İrlandiya deputatı Qərbi Fələstinin işğalına da Ukrayna kimi yanaşmağa çağırdı...-“TRT World”
2810
14 May 2022 | 09:15

İrlandiya deputatı Qərbi Fələstinin işğalına da Ukrayna kimi yanaşmağa çağırdı...-“TRT World”

İrlandiyalı deputat Riçard Boyd Berret Qərb hökumətlərini Rusiyanın Ukraynadakı oxşar hərəkətlərindən qəzəblənməsi fonunda İsrailin Fələstindəki təcavüzkar davranışlarına reaksiya vermədiklərinə görə tənqid edib. 
 
Moderator.az xəbər verir ki, bu haqda “TRT World” məlumat yayıb.
 
 “Siz jurnalist Şirin Əbu Əklehin(“Əl-Cəzirə” əməkdaşı-S.L.) qətlini haqlı olaraq pislədiniz və mən şadam ki, bunun araşdırılmasına çağırırsınız. Ancaq daha vacib bir şey də var. İsrail müdafiə qüvvələri Fələstin ərazilərində apardıqları “əməliyyat” adı alıtnda nələr törədirlər? Son altı həftə ərzində Qərb liderləri Rusiyanın Ukraynadakı “əməliyyatını” haqlı olaraq pisləyib və bunu xarici torpaqlarda “qəddar, əsassız və bağışlanmaz hərbi təcavüz aktı” adlandırıblar. Bəs İsrailin Fələstin ərazisindəki Cenini işğalı haqqında niyə eyni sözlər deyilmir? Onlar nə edirlər, Fələstin ərazisində “hərbi əməliyyat” keçirirlər? Onlar “hərbi əməliyyatlar” zamanı hər gün nələr edirlər?”, - deyə parlamentdə çıxış edən deputat sual edib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər