlərin əhatəsində yaşayırıq. 
 
Təqribən 30 ildir ki, ali məktəblərə qəbul test üsulu ilə aparılır. Abituriyentlərin topladığı orta statistik ball təqribən 300 bal ətrafındadır. Bu onu göstərir ki, təhsil maşınımız pulu biliyə çevirə bilmir. Maşının təkəri yerində “fırlanır”, ancaq irəliləmə hərəkəti yoxdur. Bu böyük problemin həll edilməsi zəruridir. Repetitorluq burdan qidalanır.                                        
 
Yuxarıda qeyd edildiyi kimi, XX əsrdə ölkəmizin təhsil sahəsində hər cür reformalardan istifadə edilmişdir. Təhsil hələ ki, sirrini sirdaşa vermir. Özümüzü Dallasın doktrinasından, Sorusun və 5-ci kalonun planlarından qorumağı bacarmalıyıq. Bu işdə bizim də ən güclü silahımız da təhsil ola bilər. Təhsil dağın görünməyən tərəfini görür. Xoşbəxt cəmiyyətin əsasında uğurlu təhsil sistemi dayanır. Nəzərə alınmalıdır ki, ictimai mənafe qorunmayan yerdə, fərdi xoşbəxlik yoxdur. Müəllimlər gülərsə, millət də gülər.
 
Yeri gəlmişkən, Dallas doktrinasından bir fikri yada salaq: “Biz, ehtiyatla onların mənəvi dəyərlərini dəyişərək, şüurlarına zorakılıq, seks kultu, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd şeyləri yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək. Dürüstlük və vicdan məhv olacaq, keçmişin mənasız qalıqları sayılacaq. Bundan çox az adam xəbər tutacaq, hətta nə baş verdiyini biləcəklər də. Onları gülünc vəziyyətə salıb, acı durumda qoyacağıq”.  
 
Tanış mənzərədir, belə deyilmi? Çırıq cins şalvarlı gənclərin sayı Bakıda günbəgün artır. Bu formanın arxasında hansı məzmun gizlənur, bunu bilən varmı? 
 
II Dünya müharibəsinin qaliblərdən biri olan Sovet dövləti artıq yoxdur. Dallas doktrinası, Harvard bəyannamasi öz işini qörmüşdü. Qərbdəki ermənipərəst qüvvələr 44 günlük müharibədə möhtəşəm və tarixi Zəfərinizi həzm edə bilmirlər. Sovetin əlindən qələbəni aldıqları kimi, bizim də əlimizdən Zəfərimizi almaq istəyirlər. Azərbaycan hərbi, iqtisadi cəhətdən güclü olduğundan, onlar zərbəni təhsil sahəsindən vura bilərlər, bəlkə də artıq vururlar. Məsul məmurlar təhsili Dallas doktrinasından, Sorosun və 5-ci kalonun məkrli siyasətlərindən qorumağı bacarmalıdır.
 
Terminoloji qüsurlar
 
Bir müdrük kəlamda deyilir: “Anlayışları dəqiq müəyyən edin, onda bir çox səhv fikirlərdən qurtulacaqsınız”. Dünyada biliyin mənimsənilməsinə “öyrənmək” deyirlər. Amma biz buna  “oxumaq” deyirik. Öyrənmək məqsəd, oxumaq isə vasitədir. Məqsədi vasitə ilə qarışdırıb elmi səhvə yol vermişik. Oxumaq şagirdi yorar, öyrənmək yormaz, əksinə, məmnunluğu artırır. Oxuma zamanı şagird mürgüləyə bilər, amma öyrənəndə yuxulamaz, əksinə, yuxusu qaçar. Valideyin məktəbdən qayıdan övladından “bu gün nə öyrəndin?” sualını verməlidir, “nə oxumusan?” sualını verməməlidir. Oxuyanın biliyi dayaz olar, öyrənin biliyi dərin olar. Oxumaq asan, öyrənmək çətin prosesdir. Müstəqil oxumaq olar, müstəqil öyrənmək müşkül məsələdir. Bu səbəbdən də öyrənmə prosesinin istənilən səviyyəsində müəllimə, təlimçiyə, ustaya ehtiyac vardır.  
 
Hər kəs bilir ki, bir şer parçasını 5 dəqiqəyə oxumaq, 5 saata öyrənmək olar. İstiyirsinizsə övladınız dərin bilik bilsin, düşüncəmizdən “oxumaq”-ı çıxarıb, yerinə “öyrənmək”  sözünü qoyun.
 
Orta məktəblərin başlanğıc pilləsi çox vacibdir. İnkişaf etmiş ölkələrdə başlanğıc siniflərinə “ilk okul”, “naçalnaya şkola”, “primary school” deyirlər. Biz ona “ibtidai məktəb” deyirik. Bununla da onun fövqəladə əhəmiyyətini azaldaraq, ibtidailəşdirik. I Dünya ölkələrdə ilk siniflərdə ali məktəbin magistir pilləsini qurtaranlara dərs verirlər. Bizdə isə bu siniflərə subbakalavr da göndərilir. Rusiyalı etnopedaqoq Q. Volkov deyir: “Milləti ən təmiz şəkildə uşaqlar təmsil edir. Uşaqlarda millilik öləndə millətin ölümü başlayir”. Bi fikir aydın diktə edir ki, ilk məktəblər ana dilində olmalıdır. Yuxarı siniflər isə istənilən dildə ola bilər. 
 
Son illərdə fürsət düşən kimi məktəbin və digər təhsil ocaqlarının gözdən salınması hallarına rast gəlirik. Rüşvət kimi neqativ halların təhsildə yayılmasına maraqlı olan daxili və xarici qüvvələr var. Məktəbin müqəddəs yerə çevrilməsinə əngəl törədirlər. Güman ki, bu yanlışlıqlar da sui- qəsd nəzəriyyəsi tərəfindən himayə edilir. 
 
Bu mənfur nəzəriyyənin təhsildə yeri dərsliklərdə, misal üçün tarix dərsliklərində aydın görünür. Məlumdur ki, tarixini bilməyən gənc vətənpərvər olmaz. Bunun üçün tarix dərslikləri mükəmməl olmalıdır. Bizim tarix dərsliklərimiz struktur baxımdan qəsdən baş-ayaq yazılıb. Metropolun istəyi ilə tarix dərslikləri elə yazılıb ki, heç kəs öz tarixini öyrənə bilməsin. 5-ci sinif şagirdinə qədim dövrü, 11-ci sinifdə isə müasir dövrü öyrədilir. Aşağı siniflər üçün bu çətin, yuxarı siniflər üçün isə maraqsızdır. Hesab edirəm ki, tarix dərslikləri “Sadədən mürəkkəbə”, və ya “bu gündən keçmişə” prinsipi əsasında yazılmalıdır. 
 
Biliyin qiymətləndirilməsi
 
Dəyərlərin düzgün qiymətləndirmənin həm hikməti, həm də məsuliyyəti böyükdür. Müşahidələr göstərir ki, qiymət anlayış doğru dərk olunmur. Qiymət nədir?- sualına düzgün cavab almaq çətindir. Obyektif və dəqiq qiymətləndirmə təhsilin keyfiyyətinə təsir edən güclü faktordu. Qurani-Kərimin"Ər-Rəhman" surəsində deyilir: “Bir şeyi ölçəndə ölçünü dolu götürün, düzgün tərəzi ilə çəkin ki, bu daha yaxşı və sonu gözəldir”. 
 
Qiymət məktəbdən, müəllimdən daha çox, əslində öyrənciyə, onun valideyninə lazımdır. İlk məktəblərdə buna ehtiyac yoxdur, ancaq yuxarı siniflərdə öyrənmə prosesinə nəzərət etmək üçün müstəsna əhəmiyyətli alətdir. Bu işi bacaran müəllim nəinki sinifin, məktəbin, həm də valideynlərin sevimlisidir. 
 
Sovet dönəmində Brestdən Kamçatkaya qədər bilik 5 ballı şkalayla qiymətləndirilirdi. Qiymətləndirmənin vahidlik prinsipi ölkəmizdə pozulub: 5;10;100; 300; 700 ballı şkalalardan istifadə edilir. Bu qüsurlarla 30 ildir ki, birgə yaşayırıq. Maraqlanan yoxdur ki, bu nə işdi? Aydın deyil, bu qüsur niyə təhsil məmurlarının diqqətini cəlb etmir.
 
Biliyi qiymətləndirmək üçün istifadə edilən meyar (kriteriya) da çox qüsurludur. Belə ki, meyar olaraq öyrəndiyimizin, öyrənməli olduğumuza olan nisbəti istifadə edilir. Təhsilalanlara ancaq düzgün test suallarına görə qiymət yazılır, səhv cavablar nəzərə alınmır. Bu isə çox qüsurlu yanaşmadır. Problemi düz başa düşmək üçün həyatımızdan bir misal çəkim. 
a) Fərz edin ki, ağrıyırsınız və həkimə getmisiniz. Həkim sizin temperaturanızı, təzyiqinizi ölçür, ciyərllərinizi yoxlayır, gözünüzə - dilinizə baxır, sonra dərman yazır. Dərmanların köməyi olmayanda, başqa bir həkimə gedirsiniz. Bu həkim də birinci həkimin etdiklərini edir və üstəlik UZİ-dən keçməyi tövsyə edir. Doktor UZİ-nin nəticələri ilə tanış olur və sizə fərqli dərmanlar yazır. Nəticədə siz özünüzü yaxşı hiss edirsiniz.
 
Sual olunur, 1-ci və 2-ci həkimin fərqi nə? 
 
Birinci həkim sizin sağlam bədən üzvlərinizi yoxlayaraq dərman yazır. İkinci həkim isə xəstə orqanı da nəzərə alaraq dərman yazır. Təhsildə fəaliyyət birinci həkimin fəaliyyətinə bənzəyir. Bilik düzgün cavablara görə qiymətləndirilir. Belə yanaşma ilə təhsilin keyfiyyətini yüksəltmək çətindir. Keyfiyyəti yüksəltmək üçün səhv cavablar da nəzərə alınmalıdır. 
Bu qüsuru aradan qaldırmaq üçün meyar olaraq öyrəndiyimizin öyrənə bilmədiyimizə olan nisbətinindən istifadə etmək daha məqsədəuyğundur. Çünki, qiymətləndirmə zamanı düz cavablarla bərabər, həm də səhv cavablar da nəzərə alınır. 
 
Misaldan belə nəticəyə gəlmək olar ki, təhsildə ən fundamental qüsur qiymətləndirmə meyarının və metodikanın səhv olmasındadır. Keçmişdə üzbəüz imtahan zamanı müəllim qiymət yazanda, həm də imtahan verənin cavabında səhv fikirləri də nəzərə alardı. Çox təəssüf ki, testdə bu incə məqam nəzərə almaq çətindir.
 
Sinif canlı orqanizmdir
 
Müasir təhsil sisteminin digər ciddi qüsuru bundan ibarətdir ki, fərdi təhsil verə bilir, ancaq bütöv sinifə təhsil verə bilmir.
Ənənəvi təhsil sistemində sinfə ayrı-ayrı öyrəncilərin mexaniki cəmi kimi baxılır. Bu qüsurlu yanaşma aparıcıdır. Sinifə bir biri ilə üzvü ələqədə olan canlı orqanizm kimi baxmaq lazımdır. Bu faydalı baxışdır. 
 
Öyrəncilər təhsil prosesinin obyektidir. Sinif isə birgə tədris məkanıdır. Psixologiyanın Qeştalt prinsipinə görə: tamın hissələrinin cəmi, tamın özünə bərabər deyil, ondan azdır. 
Sinifə bütöv orqanizm kimi baxılarsa, təhsilin keyfiyyətini xeyli yüksəltmək mümkündür. Əlaçılar öyrənməyi və yeniliyi sevərlər. Məktəbin səviyyəsindən asılı olmayaraq, onlar öyrənəcəklər. Tək-tək fərdlərin əlaçı, olimpiada qalibi olması, ya qızıl medal alması, ya müsabiqə qalibi olmasının fərdi əhəmiyyəti var, ancaq ictimai əhəmiyyətli azdır. Bütöv sinifin təhsil parametrlərinin yüksək olması milli və dövləti əhəmiyyət kəsb edir. Məktəbin əsas borcu bütöv sinifi öyrətməyi bacarmaqdır. 
 
Dərs prosesində sinifi aktiv və passiv olmaqla xəyalən iki yerə bölmək olar. Tədris materialını mənimsəyə bilənlər və bilməyənlər. Başqa sözlə, təhsil səviyyəsi orta səviyyədən yuxarıda və aşağıda olanlar. Təəssüf ki, müəllim ancaq sinifin aktiv hissəsi ilə işləyir. Dərs zamanı sinifə suallar verir, əlaçılardan cavab alır və sonra dərsinə davam edir. Passiv tələbələrin varlığı müəllimi narahat etmir. Heç ondan bunu tələb edən də yoxdur. Bu müasir təhsil sisteminin ən böyük qüsurudur. Sinifin orta mənimsəmə göstəricisindən yuxarıda duran şagirdlər müəllimlə bərabər həm də tədrisin subyektləridir. Yəni müəllim deyəni eşidir, sual verir və suala cavab verir. Nümünəvi əxlaq daşıyıcısıdır, yalan danışmaz, haram yeməz, oğurluğa pis baxarlar. Bu aktiv gənclik millətin qızıl fondunu təşkil edirlər. Sinqapurda belə gənclər üçün xüsusi məktəblər açırlar. 
 
Orta mənimsəmə səviyyəsindən aşağıda olan şagirdlər təhsil prosesinin obyektləridir. Müsbət və mənfi insanı keyfiyyətlərin potensial daşıyıcılarıdır. Müəllim deyəni pis eşidərlər. Nalayiq işlərdə adları hallanar. Onlar üzərində ciddi təhsil və tərbiyyə işi aparılmalıdır ki, gələcəkdə ictimai mənafeni qoruya bilən vətəndaş kimi yetişsinlər. Gələcəkdə cəmiyyəti onlar idarə edəcəklər. 
 
Beləliklə, sinifə bütöv orqanizm kimi baxılarsa, sinifin potensialından istifadə etmək olar. Bilik ötrülməsində yeni kanal (“şagird - şagird”) kanalı açılır. Passiv şagirləri aktivləşdirmək mümkündür. Məktəblər bütöv sinifə dərs deməyi bacarsa repetitorluğun kökünü kəsə bilərlər. Bu qüsurun açarı TN əlindədir. Əks halda ölkəni bürüyən repetitorluq kütləvi təhsili məhv edəcəkdir. 
 
SERTIFIKATLAŞMANIN FƏLSƏFƏSI
 
Hesab edirəm ki, hər bir nazirlik, o cümlədən də Təhsil Nazirliyi də öz əməkdaşlarının peşəkarlığına şübhə ilə baxmamalıdırlar. Su qaba doldu, oldu içməli. Əksinə, onları himayə etməli, inkişaflarina qayğı göstərməlidir. Müdafiə Nazirliyi öz əsgər və zabitlərini arxasında möhkəm durmasaydı və əsgərlər buna əmin olmasaydılar, sərt qaya üzərində yerləşən Şuşanı düşməndən azad etmək asan olmazdı.   
Müəllimlərin zəif cəhətləri üzə çıxdıqca onları sertifikatlaşmadan keçirmək yox, bir neçə aylıq təkmilləşdirməyə göndərmək lazımdır. Bunun üçün müəmmalı şəkildə ləğv edilmiş təkmilləşmə inistitutları yenidən bərpa olunmalıdır. 
Görünən odur ki, sertifikatlaşmanın ədalətinə hələ inam azdır. Əgər sertifikatlaşmanı aparmaq zəruridirsə, onda onu inzibatı yolla yox, liberal yolla aparmaq lazımdır. Proses elə təşkil olunmalıdır ki, onun aktif tərəfi müəllimlər olsunlar, nazirlik olmasın. 
Baş verənlərin səbəbini başa düşməyə cəhd edək. Çox inkişaf etmiş ölkələrdə 2 ilə 2-nin cəmi 4 bərabərdir və vəssalam! İnkişaf etməkdə olan olkələrdə də 2+2  də 4 bərabərdir, ancaq fərq bundadır ki, yaddaşda nə isə (?) saxlanılır. Birinci və ikinci dünya dövlətləri arasında düşüncə fərq bu qədərdir. Nəzərə alaq ki, irəli gedə bilək.
 
Bu problemin elmi əsasını başa düşmək üçün aşağıdakı suallara cavab vermək lazımdır:
 
a) Restorandasınız. Yemək prosesinin obyekti kimdir, subyekti kim?
b) Konsertdəsiniz. Prosesin obyekti və ya subyekti  müğənnidir, yoxsa dinləyicilər? 
 
Bu suallara düzgün cavab versəniz, onda sertifikatlaşmadakı problemə də düz cavab verərsiniz.
 
Beyin axini
 
Potensiallı gənc öz çevrəsindəki insanların cazibəsini qıraraq iş və yaşam yerini dəyişə bilir. O yerə gedir ki, orada öz  potensialını reallaşdıra bilir. 20 il öncə testdən 700 bal toplamış, ulu öndər Heydər Əliyevin təbrikinə layiq görülmüş Rüfət Qaralov indi ölkəmizdə yox, ABŞ-da yaşayır. Bizim talantlı gənclərimizin çoxu R.Qaralovun yolunu seçirlər. Onları ölkədə saxlamaq çox çətindir. Belə parlaq gənclərin çox hissəsi bu gün də, gələcəkdə də xaricə üz tutacaqlar. Onları əslində millət üçün “itirilmiş parlaq gənclər”-dir.  Vaxtında bu problemi H.Z.Tağıyev uğurla həll edə bilib. O, gənclərin Avropada təhsillərini maliyyələşdirəndə onlardan üç məsələ ilə bağlı öhdəlik almış: a) vətənə dönmək; b) azərbaycan qızları ilə ailə qurmaq; c) varlananda borcunuzu Fonda qaytarmaq. Vəssalam.
 
İsrail təcrübəsi bu gün üçün də bizim üçün yetərlidir. Bunun  üçün cəmi bir neçə zəruri addım atmaq lazımdır. Azərbaycan dövlətini qüdrətli görmək istəyən hər gənc, xaricə çörək qazanmaq üçün yox, yalnız yüksək təhsil almağa (maqistratura və dokturantura təhsili) və ya turist kimi gəzməyə getməlidirlər. 
 
Beyin axınını nəzərə alaraq, TN öz inkişaf konsepsiyasına yenidən baxmalı və ölkədə qalan gənclərə keyfiyyətli təhsil verməyi bacarmalıdır. Ciddi pedoqoji problemlər həll edilməlidir. Ciddi təhsil problemləri qrantlarla  maliyələşdirməlidir. Əks halda, pul xərclənər, təhsil düzəlməz. 9 ballı şkalanın taleyin, krikulumu, Boloniyanı yaddan çıxarmayaq. 
 
Hər bir ölkənin taleyi gənclərdən yox, talantlı gənclərin əlindədir, çünki onlar ideya sahibləridirlər. Onları da tədbir görmədən gümüş boşqabda Qərbə hədiyyə etməməliyik. Talantlı gənclərin ölkədə qalmasının çarəsini qloballaşan dünyada  təhsil naziri tapa bilər. H.Z.Tağıyev tapıb, İsraill sabiq baş naziri Qolda Meir tapıb, biz də tapaq. 
                                               
Tələbə qəbulunda qüsurlar
 
Ali məktəbə tələbə qəbulu vacib məsələdir. Bu prosesin yaxşı və pis cəhətləri  haqda  “Yonulmuş daş yolda qalaz” (Bak,2021) kitabda müfəssəl yazmışam. Burada qısaca aşağadakıları qeyd etmək istəyirəm.  
 
Bu prosesinin iki tərəfi var: ali məktəb və abituriyentlər. Sovetlər dönəmində bu münasibət belə qurulmuşdu ki, qəbul prosesində ali məktəb idarə edən, abituriyentlər isə idarə olunan tərəfi idi. Başqa sözlə, ali məktəb qəbul imtahanı apararaq tələbəni seçirdi. Prosesin aktiv tərəfi universitet, passiv tərəfi abituriyentlər idi. Biz bu üsuldan imtina etdik. Düz də etdik. Testə alternativ yoxdur, üstün cəhətləri çoxdur .Yeni quruluş liberal əsaslıdır, insan azadlıqlarını ön plana çəkir. Bu depersonlaşmış təhsildən personlaşmış təhsilə keçmək deməkdir. Başqa sözlə, bu o deməkdir ki, diqqət mərkəzinə şəxsiyyət (tələbə) çəkilir, yəni  prosesin aktiv tərəfi tələbə olmalıdır. Tələbə universitetləri seçməlidir. Tələbələr çox, ali məktəblərdə yer azdı. Bəs sosial ədaləti necə qorumalı? 
 
Bu suala cavab vermək və sosial ədaləti bərpa etmək üçün 1922-ci ildən ABŞ-da test üsulundan istifadə olunur. 1992-ci ildən bu üsul mahiyyətin tam dərk etmədən, qəbul etdik. Ancaq üsul təkmilləşməli və milli maraqlara qulluq etməlidir. Test süallarını təhsil proqramları əsasında tərtib etməlidir. “Açıq suallar” adı ilə sualları mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Test lazım olmayan və sisteminin adına xələl gətirən funksiyalar yerinə yetirməməlidir. Bu prosesdə ictimai mənafe və dövlət mənafesi ciddi qorunmalı, şəxsi mənafe küncə sıxılmalıdır. Niyə 700 bal toplayan abituriyentlər sayı 100 də çox olmasın? Test biliyi qiymətləndirməli, abituriyentlər isə liberal düşüncəyə uyğun unversitetləri özlərı seçməlidirlər. 
Acınacaqlı vəziyyət belədir ki, indi nə universitetlər tələbə seçir, nə tələbələr universiteti seçir. Tələbəni universitetlərə üçüncü subyekt seçir. Qəbul prosesinin subyekti abituriyentlər olmalıdır, üçüncü subyekt olmamalıdır. Qəbul imtahanı sovetdən qalma, inzibatı idarəetmənin ruhuha uyğun termindir. Açıq cəmiyyətdə bu termin ali məktəblərə tələbə qeydiyatı adlandırılmalıdır.  
DİM təhsil prosesini idarəetməyə can atmamalıdır. Təhsil siyasətinə və məzmununa cavabdeh qurum ancaq TN olmalıdır. Təhsil sahə maraqları arasında parçalanmamalıdır. Əgər iki dövlət qurumu arasında prinsipal ziddiyyət varsa, onda belə nəticəyə gəlmək olar ki, bu qurumun biri Prezidentin siyasətinə xidmət etmir. 
 
İdeal məktəb
 
Bugünkü dünya təhsil sistemi ideal məktəb yarada bilmir. Gənçlərin passiv hissəsini təhsil prosesinin subyekinə çevirə bilmir. Səbəbi təhsildə yuxarıda sadalanan qüsurlardır və təhsilin hamı tərəfindən qəbul olunan nəzəriyyəsinin olmamasıdır. Fərdlərə (hissələrə) təhsil verə bilirik. Amma tama (sinifə) təhsil verə bilmirik. Fərdlərin əla öyrənməsi yaxşıdır, ancaq sinifin (tamın) təhsil parametrlərinin yüksək olmasının daha böyük əhəmiyyətə malikdir. 
 
Qiymətləndirmə zamanı həm doğru, həm də səhv cavabları nəzərə almaqla ideal məktəb - yəni hər öyrəncinin öyrənə biləcəyi məktəb qurmaq olar. İdeal məktəbin hədəfi məlumdur. Belə məktəblər üçün nisbi mənimsəmə 100% olmalıdır. Ancaq ənənəvi təhsil sistemlərinin yaratdığı pedoqoji mühit öyrənə bilənləri öyrədir. 
Fərdlərin əlaçı olması, olimpiada çepionu olması, ya qızil medal alması lokal olaraq yaxşıdı, ancaq qlobal olaraq az əhəmiyyətlidi. Onların təhsil uğurları  ölkədən, məktəbdən az asılıdır, özləri ilə bağlıdır. Böyük təhsil bilicisi Andreas Şleyxer hesab edir ki, “ən əlverişsiz məktəbdə belə mükəmməl gənc yetişə bilər”. Bir çox pedaqoqlar hesab edir ki, hər uşaq anadan dahi doğulur. Yaşam mühitindən asılı olaraq, o, dahi kimi yetişə də bilər, yetişməyə də bilər. Çünki onların bir qismi təbiət hadisəsidir, harda olsa parlayacaq. Dövlət məmurları parlaq öyrəncilərin uğuru ilə başlarını qatmamalıdır. Çağdaş təhsil sistemi hamının öyrənə biləcək pedoqoji mühit yaratmağa çalışmalıdır.
Sonda qeyd edim ki, bəşəriyyət ümumi mənafenin artımı istiqamətdə inkişaf edir. Bu gedişat təhsilin doktirinasında, strategiyasında və məzmununda əks olunmalıdır. İctimai mənafe vəsf olunmalıdır. “Əvvəcə varlanaq, sonra ağıllanarıq” düşüncəsi toplumu dalana dirəyir. 
 
XX əsrdə təhsili yaxşı başladıq, amma pis başa vurduq. Universitetlərimiz məntiqin əksinə olaraq zaman keçdikcə cavanlaşmadılar. Yuxarıda sadalanan qüsurları XXI əsrə daşılamalıyıqmı? Yoxsa Təhsil nazirliyi səviyyəsində “Azərbaycan təhsili- 100 ” mövzusunda  elmi konfrans keçirib, müzakirlər aparıb saf-çürük edib və son 100 ildə buraxılmlş səhvləri aradan qaldırmağa cəhd etməliyik?  
 
Bu fikirlərin çoxu Təhsil naziri cənab Emin Əmrullayev bu günlərdə TV-də səsləndirdiyi fikirlərlə həmahəngdir: "Təhsil islahatları ilə bağlı daha çox fikirlər irəli sürülməli və nəticə əldə eldə edilməlidir”. Nazirin istədiyi kimi məişət məsələrinə toxunmadan məqalədə daha çox təkliflər, fikirlər, müddalar irəli sürüldü. 
 
Sonda qeyd edim ki, “qüsurları qəbul edilməsi problemin həllinin yarısıdır” –fikrini bəyənirəm. Bununla bərabər “qüsurları görmədən keçməyi, əlavə qüsur yaratmağa bərabərdir”- fikrinə də çox inanıram.
 
Prof. Şahlar Əsgərov
əməkdar elm xadimi
16 İyul 2022
Oxşar xəbərlər
15:02, Bu gün
“Azərbaycan British College” Təhsil Kompleksinin şagirdləri BDU-nun Fizika fakültəsində olub - FOTO
14:58, Bu gün
Polis əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
14:55, Bu gün
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:51, Bu gün
Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır”
14:48, Bu gün
İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”
14:47, Bu gün
Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək
14:45, Bu gün
Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”
14:43, Bu gün
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
14:42, Bu gün
Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB
14:40, Bu gün
BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTO
14:38, Bu gün
​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır
14:37, Bu gün
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
14:34, Bu gün
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
14:30, Bu gün
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
14:25, Bu gün
BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş olub - FOTO
14:21, Bu gün
İlham Əliyevdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
14:18, Bu gün
Fuad Hüseynəliyev: “Ermənistanla münaqişənin yenidən eskalasiya ehtimalı real deyil”
14:17, Bu gün
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
14:15, Bu gün
Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb
14:00, Bu gün
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
13:59, Bu gün
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
13:57, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
13:56, Bu gün
Bakıda qardaşını döyən şəxsə şəhərdən çıxmaq qadağan edildi - TƏFƏRRÜAT
13:54, Bu gün
İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
13:52, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
13:48, Bu gün
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB
13:45, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
13:43, Bu gün
Mbappe “Real Madrid” üçün oyun üslubunu qurban verəcək
13:39, Bu gün
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
13:35, Bu gün
Prezidentin nümayəndəsi: Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq
13:32, Bu gün
Aydın Kərimov: Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərdiyi ilk şəhər olacaq
13:30, Bu gün
Fuad Hüseynəliyev: Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmır
13:26, Bu gün
Əgər kişi bir qadını bəyənirsə bu 6 ƏLAMƏTLƏ büruzə verir
13:20, Bu gün
Yaşlı kişi 10 yaşlı qıza təcavüz etdi
13:18, Bu gün
Naxçıvanda sədr müavini işdən azad edildi
13:16, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
13:15, Bu gün
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:12, Bu gün
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
13:11, Bu gün
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
12:57, Bu gün
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
12:53, Bu gün
Günəşdə nadir HADİSƏ yaşanıb - 25-26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
12:51, Bu gün
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
12:45, Bu gün
Məhkəmə MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıb, biri azadlığa buraxılıb
12:29, Bu gün
İşğaldan azad edilmiş ərazidə ilk hərrac keçiriləcək
12:23, Bu gün
24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
12:23, Bu gün
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
12:17, Bu gün
Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi-VİDEO
12:12, Bu gün
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO
12:10, Bu gün
AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
12:09, Bu gün
Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO
12:07, Bu gün
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
12:04, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:41, Bu gün
Hadrutdan ürəkaçan görüntülər - VİDEO
11:38, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:33, Bu gün
Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOLAR
11:30, Bu gün
Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO
11:27, Bu gün
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
11:25, Bu gün
Azərbaycanda “molla kəbini”: Vətəndaş nikahlarına qarşı tədbirlər görüləcək? - FOTO
11:22, Bu gün
Nazpəri Dostəliyeva canlı efirdə ağladı: "Darıxdığım var" - VİDEO
11:21, Bu gün
Təhlükəsiz oazis yaradanlar – Türk dövlətlərinin yaxınlaşması rifah və sabitlik vəd edir
11:20, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
11:18, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO
11:14, Bu gün
"Bu, onun başı üçün deyil" - Xalq artistinə CAVAB verdi
11:12, Bu gün
Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib
11:10, Bu gün
Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO
11:06, Bu gün
Ermənistan TŞ-nin katibi Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik forumunda iştirak etməyəcək
11:03, Bu gün
Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB
11:01, Bu gün
Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
11:00, Bu gün
Kiçik küçənin ürək ağrıdan qlobal problemləri - ŞİKAYƏT + FOTOLAR
10:58, Bu gün
Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq
10:55, Bu gün
“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 
10:55, Bu gün
Uzun illər çəkildiyi "Arka Sokaklar"a qayıdır - FOTO
10:43, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb
10:33, Bu gün
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
10:25, Bu gün
Güzgü tarixi 24.04.2024: Kimin həyatı kökündən dəyişəcək?
10:22, Bu gün
Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub
10:13, Bu gün
Anası əlil müğənninin “Krokus” teraktında öldüyünü sübut edə bilmir
10:12, Bu gün
Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO
10:11, Bu gün
Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub
10:10, Bu gün
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:08, Bu gün
Bu səhvlər bürclərin həyatını məhv edir
10:06, Bu gün
Bakıda gənc oğlanı avtobus vurdu
10:04, Bu gün
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...
10:02, Bu gün
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
10:00, Bu gün
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
09:58, Bu gün
Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində - FOTO
09:53, Bu gün
ABŞ Ukraynaya 300 km-lik hədəfi vura bilən “ATACMS” raketlərini ötürsə...-“CNN”
09:48, Bu gün
Gözlər qızarır, barmaqlar keyiyir: Niyə hamı xəstəlikdən şikayət edir? - AÇIQLAMA + FOTO
09:36, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:29, Bu gün
Cibuti sahillərində gəmi batıb: Ölənlər və itkin düşənlər var
09:24, Bu gün
Qaçırılan qızın atası: Qızımı oğurlayıblar - VİDEO
09:20, Bu gün
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
09:16, Bu gün
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:15, Bu gün
Panama sahillərində 5,5 maqnitudada zəlzələ olub
09:09, Bu gün
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
09:01, Bu gün
İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?
08:57, Bu gün
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
08:49, Bu gün
Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb
08:48, Bu gün
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
08:45, Bu gün
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
GÜNLÜK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 16:15
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
23 Apr 2024 | 15:45
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 16:15
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
23 Apr 2024 | 15:45
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov