Ukraynada qızla rəqs... Şuşadan son keçid... Və meymunluq zəmanəsi  başladı...
Oxunub: 14224
06 Jun 2022 | 19:16
Ukraynada qızla rəqs... Şuşadan son keçid... Və meymunluq zəmanəsi  başladı...
“Bu 31 ildə bizim pul, var-dövlət, ev, villa, maşın, vəzifədən, kürsüdən və s. ötrü ruhumuzu, simamımızı, mənliyimizi dəyişmək “fərasətimiz” olmadı... Odur ki...”
 
"Şükür Allaha, şəhid və qazilərimizin canı-qanı sayəsində torpaqlarımızın xeyli hissəsi işğaldan azad olundu. Amma təəssüf ki, meymunlar yenə də öz ampluasında qaldı..."
 
-FİKİR SAVAŞI...-
 
Həmişə zəmanəmizin siyasət və şou-biznes meydanlarını zəbt etmiş, bütün insan sifətlərini itirmiş  vicdansız, namussuz məxluqlardan bəhs edəndə qeyri-ixtiyarı 31 il öncə gəncliyimdəki bir olay gözüm önünə gəlir...
 
Bu dəfə həmin hadisəni yadıma həm də son aylar məşhurlaşdırılmış(!) meymunçiçəyi infeksiyası saldı...
 
1991-ci ilin iyulunda ali məktəbdə  5-ci kursa keçid imtahanlarını başa vurduqdan sonra rəhmətlik bibim oğlu İlqar və Yardımlıdan olan otaq yoldaşım Oqtayla birgə 10-15 günlük istirahət üçün Ukraynada yaşayan bacımgilə qonaq getmək qərarına gəldik. Bakı hava limanından adambaşı cəmi 41 ya 42 manata(o vaxt rublun üzərində həm də manat yazılırdı)  uçaqla qalxıb Kiyev hava limanına endik. Oradan isə avtobusla bacımgilin yaşadığı kiçik, amma xoş aura və mənzərəli Smela şəhərinə yollandıq... Bacımgildə digər qonaqlar da olduğu üçün oteldə qalmağı qərara aldıq. Bir axşamçağı gəzinti üçün otelin həyətinə düşərkən bir qrup ukrayın gənclə aramızda yüngül bir söz atışması yaşandı. Lakin qısa müddətdə anlaşdıq və hətta ukrayın oğlanlar bizi yaxınlıqdakı restorana qonaq dəvət etdi... Restoranda Azərbaycan və Ukrayna xalqlarının, onların dostluğunun şəninə təriflər söyləyib yeyib-içdikdən sonra  daha bir məkana dəvət aldıq. Şəhərin mərkəzi parkında o vaxt hələ mövcud olan komsomol təşkilatı tərəfindən komsomol diskotekası təşkil olunmuşdu... Oqtayla mən də Ukrayna gəncləri ilə birgə rəqsə qoşulduq. Sonra cütlüklərin rəqsləri üzrə yarışma keçirildi.  Təsadüfən üz-üzə gəldiyim bir ukrayın qızla həm Azərbaycan milli rəqsini, həm estrada, həm də Ukrayna xalq rəqslərinin sintezindən ibarət bir qarmaqarışıq oyun çıxardıq... Ətrafdakı yüzlərlə insan bizi alqışlamağa başladı... Nəticədə münsiflər heyəti ukrayın qızla məni yarışın qalibi elan etdi. Və bizə hədiyyələr verildi. O vaxt sovet dövlətinin çöküş vaxtı olduğundan komsomol da kasıblamışdı. Bizə gözəl bir gül dəstəsi və Ukrayna ornamentləri ilə bəzədilmiş yaraşıqlı bir şəkər tozu qabı hədiyyə edildi. Təbii ki, gül dəstəsini ukrayın qıza verdim. Həmin şəkər qabını isə bu günədək Ukraynanın o qayğısız günlərindən yadigar saxlayıram... 
 
Onu deyim ki, nə milli, nə də estrada rəqsləri o dərəcədə yaxşı bacarmırdım. Odur ki, rəqs nömrəmə görə 1-ci yer tutacağımı ağlıma belə, gətirmirdirm. Sadəcə, ukrayın qızla bərabər kütləni cəlb edəcək  hoqqa çıxarmağı, necə deyərlər, meymunluq etməyi bacardıq... 
 
O gündən anladım ki, əgər kiçik bir qondarma rəqs nömrəsi ilə kütlənin alqışını qazanmaq olursa, deməli, oxşar yollarla pul-para, karyera da qazanmaq mümkündür... Bir sözlə, başa düşdüm ki, artıq meymunluq zəmanəsi başlayıb... Əslində həmin zəmanə hələ 1980-ci illərin sonlarından başlamışdı. Sonuncu SSRİ lideri Mixail Qorbaçovun qondarma yenidənqurma  dövründən...  İnsan nəfsinin ciddi çərçivəyə salındığı sovet rejimi birdən-birə vətəndaşlara nəfsani azadlıq verməyə başladı. SSRİ ilə bağlı nostalji yaratmaq niyyətim yoxdur. Amma fakt idi ki,  totalitar bir imperiya olsa da, cəmiyyətdə, eləcə də Azərbaycanda müəyyən əxlaq, mənəviyyat çərçivələri qorunurdu. Təbii ki, bu, rəhbər vəzifələrdəkilərin əksəriyyətinə aid deyildi. Amma hər halda o dövrdə telekanal və qəzetlərdə kütləvi şəkildə fahişəlik və homoseksuallıq təbliğ olunmur, hər yoldan keçənin əlinə bir mikrafon verib efirə buraxmırdılar... Rüşvətxorluq o dövrdə də olsa da, hər şeydə müəyyən bir əndazə vardı... Fəqət, yenidənqurma illərindən tədricən bütün əxlaq, mənəviyyat çərçivələri laxladıldı və “demokratiya”dan öncə rəhbərlikdəki dələduzlar sui-istifadə edərək dünən qorxa-qorxa, gizlin etdiklərini bu gün aşkar etməyə başladılar.  Əvvəlcə porno video-prokat zalları, sonra isə fahişəxanalar, pritonlar açıq fəaliyyət göstərməyə başladı... Yadımdadır ki, 1994-cü ildə  Bakının mərkəzində “AZİ” ilə üzbəüz yerləşən şəhid Milli Qəhrəman Çingiz Mustafayev adına klubda gündə 3-4 dəfə  porno-filmlərin nümayişi ilə bağlı material hazırlayarkən həmin klubun müdiri açıqca dedi ki, bu işin arxasında elə bir adam durur ki... Bu haqda qəzetdə yazı versək də, heç bir reaksiya olmadı... 
 
Xülasə, Ukraynadan iyulun sonunda yenidən təyyarə ilə Bakıya dönüb oradan da qatarla Ağdama gəldim. Ağdamdakı bacımgildə bir gecə qaldıqdan sonra avtobusla Əsgərandan,  Xocalıdan və Xankəndi yaxınlığındakı Ağa körpüsündən keçməklə Şuşaya, oradan da Laçına, hazırda faktiki Rusiyanın nəzarətində qalan Ağanus kəndimizə yetişdim... Bu, həmin şəhərlərimizdən, eləcə də Şuşadan sonuncu keçidim idi...  Yadımdadır ki,  Əsgəran şəhərindən keçərkən bizə nifrətlə baxan ermənilər avtobusumuza bir neçə daş atmışdı... Ağa körpüsündəki hərbi postda sovet-rus  hərbçiləri tərəfindən həbs edilmək təhlükəsindən isə zorla qurtuldum. Məsələ ondadır ki, ötən Ukrayna səfərində Çerkassı şəhərindən aldığım “diplomat” deyilən yaraşıqlı çemodanımın xırda ciblərindən birində bir neçə avtomat gülləsi qalmışdı... Onları, deyəsən,  Ukraynaya getməmişdən öncə dostum Oqtayla birlikdə bir neçə günlük kəndimizdə olarkən könüllü özünümüdafiə dəstə üzvlərindən birindən yadigar götürüb saxlamışdım... Xoşbəxtlikdən rus hərbçilər çemodanımı çox da dərindən yoxlamadılar və artıq erməni terrorçuların at  oynatdığı  Xankəndindəki xüsusi təcridxanalarda həbsdə qalmaqdan canım qurtardı... 
 
Beləliklə, 1991-ci il təxminən avqustun 1-i, yaxud 2-də Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa-Laçın marşrutuyla doğma kəndimizə gəldim... Bundan sonra Şuşaya gəlmək bir daha qismətim olmadı... Sonrakı müddətdə Bakıdan Laçına artıq Qubadlı yoluyla gəlməli olduq... Həmin il SSRİ dağıldı... Və Ukrayna öz nüvə silahını Rusiya və ABŞ-la yanaşı, daha bir neçə Avropa dövlətinin təkidi və təhlükəsizlik zəmanəti altında  təhvil verdi... Bəlkə də müstəqil Ukraynanın ilk prezidenti Leonid Kravçuk nüvə başlıqlarının verilməsinə razı olmasaydı, dünən  rəqs etdiyimiz Ukrayna bu gün Putin kimi siyasi meymunlarım savaş arenasına çevrilməzdi....
 
1992-ci ilin fevral-martında ali məktəbin sonuncu kursunda oxuyarkən öz təşəbbüsüm, tələbə yoldaşlarım və bir neçə müəllimlərimizin dəstəyi ilə yaratdığımız könüllü dəstə ilə Laçına yollandıq. Və işğal günlərinədək Laçın alayının təkibində əlahiddə tağım kimi Ermənistanla sərhəddə döyüş xidmətində olduq...
 
Məhz bəzi siyasətçilərin xəyanəti, bəzilərinin meymunluğu, yəni qucaqdan-qucağa, mövqedən mövqeyə, partiyadan partiyaya atılması sayəsində Xocalı kimi  Şuşa, Laçın da, ardınca daha 7 bölgəmiz də işğal olundu... Bundan sonra isə yenə də xəyanətkarların, meymun siyasətçi, deputat, “ziyalı”, alim, şair, yazıçı, jurnalist və artistlərin sayəsində müstəqil(!) dövlətimizin həm sərvətləri, eyni zamanda mənəviyyatımız, milli-mənəvi dəyərlərimiz də işğal olunmağa başladı... Geniş zalların tribunaları, konsert salonları, telekanallar, qəzetlər və nəhayət, saytlar, “You Tube” kanalları meymunların və meymunbazların oylağına çevrildi... Həmin illər ərzində adamlığını, abır-həyasını qorumağa çalışan insanların çoxu kimi bizlər də doğma yurd-yuvasından didərgin düşüb özgə qapılarında, yataqxanalarda, kirayələrdə ömür-gün sürdük. Bu 31 ildə bizim pul, var-dövlət, ev, villa, maşın, vəzifədən, kürsüdən və s. ötrü ruhumuzu, simamımızı, mənliyimizi dəyişmək “fərasətimiz” olmadı... Odur ki, özgə qapılarında, yataqxanalarda müəllim olduq, jurnalist olduq, ata olduq, nəhayət, baba olduq, amma meymun olmadıq...  
 
Şükür Allaha, yetişmiş geo-siyasi situasiyada dövlətimizin siyasəti, şəhid və qazilərimizin canı-qanı sayəsində torpaqlarımızın xeyli hissəsi işğaldan azad olundu. Ağdamdan Əsgərandan keçib gedə bilməsək də, Şuşa şəhəri də azaddır... Və bu gün buna layiq olan insanlar da bu gözəl şəhərimizi ziyarət edə bilir... Amma təəssüf ki, meymunlar yenə də öz ampluasında qalıb... Yenə də orda-burda şəkil, klip çəkdirir, poz verir, qucaqdan-qucağa, mövqedən mövqeyə atlanır və dişlərini ağardıb bizlərin səbrini daşırtmağa çalışırlar...
Doğrudan da arını, abır-həyasını, namusunu, vucdanını, mənliyini, insafını itirmiş adamlarla meymun arasında o qədər də fərq yoxmuş...
 
Allah bizləri meymun çiçəyindən daha çox, mənəvi, siyasi meymunluqdan qorusun!..
 
P.S. Fotolardakı anonim ingilis rəssamı Benksinin parlamentdə meymunları təsvir edən və "Meymun işi" adlanan əsəridir. 2019-cu ildə Honkonqda keçirilmiş məşhur  "Sotheby's"("Sotbis") hərracında 12 milyon dollara satılıb....
 
Sultan Laçın  
Oxşar xəbərlər
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...