“Rusiyanın "vurmaq"la fəxr etdiyi Kiyevdəki raket zavodu sovet dövründən işləmir...” 
Oxunub: 5989
28 Jun 2022 | 19:05
“Rusiyanın
“Atdıqları mərmi və raketlərin 40 faizi tamamilə hədəfdən yayınır...”
 
Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev Moderator.az-a  bu dəfəki müsahibəsində Ukraynadakı savaşın artıq 5-ci ayında baş verənlər, Rusiya tərəfinin hərbi əməliyyatlarda, kiçikmiqyaslı olsa  da, üstünlüklərinin əsas səbəbləri, Ukrayna ordusunun genişmiqyaslı əks-hücum əməliyyatlarının avqust ayında başlanması ehtimalının nə dərəcədə doğru olması, “G-7” sammitinin Ukrayna ilə bağlı qərarları və s. haqda danışdıq.
-Elxan bəy, Qərbin  bütün iqtisadi, maliyyə sanksiyalarına və Ukraynaya mümkün silah və texnika tədarükünə rəğmən Rusiyanın cəbhədə hələ də, kiçik də olsa, müəyyən uğurlar əldə etməsinin əsas səbəbləri hansılardır?
 
-Bunun əsas səbəbi ondan ibarətdir ki, Rusiya tərəfi canlı qüvvə və texnikasının sayca bir neçə dəfə çoxluğundan yararlanaraq kütləvi hücumlar təşkil edir və nəinki qarşı tərəfdəki dinc mülki vətəndaşların, hətta öz hərbçilərinin çoxsaylı itkilərinə belə, əhəmiyyət vermir. Məsələn, may ayının 22-də Rusiya siyasi hakimiyyətinə məlumat verilmişdi ki, guya Severodonetsk şəhəri artıq Rusiya ordusunun nəzarətindədir. Halbuki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı hərbçilərin və mülkilərin həyatını qorumaq naminə və digər tərəfdən də Qərbdən gələn müasir silahların taktiki-texniki göstəricilərinə uyğunlaşmaq baxımından lazım bildiyi ərazilərdə gərəkli yerdəyişmələr edir və yeni qruplaşmalar yaradır. Və dediyim kimi, Rusiya əlində olan bütün vasitələrdən, aviasiyadan, raket və artilleriya qurğularından yararlanaraq öz məqsədinə çatmağa çalışır, ancaq Ukrayna tərəfinin ciddi və böyük müaviməti ilə qarşılaşır. Bununla belə, Rusiya müvəqqəti işğal etdiyi əraziləri özününküləşdirməyə çalışsa da, Ukrayna ordusu Qərbdən yeni-yeni silahlar aldıqca, onları yerlərdəki hərbi birləşmələrə təhvil verdikcə, onlarla bağlı təlimlər keçdikcə tezliklə savaşda dönüş yaradacağına əmindir...
 
-Müharibə başlanandan Ukraynaya Qərbdən hansı müasir silahlar göndərilib və onların taktiki-texniki üstünlükləri nədən ibarətdir?
 
-Qərbdən gələn silahlar əsasən artilleriya qurğuları, hava hücumundan müdafiə qurğuları, zirehli texnika əleyhinə qumbaratanlardır və s. Bunlar arasında “Stinger”lər, “Javelin”lər,  “Nlavs” adlı tank əleyhinə raketlər üstünlük təşkil edir. “Stinger” və “Nlavs”lar həm aviasiya, həm zirehli texnikaya qarşı, “Javelin”lər isə yalnız zirehli texnikaya, yəni PDM, ZTR və tanklara qarşı işlənir. Şərqi Avropa ölkələrindən “S-300” HHM qurğuları, zirehli maşınlar, tanklar verilib. Bir sözlə, son günlərədək Ukraynaya əsasən müdafiə silahları tədarük edilib. Artıq bu günlərdən başlayaraq hücum silah və texnikalarının verilməsinə başlanıb. Bu da “lend-liz” proqramının ləngiməsi ilə bağlıdır. Çünki mayın 9-da “lend-liz” haqda qərar verildi, mayın 16-da isə maliyyə ayrıldı. Bundan sonra həmin silah və texnikanın ABŞ-da gəmilərə yüklənməsi, Atlantik okeanından keçib gəlməsi, sonra hansısa limanlarda boşaldılması, yenidən quru yoluyla Ukraynaya gəlib çıxması, hərbi hissələrə paylanılması və onların öyrənilməsi – bunlar hamısı zaman tələb edən məsələlərdir. Amma bütün hallarda  ABŞ-dan, Kanadadan, Böyük Britaniyadan, Avstraliyadan, həmçinin İspaniyadan, Portuqaliyadan, eləcə də Ukrayna ilə həmsərhəd olan Polşa, Çexiya, Slovakiyadan silah və texnika çatdırılmasında ciddi problemimiz yoxdur. Sadəcə, bir müddət silah tədarükünü ləngidən, özlərini Avropa ölkələrinin “ağsaqqalı” hesab edən Almaniya, Fransa və İtaliyadan başqa heç bir digər müttəfiq, dost sayılan ölkələri günahlandırmağa haqqımız yoxdur.  Adı çəkilən 3 ölkənin lideri isə Ukraynaya səfərlər edib Buçada, İrpendə baş verənləri gözləri ilə gördükdən sonra onlarda da müəyyən fikir dəyişiklikləri yarandı. Və son vaxtlar Almaniya tank əleyhinə qurğular göndərib, Fransa və İtaliya da müəyyən  qurğular göndərməyə başlayıb... 
 
-Bəzən Rusiyanın rəsmi və ya qeyri-rəsmi mənbələri guya Amerika, yaxud Avropadan göndərilmiş silah və texnikaların aviasiya, raket və ya artilleriya vasitəsilə toplu halında vurulması haqda informasiyalar yayırlar. Bunlar nə dərəcədə həqiqətə uyğundur?
 
-Belə məlumatların heç biri həqiqətə uyğun deyil. Çünki əvvəla, belə hal, demək olar ki, olmayıb. İkincisi də, Ukraynanın Qərb sərhədlərində 5 Avropa ölkəsi var. Bu mənada ölkəmizə  həmin ölkələrdən onlarla yox, yüzlərlə avtomobil və dəmir yolları gəlir, yəni yüzlərlə giriş-çıxış var. Və üstəlik, silah və texnikaların Ukraynaya tədarükü tam ciddi təhlükəsizlik şəraitində icra edilir. Yəni onların haradan və necə keçirilməsi yüksək səviyyədə qorunan hərbi sirr olaraq qalır. Bunu bilənlər barmaqla sayıla bilər.  Bəzi hallarda hətta silah və texnikalar hissə-hissə göndərilir. Necə ki, biz 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində silahları unun, digər ərzaqların içərisində keçirdirdik, hazırda Ukraynada da oxşar tədbirlər daha texnoloji formada həyata keçirilir. Bu mənada Rusiyanın Qərbdən gələn silah və texnika karvanlarını vurması, demək olar ki, qeyri-mümkündür. Amma dəmir yollarını müəyyən dərəcədə vurmaq mümkündür. Lakin qatarla nə vaxt, haradan gətirələcəyini də bilmirlər. Sadəcə, dəmir yolundakı müəyyən ifrastrukturlara zərbələr endirməyə çalışırlar. Və buna bəzən müəyyən mənada nail olurlar. Fəqət bu da kütləvi xarakter daşımır. Bir sözlə, Rusiya tərəfinin Qərbdə gələn hansısa silah, texnika karvanını vurması haqda bizdə elə bir ciddi məlumat olmayıb... Bundan əlavə, Rusiya raketləri və artilleriya qurğularının hədəfdən kifayət qədər yayınma problemi var.  Çünki Putin rejimi hələ də 70-80-ci illərin geridə qalmış, pas bağlamış, korrektirovkası pozulmuş raketlərindən istifadə edir... Özüm ixtisasca həm də elektron aparatlar mütəxəssisi olduğumdan bunu qısaca izah edə bilərəm. On illərlə saxlanılan raketlərdə uçuşu təmin edən platalardakı kondensatorlar quruya bilər. Bu və digər səbəblərdən Rusiyanın köhnə raketlərinin dağıdıcı gücləri qalır, amma dəqiqliklərində problemlər var. Demək olar ki, onların 40 faizə qədəri hədəflənən yeri vurmur. Bu, rəsmi statistikadır...
-Məsələn, rəsmi Moskva iyunun 26-da Kiyevə atılan raketlərlə guya “Artyom” raket istehsalı zavodunu vurduğunu bildirdi. Doğrudan da həmin zavodun ərazisinə raket düşübmü?
 
-Xeyr, əslində,  iyunun 26-da  bildiyiniz kimi, Kiyevə atılan raketlər yaşayış binalarına düşüb və dinc insanların həlak olması və yaralanmasına səbəb olub. İkincisi də, “Artyom” zavodu işləmir, sovet dövründən – 1980-ci illərdən bağlanıb. Rusiya siyasi və hərbi rəhbərliyi isə guya həmin “raket zavodu”nu vurmaqla fəxr edir... 
 
-Yeri gəlmişkən, 26 iyun, səhər saatlarında  Rusiyanın Kiyevə atdığı raketlərdən birinin Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşməsi və səfirlik binasının guya zədələnməsi, divarlarda çatlar əmələ gəlməsi haqda məlumatlar yayılıb.  Bəzi siyasi şərhçilər Xəzər dənizi vasitəsi ilə atıldığı deyilən bu raket zərbəsinin Azərbaycana da bir mesaj olduğunu bildirirlər. Siz bu məsələyə necə baxırsız?
 
-Mən Kiyevə endirilmiş sözügedən raket zərbəsini belə şərh etməyin əleyhinəyəm. Burada heç bir mesaj-filan yoxdur… Əvvəla, raket Azərbaycan səfirliyindən bir neçə yüz metr məsafəyə düşüb. Və bu, təsadüfdür. Sadəcə, rayon eyni rayondur.. Və onu da deyim ki, həmin ərazidə bir çox digər ölkələrin də səfirlikləri var.  Azərbaycan səfirliyi, ərazisinə  görə, demək olar ki, Ukraynada ən böyük səfirlikdir. 7-8 hektarlıq ağaclıq bir ərazidədir. İkincisi də, deyildiyi kimi, heç bir ciddi zədə-filan da dəyməyib səfirlik binasına... Məlumatlar şişirdilir… Üçüncüsü də, həmişə dediyimiz kimi, heç Rusiya hərbçiləri nəzərdə tutduqları hədəfləri vura bilirlər ki? Atdıqları mərmi və raketlərin 40 faizi tamamilə hədəfdən yayınır...
 
-“G-7” ölkələrinin son sammitinin qərarları Ukrayna dövləti və  konkret ölkənin Silahlı Qüvvələri üçün nə vəd edir? 
 
-“G-7” sammiti iyunun 26-da Ukraynaya müddətsiz maliyyə və hərbi yardımlar edilməsi haqda qərar verdi. Müddətsiz nə deməkdir? Yəni Ukrayna müharibəni udana qədər, öz ərazisini işğalçı düşməndən təmizləyənə qədər Ukrayna dövlətinə və Silahlı Qüvvələrinə yardımlar ediləcək... Ertəsi gün – iyunun 27-də də Böyük Britaniya baş naziri Boris Consonun təklifi ilə  məsələyə təkrar olaraq olaraq baxılıb, yeni təkliflər verilib. Bu mənada bizim gözləntilərimiz çox müsbətdir...
 
-Elxan bəy, siz necə hesab edirsiz, Ukraynanın bir sıra rəsmilərinin və ekspertlərinin dediyi kimi, genişmiqyaslı əks-hücum əməliyyatları avqust ayında baş tuta biləcəkmi?
 
-Bəli, mən buna əminəm. Artıq Qərbdən tədarük olunan silahların hesabına əks-zərbələr endirilir. Rusiyanın, demək olar ki, bütün ölkə boyu raketlərdən istifadə edərək əzələ nümayiş etdirməsi, hətta hərbi əməliyyatlara dəxli olmayan Çerkası Ternopol, Nikolayev şəhərlərini, eləcə də Kremençuqda dinc insanların alış-veriş etdiyi “Amstor” ticarət mərkəzini amansızlıqla atəşə tutması məhz Ukraynanın əks-zərbələri səbəbindən Rusiya komandanlığının əsəblərini nəzarətdə saxlaya bilməməsinin  göstəricisidir... 
Əvvəllər təbliğat üçün mən də daxil olmaqla, məcbur olmuşuq “Ukraynanın hər şeyi var” deməyə. Halbuki, müharibənin ilk vaxtlarında, hətta bəzi yerlərdə iki həftə bundan öncəyədək, elə olub ki, Ukrayna ordusunun bəzi birləşmələri yalnız yüngül atıcı silahlara möhtac qalıb. Yəni artilleriya qurğuları, topları da, mərmilər də çatışmayıb. İndi, Allaha şükür, vəziyyət xeyli qaydasına düşüb. Odur ki, hazırda mən də elə düşünürəm ki, təxminən avqustun ikinci dekadası üçün genişmiqyaslı əks-hücum əməliyyatları başlana bilər. Həmin vaxtadək silahların, texnikaların hərbi hissələrə  çatdırılması, onların öyrədilməsi üçün təxminən 50 gün lazım gələcək. Bu mənada da “appendiks” kimi Ukrayna ordusunun mühasirəyə düşməsinə şərait yarada biləcək yerləri də nəzərə almaq lazımdır. Məsələn, bayaq xatırlatdığım Severodonetski... Ruslar həmin şəhərin hələ mayın 22-də “azad edildiyi”ni desə də, bu şəhəri yalnız bir ay sonra - iyunun 25-də Ukrayna qüvvələri tamamilə tərk edib. Severodonetsk şəhərinin, demək olar ki, Mariupol kimi 90 faizi məhv edilib. Yəni bu şəhəri nəzarətdə saxlayıb mühasirəyə düşməkdənsə, NATO sistemində olduğu kimi, yerli, birbaşa səngərdə olan səhra komandirlərinin qərarları əsasında Ukrayna ordusu geri çəkildi. Burada söhbət ondan gedir ki, canlı qüvvə itkiləri mümkün qədər azaldılsın, həm də onlar gələcək daha vacib əməliyyatlar üçün qorunub saxlanılsın. Amma Rusiya ordu sistemində belə bir qayda  olmadığı üçün Kremldə qərarlar yalnız yuxarı komandanlıq tərəfindən verilir və nəticədə canlı qüvvə itkilərinə də heç bir əhəmiyyət verilmir...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 16:20
Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalandı - FOTO
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 16:20
Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalandı - FOTO
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi