“Bakıdakı “Razin dağı” Rusiya xofunu gücləndirmək üçün uydurulmuş sovet mifi idi…”
Ekskluziv
Oxunub: 6104
25 May 2022 | 19:13
“Bakıdakı “Razin dağı” Rusiya xofunu gücləndirmək üçün uydurulmuş sovet mifi idi…”
“1651–1653-cü illərdə qızılbaşlar rusların Şimali Qafqazdakı möhkəmləndirilmiş istehkamlarını birbaşa hücumla ələ keçirmiş, çar qoşunlarını darmadağın edib onları Rusiyanın sərhədlərinədək qovmuşdular…”
 
(Bu bəhsimiz ən məşhur sovet miflərindən biri barəsindədir...)
 
I hissə
Moderator.az  Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “ “Razin dağı” sovet mifi” adlı araşdırma yazısının I hissəsini təqdim edir:
 
“Sovet dövrünü görmüş azərbaycanlıların əksəriyyətinin yaxşı yadındadır ki, o vaxtlar tarix kitabları, digər ictimai-siyasi ədəbiyyat, bəzən isə mətbuat vasitəsilə belə bir “fakt” təqdim olunurdu: 
“1667–1668-ci illərdə Don kazaklarının atamanı Stepan Razin (1630–1671) Səfəvilər dövlətinin Xəzəryanı ərazilərinə yürüş edərək özünün 24 kiçik gəmidən ibarət donanması ilə Abşeron yarımadasına gəlib çıxır. O, Bakı ətrafında yerləşən yüksəkliklərdən birindəki mağarada düşərgə qurub oradan ətraf məntəqələrə aramsız basqınlar etməyə başlayır. Qızılbaşlar nə qədər səy göstərsələr də, kazakların öhdəsindən gələ bilmirlər. Nəhayət, özünə layiqli rəqib tapa bilməyən Stepan Razin ələ keçirdiyi sərvətlərin bir hissəsini həmin mağarada gizlədir və çarizmlə mübarizəni davam etdirmək üçün Rusiyaya qayıdır. Yerli əhali isə o zamandan etibarən buranı Razin dağı adlandırır”.
 
Sözügedən mağara Azərbaycan paytaxtının Bakıxanov qəsəbəsindəki dağda yerləşir. Onun giriş hissəsinin eni 5 metr, hündürlüyü 13,6 metrdir. Mağara iki kameradan ibarətdir. Birinci kameranın uzunluğu 38,4 metr, eni 5 metrdir. İkinci kameranın isə uzunluğu 7,9 metr, eni 4,3–7 metrdir. Mağaranın ümumi sahəsi 255,7 kvadratmetrdir. Toponomika üzrə mütəxəssis Mahirə Abbasovanın yaşlı sakinlərdən topladığı məlumata görə, 100 il əvvələdək buranın adı Kühüldağ olmuşdur. “Kühül” sözü “kaha” sözü ilə eyni mənşəlidir. Hər iki sözün mənası mağaradır. “Kühüldağ” mağara dağı və ya mağaralı dağ deməkdir.
 
Haşiyə: 
 
Qobustan rayonunun Sündü kəndində Kühüldağ adlı karst (suda asanlıqla əriyən süxur – əhəngdaşı, dolomit, təbaşir, gips və ya daşduz) mağarası vardır. Şirvan bölgəsində süni mağaralardan ibarət yaşayış məntəqəsinə keçmişdə kühül deyilirdi. Ehtimala görə, Külüllü (Ağsu rayonu), Kövlüc (Ağsu rayonu), Külüs (Naxçıvanın Şahbuz rayonu), Güllücə (Qərbi Azərbaycan) və Gül (Qərbi Azərbaycan, Cənubi Azərbaycan) kimi kənd adları kühül sözündən törəmişlər.
 
Bəri başdan qeyd edək ki, “Razin dağı haqqında rəvayət”in XVII əsrə, yəni Stepan Razinin yaşadığı dövrə gedib çıxan əsası və kökü yoxdur. Üstəlik, bu məlumat məntiqə də uyğun deyildir. Fikrimizi əsaslandıraq:
 
- Əvvəla, Stepan Razinin yürüşü Səfəvilər dövlətinin ən qüdrətli və stabil vaxtlarından birinə təsadüf edirdi. XVII əsrin II yarısında Qızılbaş dövlətinin bütün strukturları normal fəaliyyət göstərirdi. Səfəvi ordusu isə kifayət qədər güclü idi. Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, bu hadisələrdən cəmi 15–17 il əvvəl, yəni 1651–1653-cü illərdə qızılbaşlar rusların Şimali Qafqazdakı möhkəmləndirilmiş istehkamlarını birbaşa hücumla ələ keçirmiş, çar qoşunlarını darmadağın edib onları Rusiyanın sərhədlərinədək qovmuşdular. Bu halda necə ola bilər ki, bir dəstə quldur gəlib Səfəvilərin vacib liman şəhərlərindən birinin yaxınlığında aylarla azğınlıq etsin, güclü bir dövlət isə onların qarşısında aciz qalsın?!
- Əgər Stepan Razinin quldurları həqiqətən də bu mağaranı özlərinə baza etmişdilərsə, orada onlardan hansısa izlər (XVII əsrə aid güllələr, ox və nizə ucluqları, odlu və soyuq silahların qalıqları, ziynət və bəzək əşyaları, geyim elementləri, yazılar və s.) qalmalı idi. Lakin görünən budur ki, indiyədək mağarada və onun ətrafında heç bir artefakt, ciddi bir sübut aşkarlanmamışdır.
 
- Qədim və orta əsrlərdə dənizçilər düşmən sahilinə çıxmağa məcbur qaldıqda çalışırdılar ki, gəmilərin lövbər saldığı yerdən çox da uzaqlaşmasınlar. Apardığımız hesablamaya görə, Kühüldağla Xəzər dənizinin ona ən yaxın sahili arasında məsafə azı 10 kilometrdir. Nəzərə almalıyıq ki, kazakların əksəriyyəti piyada idi. Bu halda onlar geri çəkilməli olsaydılar, minimum 1 saat hərəkət etməliydilər. Amma dəniz sahilinə 1 saat ərzində çatmaq üçün kazaklar yüksək sürətlə qaçmalı idilər. Belə ki, fizioloqların hesablamalarına əsasən, yaxşı məşq etmiş hazırlıqlı adam 10 kilometrdən 40 kilometrədək məsafəni saatda 16 kilometr sürətlə qaça bilər. Burada isə nəzərə almalıyıq ki, hər bir kazak öz üstündə həm silahını, həm zirehini, həm də qarət etdiyi mallardan bəzilərini daşımalı olacaqdı. Deməli, quldurlar sahilə doğru adi yerişlə getməliydilər. Bu zaman ən yüksək sürət saatda 6,5 kilometr ola bilərdi. Bu isə o deməkdir ki, kazaklar əsasən süvarilərdən ibarət qızılbaş qoşununun müşayiəti və həmlələri, aramsız güllə və ox yağışı altında 1 saat 30 dəqiqə – 3 saat hərəkət etməliydilər. Sözsüz ki, belə bir vəziyyətdə onların əksəriyyəti sahilə gedib çıxa bilməyəcəkdi.
 
- Mağaranın ümumi sahəsi müasir tipli mənzilin sahəsi qədərdir. Bu isə o deməkdir ki, Kühüldağ mağarası bir neçə min döyüşçü üçün sığınacaq yeri ola bilməzdi.
 
- Bugün Kühüldağda bulaq və ya su quyusu yoxdur. XVII əsrdə həmin mağarada içməli su mənbəyi var idimi? Bunu bilmirik. Amma aydın məsələdir ki, kifayət qədər su ehtiyatı olmayan yerdə xeyli adamın bir neçə gündən artıq yaşaması mümkünsüzdür.
 
- Nəhayət, Azərbaycanda sovet hökuməti qurulanadək azərbaycanlılar bu yeri Razin dağı deyil, Kühüldağ adlandırırdılar.
 
(Ardı var...)
 
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
 
P.S. Hörmətli araşdırmaçının yazdıqlarından belə anlaşılır ki, Bakıdakı “Razin dağı” Azərbaycan xalqı arasında Rusiya xofunu, Rusiya döyüşçüləri ilə guya heç kəsin bacarmayacağı haqda rəyləri gücləndirmək üçün uydurulmuş sovet mifi olub… 
 
Oxşar xəbərlər
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçirəcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 08:58
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
19 Apr 2024 | 08:41
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 08:58
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
19 Apr 2024 | 08:41
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var