"Deyəsən, bu dəfə SSRİ-nin gerçək bərpası Azərbaycandan başlayacaq..."
Ekskluziv
Oxunub: 14138
05 Jul 2022 | 13:15
“Fəqət, başı Zaurların, Xoşqədəmlərin, Elgizlərin və s. “çox milli-mənəvi əhəmiyyətli”, “maraqlı” və "vacib" şoularına qarışmış vətəndaşlar üçün Azərbaycanda, yoxsa Azərbaycan SSR-də, rusun, yaxud öz “milli”  çomaqlı Xudayarbəylərinin qapazı altında yaşamağın fərqi yoxdur...”
 
-FİKİR SAVAŞI...-
 
On ilə yaxındır ki, deyirlər, Putin SSRİ-ni bərpa etməyə çalışır... Belarusla ittifaq alındı... Amma Ukraynanı dinc yollarla ruslaşdıra bilmədiyindən Kreml zorakılığa əl atdı... Saxta referendumla Krımı ilhaq etdi... Və rusdilli əhali yaşayan Donbası qarışdırdı... Bunlardan da bir nəticə hasil olmadığını görüb 3 günə Kiyevi tutub Ukraynanı özünə tabe etdirmək üçün “xüsusi əməliyyat”a başladı... Ancaq Ukrayna xalqı Putinin neonasist ordusunu gül-çiçəklə yox, “Molotov” kokteylləri ilə qarşıladı...
 
Odur ki,  dinc insanlara qarşı Hitler Almaniyasından da amansız qəddarlıqlara, qətliamlara rəğmən  Putinin Ukraynanı “denasifikasiya” edib “sovetləşdirmək” planı 5-ci aydır ki, bataqlığa düşüb çıxa bilmir... Bu səbəbdən o, ümidini keçmiş SSRİ-nin digər keçmiş müttəfiq respublikalardakı separatçı caynaqlarına bağlayıb.  Belə caynaqlar əsasən Gürcüstanda, Moldovada və Azərbaycandadır... Amma son günlər Özbəkistandakı Qaraqalpaqıstan caynağını da fəallaşdırıb... Zahirən ən güclü caynaqlar Gürcüstandakı iki qondarma separatçı “respublika”: Abxaziya və Osetiyanın timsalında olsa da, son günlər bu ölkədə rusiyapərəst hakimiyyətə qarşı kütləvi etiraz aksiyalarıyla müşayiət olunan  ciddi ictimai müqavimət müşahidə edilir...  Moldovada da Kremlin “Dnestryanı Respublika” caynağı olsa da, bu ölkədə də həm dövlət, həm xalq səviyyəsində Moskvaya qarşı kəskin etirazlar var... Vətəndaşlar arasında itkilərə rəğmən Özbəkistandakı Qaraqalpaqıstan probleminin qardaş Türkiyə və Qərbin dəstəyi ilə tezliklə həllini tapacağı gözlənilir...
 
Azərbaycana gəldikdə, burada müstəqilliyin bərpasından bəriki 31 ildə hələ də sovetləşmə, rusifikasiya əlamətləri qalmaqdadır. Çünki bizdəki Rusiya “5-ci kalon”u hətta Belarus, Ukrayna kimi slavyan mənşəli ölkələrdəkindən də güclüdür... Biz hər dəfə ruslarla rastlaşanda ölkəmizdəki rusdilli məktəblərin sayı ilə, şagirlərimizin 10 faizinin ya rusdilli məktəblərdə, yaxud Azərbaycandilli məktəblərin rus şöbələrində təhsil alması haqda fəxrlə danışırıq... Bunu küçələrimizdəki adlardan da sezmək olar. Paytaxtımız Bakının yalnız mərkəzi İstiqlaliyyət(keçm. Kommunist), Məhəmməd Əmin Rəsulzadə küçələrini gəzmək kifayətdir ki, orada Azərbaycan dili və əlifbasında nadir adlara rast gəlinməsinə rəğmən ingilis dili ilə yanaşı, rus dili  və əlifbasıyla da çoxsaylı obyekt adlarına rast gələsən... AZTV-nin köhnə binasının üzərindəki “möhtəşəm” “Азәрбајҹан СCР” sözü son illər sökülüb.  Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası üzərindəki "АЗƏРБАЙЧАН ССР ЭЛМЛƏP АКАДЕМИЙАСЫ" yazısı, isə yalnız 2020-ci ilin yayında sökülüb... 
Elmlər Akademiyası dedim, yadıma “5-ci kalon”un ictimai-siyasi qanadının başçısı düşdü. AMEA-dakı sonuncu postundan götürülməklə “başından güclü zərbə” alsa da, hələ də 30-40 illik cinayətlərinə görə cəzalandırılmayıb. Hərbi qanadın general başçısı da onun kimi... Odur ki, hələ Rusiyanın “5-ci kalon”u Azərbaycanda qol-qanad açmaq üçün Putindən siqnal gözləyir...
 
Azərbaycanda SSRİ izlərinin əsas əlamətlərindən biri də, nə yazıqlar ki, 2020-ci ilin 44 günlük savaşında şəhid və qazilərimizin canı-qanı hesabına torpaqlarımızın əksər hissəsinin Rusiya-Ermənistan işğalından azad edilməsindən sonra baş verdi. Belə ki, 10 noyabr 2020-ci il gecəsi beqafıl imzalanmış üçtərəfli razılaşmaya əsasən rəsmən “sülhməramlı” adı altında olsa da, Rusiya ordusu 26 ildən sonra(Qəbələ RLS-dəki kiçik kontingenti nəzərə alsaq,  7 il sonra) yenidən müstəqil Azərbaycan Respublikasının suveren ərazisinə daxil oldu... Və nəticədə işğaldan hərbi və dinc yolla azad edilmiş ərazilər istisna olmaqla Şərqi Zəngəzur və Qarabağın ermənilərin qanuni-qanunsuz məskunlaşdığı bir hissəsi müvəqqəti(!) olaraq Rusiyanın  nəzarətinə verildi. Bunun sayəsində də dinc yolla azad edilmiş Laçın rayonun dəhliz edilmiş təxminən 35 kv.m-lik ərazisi, 1 şəhər və 6 iri kəndi  də “sülhməramlı”ların məsuliyyət zonasına çevrildi. Dinc yolla qaytarılmalı olan Ağdam, Kəlbəcər rayonlarının ərazisi isə  rəsmi Bakının yurisdiksiyasına müstəqil Azərbaycan Respublikasının 1992-ci ildən bəriki inzibati-siyasi xəritəsinə uyğun olaraq deyil, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının köhnə xəritəsi əsasında təhvil verildi. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli Qərarına əsasən 1992-ci ildə ləğv edilmiş  Ağdərə rayonunun rəsmən Ağdam rayonuna daxil olmuş 8 iri kəndi, Kəlbəcər rayonuna daxil olmuş 23 kəndi keçmiş SSRİ xəritəsinə uyğun şəkildə “sülhməramlı”ların xəritəsində də “Mardakert rayonu” adlanmaqla  faktiki olaraq separatçı-terrorçu erməni rejiminin əlində qaldı. Həmçinin Tərtər rayonunun  44 günlük savaş zamanı azad edilmiş Talış, Seysulan, Çaylı və Suqovuşan kəndləri istisna olmaqla Ağdərə şəhəri və 9 kəndi də Rusiya-Ermənistan nəzarətində qalmış oldu... Təəssüf ki, bu haqda media və sosial şəbəkələr istisna olmaqla heç bir rəsmi qurumdan açıqlama verilməyib... 
 
Və bunlardan əlavə, ötən  1 il 7 ay ərzində Azərbaycan mediası, ictimaiyyəti, nəhayət, bir neçə dəfə Müdafiə Nazirliyinin tələblərinə rəğmən Rusiya Müdafiə Nazirliyi öz rəsmi saytının “sülhməramlı”lara aid bölməsindəki xəbər, bülleten və xəritələrdə nə SSRİ dönəminə aid “Dağlıq Qarabağ” birləşməsindən əl çəkdi, nə də Xocalı, Laçın rayon adları və bir neçə kənd istisna olmaqla digər Azərbaycan toponimlərini sovet dönəmindəki Azərbaycan SSR xəritələrinə uyğun adlandırdı: “Stepanakert”, “Mardakert”, “Martuni”, “Levonarx”, “Getavan”, “Vaquas”, “Djrabert” və s...
 
Bu günlərdə isə SSRİ-yə aid daha bir əlamət üzə çıxdı... 2020-ci ilin yazından koronavirus pandemiyasıyla bağlı bağlanmış quru sərhədləri bir müddət öncə Türkiyə və İranla açılsa da, son aylar infeksiyaya yoluxma hallarının, demək olar ki, heçə enməsinə rəğmən Nazirlər Kabinetinin müvafiq qərarıyla nəinki Gürcüstan və Rusiya ilə sərhədlər bağlandı, hətta Türkiyə və İranla sərhədlər də yenidən qapandı... Maraqlıdır ki, yalnız Şimali Koreya və bir neçə Afrika ölkəsi kimi ölkələrin sərhədləri tam qapalıdır. Hətta Mozambikin vətəndaşları belə, qismən məhdudiyyətlərlə quru sərhədlərindən gedib-gəlirlər. Rusiya özü, Rusiya ilə ittifaqa qol çəkmiş Belarus belə,  demək olar ki, bütün ölkələrlə quru və hava sərhədlərini açırlar. Qazaxıstan, Qırğızıstan, Tacikistan kimi türk, müsəlman ölkələri sərhədləri açır, hətta postsovet məkanında avtoritar rejimli, ən  qapalı ölkələrdən biri sayılan Türkmənistan belə, müəyyən məhdudiyyətlərlə vətəndaşlarını quru sərhədlərindən buraxır.  Amma Azərbaycan Respublikası öz bütün sərhədlərini qapadır... Üstəlik, sovet dövründəki kimi dövlət qurumları qətiyyən vətəndaşla hesablaşmadan, xəbərdarlıq etmədən bu tədbiri həyata keçirir... Buna dövlətin açıqlaya bilmədiyi sirli bir məqam səbəb olubsa, olmazmıdı ki, Nazirlər Kabineti və Dövlət Sərhəd Xidməti heç olmasa, xaricdə xüsusən Türkiyədə təhsil alan tələbələri nəzərə alaraq 10 gün öncədən xaricdə olan vətəndaşları xəbərdar edəydi. Nəticədə təyyarə ilə Vətənə dönmək imkanı olmayanlar qərib diyarlarda sərgərdan, pulsuz-parasız qalmaz və avtobuslarla geri qayıdardılar.  Və yaxud xaricdə imtahan verən tələbələri nəzərə alıb qapanmanı iyulun 1-dən yox, 5-10-dan tətbiq edəydilər...
 
Hə, yaxşı yadıma düşdü, quru sərhədlərinin bağlanmasından ən çox qazanan getdikcə daha "çox alan"  "AZAL" rəhbəri Cahangir Əsgərov olacaq. O "Canik" ki, onun rəhbəri olduğu qurumun nəzarət etdiyi Bakı Hava Limanına girəndə əməkdaşların danışığından, kafelərdə vurulan rusca qəbzlərdən və s. özünü Rusiyadakı kimi hiss edirsən... 
 
Nə deyək, vallah, belə görürük ki, deyəsən, bu dəfə SSRİ-nin gerçək bərpası nə Belarusdan, nə Türkmənistandan, nə də Ermənistandan yox, məhz Azərbaycandan başlayacaq...
 
Fəqət, belə baxıram, başı Zaurların, Xoşqədəmlərin, Elgizlərin və s. “çox milli-mənəvi əhəmiyyətli”, “maraqlı” və “əvəzolunmaz” şoularına qarışmış vətəndaş üçün Azərbaycanda, yoxsa Azərbaycan SSR-də, rusun, yaxud öz “milli”  çomaqlı Xudayarbəylərinin qapazı altında yaşamağın fərqi yoxdur...
 
Allah Özü axırımıza xeyrə calasın!..
 
Sultan Laçın 
 
Oxşar xəbərlər
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:06, Bu gün
Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Apr 2024 | 20:25
Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”
22 Apr 2024 | 20:20
Rusiya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır - FOTO
22 Apr 2024 | 20:16
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22 Apr 2024 | 20:14
"Azərreyl"in baş məşqçisi: "Sonadək mübarizə apardıq və qalib gəldik"
22 Apr 2024 | 20:02
XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
22 Apr 2024 | 20:01
UNEC-də “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib - FOTO
22 Apr 2024 | 19:59
Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO
22 Apr 2024 | 19:59
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
22 Apr 2024 | 19:56
"NATO-nun nüvə silahı getdikcə Rusiyanın sərhədlərinə yaxınlaşır" - Polşa prezidenti
22 Apr 2024 | 19:53
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
22 Apr 2024 | 19:37
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - FOTO
22 Apr 2024 | 19:35
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 19:24
Qaribaşvili Azərbaycan səfiri ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:09
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:01
Sarvan Cəfərov: Şirkətlərlə 100,5 min hektar sahədə pambıq istehsalı üçün müqavilə bağlanılıb
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:37
Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
22 Apr 2024 | 18:34
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir
22 Apr 2024 | 18:20
“Robotex Türkiyə”nin qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb - FOTO
22 Apr 2024 | 18:15
Prezident İlham Əliyev: “Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq"
22 Apr 2024 | 18:12
“Meta”nın mətbuat katibi Rusiyada azadlıqdan məhrum edilib
22 Apr 2024 | 18:08
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
22 Apr 2024 | 18:04
Azərbaycanlı bankir Vyanada vəfat etdi - FOTO
22 Apr 2024 | 18:00
Politoloq Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərini müqayisə etdi
22 Apr 2024 | 17:55
Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR
22 Apr 2024 | 17:50
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH + FOTO
22 Apr 2024 | 17:48
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
22 Apr 2024 | 17:45
Məktəblərdə laborant ştatı lazımdırmı? - Ekspertdən İLGİNC rəy
22 Apr 2024 | 17:40
BDU-da IFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
22 Apr 2024 | 17:35
Azərbaycanlı idmançı erməni rəqibini məğlub etdi
22 Apr 2024 | 17:30
Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışladı
22 Apr 2024 | 17:25
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
22 Apr 2024 | 17:23
Daşnaklar Paşinyanı ömürlük həbslə hədələdi...-Qazaxın kəndlərinə görə... 
22 Apr 2024 | 17:22
MEDİA sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ ETDİ
22 Apr 2024 | 17:17
Fabio Kannavaro "Udineze"nin baş məşqçisi oldu
22 Apr 2024 | 17:12
Korrupsioner Okampo: muzdlu hakim erməni lobbi və kilsəsi ilə sülhə qarşı - ŞƏRH + FOTO
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL