Laçın rayonunun Rusiyanın nəzarətində qalan hissəsində son durum...-ARAŞDIRMA
Ekskluziv
Oxunub: 7077
17 May 2022 | 21:08
Laçın rayonunun Rusiyanın nəzarətində qalan hissəsində son durum...-ARAŞDIRMA
Qeyd edək ki, dağ-dərə relyefini də nəzərə alsaq, quru xətti ilə dəhlizin eni əslində azı 15-20 km-dək uzanır...
 
Rayonun “dəhliz” adlanan ərazisindəki 5 kənddə tarix boyu bir erməni də yaşamayıb...
 
Azərbaycan Respublikasının qərbində, Kiçik Qafqazda, Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində yerləşən Laçın rayonu  30 il öncədən, yəni 1992-ci il 18 maydan etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.  Rayon ərazisinin əksər hissəsi  yalnız 28 ildən sonra Azərbaycan ordusunun  II Qarabağ savaşındakı qələbəsindən sonra 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarılıb.
Qeyd edək ki, Laçın rayonun bütövlükdə sahəsi bəzi rəsmi və qeyri-rəsmi mənbələrdə yanlış olaraq göstərildiyi kimi, 1800 kv.km yox, hazırkı “dəhliz” adlanan ərazi də daxil olmaqla 1835 kv.km-dir...
 
Azərbaycan mənbələrinə görə, 1980-ci illərin sonunda rayonda vur-tut üç erməni yaşayıb, başqa mənbələrdə isə 1970-ci illərdə bu say cəmi 34 nəfər kimi göstərilir. 
 
İşğal dövründə Laçın rayonuna Ermənistandan və son vaxtlar isə Livan və Suriyadan ermənilər köçürülüb. Azərbaycan bu köçürmələri beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Laçın rayonu  Azərbaycan ordusunun 44 günlük müzəffər savaşının sonunda  2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanat imzalandıqdan sonra geri qaytarılıb.
 
Bəhs edilən üçtərəfli bəyanata uyğun olaraq Laçın rayonunun Rusiya “sülhməramlı” qüvvələrinin nəzarətinə keçmiş hava xətti ilə 5 kilometr enliyində  olan və təxminən 35 kv.km-lik ərazisi “Laçın dəhlizi” adlanır. Qeyd edək ki, dağ-dərə relyefini də nəzərə alsaq, quru xətti ilə dəhlizin eni əslində azı 15-20 km-dək uzanır... Ermənistan ərazisini keçmiş Dağlıq Qarabağ ərazisi ilə birləşdirən dəhliz daha sonra Şuşa şəhərinə və həmin rayonun 9 noyabr 2020-ci il tarixində azad edilmiş Daşaltı kəndinə toxunmadan Xankəndinədək davam edir və ona nəzarəti Rusiya sülhməramlı sayılan hərbi kontingenti həyata keçirir. Qeyd edək ki, Şuşa rayonunun digər 36 kəndi və 1 qəsəbəsi də rəsmən Rusiya qüvvələrinin nəzarətindədir və separatçı-terrorçu rejim də həmin ərazilərdə sərbəst fəaliyyət göstərir...
 
10 noyabr razılaşmasına əsasən növbəti 3 il ərzində tərəflərin razılığı əsasında  Yuxarı Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşasına artıq başlanılıb. Və buna uyğun olaraq həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi də nəzərdə tutulur.
 
Azərbaycan mənbələrinin məlumatına görə, Laçına alternativ yol Ermənistanın Sünik rayonunun Gorunzur kəndindən başlayacaq, Laçın rayonunun Zabux yaxınlığındakı Qayğı qəsəbəsindən, Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək dağların arasından  Xankəndinə çatacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun hələ 2022-ci ilin fevral ayında verdiyi açıqlamaya görə, həmin marşrut üzrə tikinti işləri davam edir və cari ilin iyul ayına qədər istifadəyə veriləcəyi gözlənilir.
Hələlik isə Laçın şəhəri, düz Gorus-Laçın yolunun üzərində yerləşən Zabux kəndi, şimal istiqamətində  5 km dəhlizə daxil olan Sus və Qarıkaha kəndləri, cənub istiqamətindən isə Ağanus və Kəravuz kəndləri  Rusiya ordusunun məsuliyyət zonasına aiddir.
 
Moderator.az Rusiyanın sülhməramlı sayılan qüvvələrinin nəzarətindəki və ermənilərin hələ də yaşadığı bu Azərbaycan torpaqlarında hazırkı gerçək durum barədə qısa araşdırma aparıb.
 
Laçın rayonunun əksər hissəsi  Azərbaycan qaytarılmazdan bir müddət əvvəl Ermənistan mediası Laçın şəhərində və iki kənddə(Zabux və Sus) erməni əhalisinin daimi qalacağına dair iddialara dair xəbərlər çap edib. Azərbaycan rəsmiləri buna şərh verməyib. Lakin Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc Laçın rayonunun bütövlükdə təhvil verilməməsinə dair ehtimalları rədd edib...
 
Son məlumatlara görə, hazırda Laçın rayon mərkəzində təxminən 70 erməni ailəsi, yaxud 200-ə yaxın erməni sülənir. Rusiya hərbçiləri müxtəlif xidməti işləri icra etmələri üçün onların şəhərdə qalmasına şərait yaradıblar... Müharibədən əvvəl isə Laçın şəhərində təxminən 2200 erməni yaşayıb. Şəhərdə banklar və bankomatlar da işləmir. Qida və digər malların satıldığı yalnız iki pərakəndə satış məntəqəsi var. Laçında 3-4 “Artsax” “polis”i də fəaliyyət göstərir. Lakin hər şey əsasən Rusiya sülhməramlıları tərəfindən idarə olunur. Laçındakı xəstəxana binası da “sülhməramlı”lara təhvil verilib. Şəhərdə heç bir məktəb işləmədiyindən 11 erməni uşağı hər gün Ermənistanla sərhəddə yerləşən Zabux kəndindəki terrorçu Qaregin Njde adına məktəbə gedib-gəlir...
"Laçın dəhlizi" adlanan  əraziyə Ermənistan tərəfindən bu qəsbkar ölkənin və Rusiyanın vətəndaşları, o cümlədən Ermənistanın və separatçı rejimin məmurları sərbəst buraxılır...  Azərbaycan Respublikasının Kəlbəcər və Qubadlı istiqamətlərindəki ərazilərindən isə yalnız rəsmi Bakının  xüsusi icazəsi olduğu halda hərbçilərimiz və digər vətəndaşlarımızın Laçın şəhərinə keçməsinə izn verilir. Cənub tərəfdən Ağanus kəndi, şimal tərəfdən isə Qarıkaha kəndindəki Rusiya hərbçilərinin qurduğu postlardan keçəndən sonra avtomobillərdə və ya əllərdə Azərbaycan bayrağı qaldırmaq olmaz. Eyni zamanda xüsusi icazə alan yerli və ya xarici jurnalistlər istisna olmaqla foto və video-çəkilişlər də qadağan edilir...
Laçın şəhərindəki və Sus kəndindəki haylar radikal, revanşist çıxışlar etmirlər, sakitcə başlarını girləyirlər. Onlardan fərqli olaraq XX əsrin əvvəlində xalq qəhrəmanı Sultanbəy tərəfindən tayqulaq erməni generalı Andranikin qoşununun darmadağın edildiyi Zabux kəndində sanki Azərbaycanın acığına hələ 2011-ci ildə Suriyanın Əl-Kamışlı şəhərindən  qeyri-qanuni olaraq köçürülmüş və tayqulaq sələfinin adını daşıyan Andranik Çavuşyan adlı qanunsuz “mer” irqçi və revanşist çıxışlar edir, bu kəndin “onların vətəni” olduğunu və “buradan çıxmayacaqları”nı söyləyir. Ötən ilin yazında o, Zabux kəndində terrorçu, faşist Qaregin Njdeyə heykəl qoymağa hazırlaşmasından da danışıb. 2021-ci ilin dekabrında Zabuxda Ermənistanın “Genezis Armenia” şirkətinin maliyyəsi hesabına yeni çörək sexi açılıb. Bu il aprel ayının 23-də qondarma erməni "soyqırımı"nın "107-ci ildönümü" ərəfəsində Azərbaycanın bu kəndindəki ermənilər  üzdəniraq "məşəl yürüşü" də keçirilib.  Bundan əlavə,  Zabuxda erməni Pasxa bayramının özü və ondan öncəki bazar günü keçirilən “Tsaxkazard”  adlanan bayram da qeyd edilib və bunlara aid foto və video-görüntülər də yayılıb...
 
Zabux kəndi hazırda Laçın rayonunun bilavasitə “Laçın dəhlizi” adlanan hissəsində -Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Bəzi məlumatlara görə, əvəllər bu ərazidə Sus -Zabux adlı başqa kənd də olub.  Bu gün isə erməni saytlarının yaydığı məlumata görə, Zabuxun qanunsuz "meri"  Andranik Çavuşyan guya Azərbaycan tərəfinin Laçın rayonunun Güləbird kəndindəki SES-dən digər kəndlərə çəkilən elektik xətlərinin Zabux ərazisindən keçməsinə imkan verməyib və danışıqlardan sonra elektrik dirəkləri kənddən 8,5 km aralıda basdırılmağa başlanıb... 
 
Toponimin mənşəyi haqda ehtimal:
 
XIX əsrdə, yəni  Çar Rusiyası dövründə  rusların çəkdiyi  Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuş və mövqeyinə görə  ruslar bu yaşayış məntəqəsini  “Za buqrom”(təpənin arxasında)  birləşməsinin əsasında  qısaca “Zabuq” adlandırmışlar.  Sonradan bu söz Azərbaycan tükcəsindəki tələffüzünə uyğunlaşaraq “Zabux” şəklinə düşüb. 
Yeddi cildlik Azərbaycan tarixində yazıldığına görə, Ermənistan işğalı dövründə Zabuxda başçısı Zeylan Öcalan olan "Kürd konqresi" terrorçu qrupu yerləşdirilmişdir (Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 268)...
 
Yarandığı gündən  kənddə bir erməni də yaşamayıb. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Son məlumatlara görə, Zabuxun didərgin azərbaycanlı əhalisinin sayı 800 nəfərə yaxındır...
 
10 noyabr üçtərəfli razılaşmasına əsasən  kənd  artıq 1 il 6 aydan çoxdur ki, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətindədir. Həmin kontingentin Azərbaycanın Ermənistanla rəsmi dövlət sərhədindəki 1 nömrəli postu məhz Zabux kəndində yerləşir...
 
Onu da xatırladaq ki, 1919-cu ilin yazında məhz Zabux kəndi ərazisində, “Zabux dərəsi” deyilən bu yerdə xalq qəhrəmanı Sultanbəy  tayqulaq erməni sərkərdəsi Andranikin on minlərlə ermənidən ibarət qoşununu darmadağın etmiş, Andranik  özü isə biabırçı şəkildə arvad paltarı geyinərək aradan çıxa bilmişdir. Onun qulağını hələ Osmanlı ordusunda xidmət etdiyi zaman ruslara yardım göstərərək xəyanət etdiyinə görə bir türk paşası  kəsib...
 
Zabux kənd inzibati ərazi dairəsində yerləşən və Laçın dəhlizinə daxil olan Sus kəndində cəmi 3 erməni ailəsi qalıb ki, onların da ikisi hələ ötən il avqustun sonunadək Ermənistana, oradan da Rusiyanın Krasnodar diyarına yollanmaq niyyətində olduğunu açıqlamışdı. Sus kəndi Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasındadır. Oykonim “sulu yer” mənasındadır.
 
“Sülhməramlı”ların xəritəsində 27-ci postlarının yerləşdiyi qeyd edilən Ağanus kəndi Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənddir. Bəzi məlumatlara görə, adını ərazidəki eyni-adlı mineral bulaqdan almışdır. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir. Digər tədqiqatçılara görə isə, toponim ağ və naus (ərəbcə "məbəd"  sözləinin birləşməsindən yaranıb. Sasanilər dövründə zərdüştiliyə sitayiş edənlərin qəbirüstü tikilisi də "naus" adlanırdı) sözlərindən düzəlib, "ağ rəngli məbəd" mənasını ifadə edir...  
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən kənd
2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Rusiya “sülhməramlı”larının postlarından biri Fətəlipəyə və Ağanus kəndləri arasında qurulub.
 
Ağanus kəndinin Qubadlı-Laçın yolu üzərində yerləşən və  Turşsu adlanan cənub hissəsində cəmi bir neçə ev salamat qalıb. Ətrafdakı meşələrin bir hissəsi işğalçı ermənilər tərəfindən qırılıb.  Kənd klubu, keçmiş kolxoz ferması da darmadağın edilib. İşğaladək asfalt olan və Bakı-Laçın, Sumqayıt-Laçın sərnişin avtobuslarının da keçib getdiyi yol bərbad hala düşüb. Ağanusun cənub hissəsində işğal dövründə bir neçə erməni ailəsi yaşayıb ki, onlar da 44 günlük savaşdan sonra ərazini tərk ediblər...
Qeyd edək ki, Ağanus kəndinin cənub hissəsi ərazidə narzan tipli məşhur mineral bulaq olması səbəbindən Turşsu da adlanır. İşğaladək Laçın rayonuna gələn qonaqların əksəriyyəti həmin bulağın yanındakı pavilyonlarda  yeyib-içib istirahət ediblər...  
 
Ermənilər 28 il ərzində Turşsu bulağı ətrafında heç bir abadlıq işləri aparmayıb. Əksinə, oradakı kafe və pavilyonları talan ediblər.  Bulağın üzərində Laçında gorbagor olmuş işğalçı hərbçilərin “xatirəsi”nə xaçkar qoyublar...
 
Ağanus kəndi Laçının qədim kəndlərindən biridir.  Sonradan Rusiya imperiyası tərəfindən Şuşanın qonşu Yuxarl Qaladərəsi və Aşağı Qaladərəsi(Kirov) kəndlərinə köçürülmüş ermənilər XX əsrin əvvəllərindən bəri bu kəndi 4 dəfə hücuma məruz qoyaraq yandırıb, əhalisini didərgin salıblar. Peyk  görüntülərindən də bəlli olur ki, 1992-ci ildə baş vermiş erməni  işğalından sonra Ağanus kəndinin yuxarı hissəsində məktəb binası da daxil olmaqla heç bir bina ev salamat qalmayıb...
Ağanus kəndinin şimal hissəsinin yaxınlığında isə 1782 metr hündürlüyündəki strateji Ağdaş yüksəkliyi yerləşir. Həmin yüksəklikdən Şuşa rayonunun hazırda ermənilərin məskunlaşdığı Aşağı və Yuxarı Qaladərəsi, eləcə də Salatınkənd(Sarıbaba), Göytala kəndlərinə, həmçinin Şuşa-Laçın və Qubadlı-Laçın yollarına nəzarət etmək mümkündür. 10 noyabr razılaşmasına əsasən həmin yüksəklikdə Azərbaycan ordusunun postu yerləşdirilib və orada “Azersel” rabitə qülləsi quraşdırılıb. Ötən bir il 6 ay ərzində erməni mediasında yayılmış məlumatlara görə, Aşağı Qaladərəsindəki haylar dəfələrlə Rusiya hərbçilərinə guya sözügedən Ağdaş yüksəkliyindəki Azərbaycan hərbçiləri tərəfindən onlara qarşı təhlükə yaranması haqda müraciətlər ediblər. Yəni onların məqsədi həmin yüksəklikdə Rusiya hərbçilərinin yerləşdirilməsi olub. 44 günlük müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Rusiyanın “WarGonzo” layihəsinin jurnalisti Semyon Peqov da Aşağı Qaladərəsinə gələrək separatçı ermənilərin istəyinə uyğun eyni hədyanları təkrarlamışdı. Qeyd edək ki, Aşağı Qaladərəsi kəndində Rusiya hərbçilərinin yerləşməsi dəqiqdir. Oradan bir neçə dəfə bunu təsdiq edən görüntülər də yayılıb...
 
Fətəlipəyə inzibati dairəsinə aid olan Kəravuz kəndi çox kiçik kənd olub. Hazırda həmin kənddə də heç bir erməni yaşamır.
 
Nəhayət, şimal Kəlbəcər istiqamətindən Laçın dəhlizinin “qapısı” olan Qarıkaha — Azərbaycan Respublikasının Laçın rayonunun Laçın şəhər inzibati ərazi dairəsində kənddir.
Qarıkaha kəndi Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Abdallar kəndindən (1923-cu ilədək Laçın şəhərinin adı) köçmüş ailələrin Qarıkahası adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yer isə oradakı Qarı kahası adlı mağaranın adı ilə adlanmışdır. Toponim “qoca qadına məxsus mağara” və yaxud “köhnə oyuq, köhnə quyu” mənalarındadır.
 
Hazırda bu kənddə də heç bir erməni yaşamır. 
 
Onu da vurğulayaq ki, Laçın rayonunun digər kəndləri kimi, “dəhliz” ərazisindəki 5 kənddə də tarix boyu heç bir erməni yaşamayıb...
 
Qeyd edək ki, bu günlərdə Kəlbəcər kimi, Laçın rayonu ərazisinə də arıçılıq və heyvandarlıq təsərrüfatlarının köçü başlanıb. İnşallah,  bütün Laçın rayonunun, o cümlədən “dəhliz”dəki kəndlərinin sakinlərinin də öz doğma yurdlarına dönəcəkləri günləri görəcəyik...
 
Sultan Laçın
 
 
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA