"Bir dəfə məmurların maaşı ilə bağlı məsələ qaldırdım, az qaldılar məni topa tutsunlar..."
Oxunub: 4461
11 May 2022 | 17:06
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı icra hakimiyyətlərinin ləğvinin anonsunu verdi. Belə ki, bu istiqamətdəki islahatlar zamanı icra hakimiyyətlərinin Prezidentin xüsusi nümayəndəsi ilə əvəzlənəcəyi gözlənilir.
 
Moderator.az “unikal”a istinadən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir: 
 
- Qüdrət bəy, idarəetmə sistemi ilə bağlı islahatların aparılacağı gözlənilir. Sizcə, yeni idarəetmə nələri dəyişəcək?
 
- Prezident bunun anonsunu verib. Amma heç kim dəqiq söyləyə bilməz ki, dövlət başçısı nələri nəzərdə tutur. Bunu zaman göstərəcək. Sözügedən məsələ ilə bağlı fikrim ondan ibarətdir ki, Azərbaycanda dövlət idarəetməsindəki hədsiz mərkəzləşmə özünü doğrultmur. İdarəetmədəki bəzi səlahiyyətlər yerlərə ötürülməlidir. İcra hakimiyyətlərinin sayı çoxdur. İnzibati ərazi bölgüsünə görə 80-dən artıq rayon var, bu  həddindən artıq çoxdur. Hazırda ölkəmizdə 14 iqtisadi rayon var. Həmin iqtisadi rayonların tərkibinə bir daha baxmaqla onları inzibati ərazi vahidlərinə çevirmək olar. Həmin inzibati ərazi vahidlərinin başçılarının yerli sakinlər tərəfindən seçilməsini müəyyənləşdirə bilərik. "Yerli idarəetmə haqqında" qanun qəbul olunmalıdır. Regional rəhbərlərin statusu dəqiq müəyyənləşməlidir ki, onlar hansı səlahiyyətlərə malikdirlər. Həmin şəxsləri yerli sakinlər seçərsə, onlar qanunla idarəetmənin tərkib elementi kimi həm cənab Prezident, həm də yerli sakinlər qarşısında məsuliyyət daşıyacaqlar. Hər bir halda islahatları müsbət qiymətləndirirəm. Dövlət başçısı bəyan etdi ki, indiki idarəetmə özünü doğrultmur. Ona görə də mütləq islahatlar aparılmalıdır. 
 
- Hazırda bələdiyyələrin fəaliyyətini qənaətbəxş hesab edirsizmi?
 
-Bizdə demək olar ki, bələdiyyələrin bütün səlahiyyətləri əllərindən alınıb. Onların ictimaiyyət üçün nələrsə etməsinə geniş imkanları yoxdur. Hər şeyi mərkəzi icra hakimiyyəti orqanları öz əlinə alıb. Adi reklamı, o cümlədən vergilərin əksəriyyətini bələdiyyələrdən alıblar. Bir çox ölkələrdə bələdiyyələrin məktəbləri, bağçaları, xəstəxanaları, ictimai nəqliyyatı və s. var. Bizdə isə sərnişindaşımaya da dövlət əl qoyub. Bakı Nəqliyyat Agentliyinin vasitəsilə sərnişindaşıma ilə məşğul olan sahibkarlar sıxışdırılıb çıxarıldı. Əvvəllər də təklif etmişik ki, bələdiyyələrə yerli dövlət hakimiyyəti orqanları statusu verilsin. Bələdiyyələr yerli özünüidarə orqanı deyil, yerli dövlət hakimiyyət orqanı statusu alsın.
 
- Digər hansı sahədə struktur islahatlarına ehtiyac var?
 
- Biz ölkəmizin gələcəyini parlamentli respublika modelində görürük. Dövlətdə də əsas icra hakimiyyətinə Baş nazir rəhbərlik etsin. Prezident dövlətin təmsilçisi kimi parlamentli respublikalarda olan səlahiyyətlərdən artıq səlahiyyətə malik olmasın. Ölkəmizin gələcəyini bu cür görürük. Biz parlamentli respublikaya keçsək, Qərb standartlarına cavab verən, demokratik cəmiyyət qurmaq bizə daha asan olar. O baxımdan düşünürəm ki, Azərbaycanın gələcəyi parlamentli respublikadır.
 
- Deputat həmkarlarınız parlamentdə çıxışı zamanı bildirir ki, seçicilərin qaldırdığı hansısa məsələ ilə bağlı nazirlərlə əlaqə saxlamalı olurlar. Bəzi nazirlər isə onların telefonlarına cavab vermir...
 
- Parlamentdə bu məsələ çox qaldırıldı. Bundan sonra deputatlara mərkəzi icra hakimiyyəti orqanlarının bəzilərinin aparat rəhbərlərinin, müavinlərinin nömrələrini veriblər. Siyahı tərtib olunub ki, bu şəxslərə zəng etsəniz, onlar mütləq telefonlara cavab verəcəklər. Bu o demək deyil ki, deputat nazirlərə, icra başçılarına zəng edə bilməz. İcra başçılarının müavinlərinin nömrələrini veriblər ki, onlarla əlaqə saxlanılsın. Bunun özünü də yersiz hesab etdim. İcra başçısının nə işi var ki, öz rayonunun deputatı ilə telefonla danışmağa vaxt tapmasın. O qədər gərgin iş görür? Səhərdən axşama qədər olan müddətdə telefonla öz rayonunu təmsil edən deputatla telefonla danışa bilmir ki, müavinin nömrəsini verirlər. Bu da islahatların aparılmasını zəruri edir. İcra hakimiyyətinin parlamentdən hansısa asılılığı olsa, deputatların telefonlarına cavab da verərlər, onların qaldırdığı məsələlərə diqqətlə yanaşarlar. İcra hakimiyyətləri parlament qarşısında məsul deyillər. Parlamentli respublikaya keçsək, parlamentin nüfuzu yüksələcək. Xalqın təmsilçilərinin birbaşa hökumətə təsir imkanları artacaq. Məsələn, Nazirlər Kabineti ildə bir dəfə parlamentdə hesabat verir. Birdən parlament həmin hesabatı qeyri-qənaətbəxş saydı. Bu, hansısa hüquqi nəticə doğurmayacaq. Parlamentin rolu o qədər kiçildilib ki, hökumət həddindən artıq özünü sərbəst hiss edir. Bu isə hökumət üzərində parlament nəzarətini aşağı endirir. Hər il büdcə müzakirələrində məsələ qaldırırıq ki, "Büdcə sistemi haqqında" qanuna görə investisiya layihələrinin siyahısı parlamentə təqdim olunmalıdır. Deputatlar bilməlidir ki, ayrılan pulun bölgüsünə səs verəndə həmin vəsait hara xərclənəcək? Bunu vermirlər. Tələb edirik, əhəmiyyət verən yoxdur. İdarəetmədə islahatlar həm də ona gətirib çıxarmalıdır ki, parlamentin rolu artsın, məhkəmə hakimiyyəti daha müstəqil, güclü olsun. İdarəetmə təkmilləşdirilməsə, korrupsiya ilə mübarizədə daha ciddi uğurlara imza atmaq mümkün olmayacaq. 
 
- Qiymət artımları ən çox danışılan məsələlərdən biridir. Bunu tənzimləmək üçün hansı işlər görülməlidir?
 
-Bəzi deputat həmkarlarımız deyirlər ki, süni qiymət artımına qarşı mübarizə aparılmalıdır. Bazar iqtisadiyyatında süni qiymət artımı deyilən bir şey ola bilməz. Burada qiymət tələblə təklif arasında müəyyənləşir. Əgər bir şeyə tələb yüksəkdirsə, onun qiyməti artacaq. Bazar iqtisadiyyatı olan ölkələrdə inhisarçılığa qarşı mübarizə var. Ayrı-ayrı sahibkarlar aralarında danışıb qiyməti qaldırırsa, bu, cinayət əməli sayılır. Buna görə onlara qarşı ciddi cəzalar nəzərdə tutulur. Süni qiymət artmı ola bilməz. Əgər tələbat varsa, satdığım məhsulun qiyməti qalxacaq. Dövlət heç kimə deyə bilməz ki, sən istehsal etdiyi məhsulu bu qiymətə satmalısan. İqtisadiyyat naziri bildirir ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir. Sual olunur niyə? Biz bazar iqtisadiyyatına keçmişiksə, dövlət nə üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır? Nə üçün dövlətin nəzarətində olan sahələr özəlləşdirilmir, yaxud uzunmüddətli təcrübəli xarici şirkətlərə idarəetməyə verilmir? Biz görürük ki, dövlətin nəzarətində olan müəsissələri ayrı-ayrı məmurlar öz şəxsi əmlakları kimi istifadə edirlər, xərcləri şişirdirlər, kreditlər götürürlər və sonra həmin kreditləri qaytarmırlar. Onlar da camaatın büdcəyə verdiyi pulun hesabına qaytarılır. Bəzi hallarda deyirlər ki, bu strateji sahədir, büdcədən ora pul ayırırlar. Bizdə dövlət hakimiyyətində təmsil olunan şəxslər imtiyazlardan imtina etməlidirlər. Bundan imtina etməyincə, islahatları dərinləşdirə bilməyəcəyik. Büdcə demək olar ki, neft satışının hesabına formalaşır. Bu sahədə islahatlar ilk növbədə dövlət əmlakının özəlləşdirilməsindən başlanılmalıdır. Ona görə ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir və onlar da rentabelli deyillər. Bunlarla yanaşı, qanunun aliliyinin təmin olunması, məhkəmə-hüquq islahatları da vacib şərtdir. İlk növbədə dövlət inhisarçılığına son qoyulmalıdır. 
 
- Fakt odur ki, bəzi məmurlar dolayısı yol ilə olsa da, bizneslə məşğul olurlar. Bu gün məmurun maaşı nə qədər olmalıdır ki, bu işlərdən uzaqlaşsın?
 
- Bir dəfə bu məsələni qaldırdım, az qaldılar məni topa tutsunlar. Hər zaman bildirmişəm ki, pensiya da, digər maaşlar da artırılmalıdır. İlk növbədə dövlət idarəetməsində çalışan şəxslərin əmək haqqıları artırılmalıdır ki, onlar normal, ləyaqətli həyatlarını təmin etmək üçün sadə vətəndaşları incitməsinlər. Sadə bir həqiqətdir ki, buna normal maaş verməsən, o zaman sənin həyatını zəhər edəcək. Gedib bir arayışı belə pulsuz ala bilməyəcəksən. Məmurlara, deputatlara Avropa standartlarına uyğun maaş vermək lazımdır. Sonra korrupsiyaya qarşı effektli mübarizədən söhbət gedə bilər. Onların maddi təminatını təmin etmədən korrupsiyaya qarşı mübarizədən söhbət gedə bilməz. Ona görə nəzarətedici funksiyaları yerinə yetirən qurumlarla dərhal cinayət əlaqəsinə girəcəklər və oğurladıqlarının bir hissəsini verəcəklər onlara, bununla da onların fəaliyyətinə göz yumulacaq. Elə mexanizmlər yaradılmalıdır ki, həmin şəxs istəsə belə oğurlaya bilməsin. Əgər tamahı güc gəlib oğurluq edəcəksə, qısa müddətdə ifşa olunacaq. Onun üçün mexanizmlər hazırlanmalıdır. Sonu ona gəlir ki, köklü şəkildə islahat olmalıdır. 
 
- Neçə gündür Ermənistanda aksiyalar keçirilir. Bu da Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması məsələsinin müzakirə olunduğu bir vaxtda baş verir. Bu aksiyaların məqsədi nədir?
 
- Bu ilin aprelin 6-da Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş oldu. Orada Paşinyan bəyan etdi ki, Azərbaycanın 5 bənddən ibarət beynəlxalq hüquq normaları əsasında hazırlanmış prinsiplərinə uyğun olaraq sülh müqaviləsi imzalamağa hazırdırlar. Paşinyan qayıtdıqdan sonra onu Moskvaya dəvət etdilər, orada bildirdi ki, "biz Qarabağ ermənilərinin razılaşmadığı hər hansı sülh sazişinə imza atmayacağıq". Bu bəyanat sülh danışıqlarından imtina etmək kimidir. O zaman Brüssel görüşü ilə bağlı bildirmişdim ki, bu, Ermənistanın ifşası baxımından əhəmiyyətlidir. Azərbaycanın mövqeyinin haqlı olmasını bir daha dünyaya göstərə biləcəyik. Onu da qeyd etmişdim ki, Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmək istəyiriksə, danışıqları Rusiya ilə aparmalıyıq. Ermənistan baş tutmamış və "forpost" bir ölkədir. Rusiyanın razılığı olmadan Ermənistan nə bizimlə, nə də Türkiyə ilə sülh sazişi imzalaya bilməz. Görünən odur ki, Rusiya hələlik bu bölgədə sülhün bərqərar olmasında maraqlı deyil. Rusiya ilə danışıqları davam etdirməliyik. Çalışmalıyıq onu inandıraq ki, buna mane olmasın və Ermənistanla sülh sazişi imzalayaq. Ermənilərlə danışıqların aparılmasını mənasız hesab edirəm. Düşünürəm ki, diqqətimizi Moskvaya yönəltməli və əməkdaşlığı genişləndirməliyik. Moskva ilə daha etimadlı münasibətlərin yaranmasına çalışmalıyıq. Rusiyanın Ukraynaya təcavüzü vəziyyəti xeyli çətinləşdirib. Buna baxmayaraq, Rusiya bizim böyük qonşumuzdur, münasibətləri yüksək səviyyədə saxlamağa çalışmalıyıq. Ermənistandakı mitinqləri isə Rusiya yönümlü qüvvələr təşkil edir.
 
- Son günlər Ermənistan silahlı qüvvələri Ordumuzun mövqelərini atəşə tutur. Bu, daha çox Kəlbəcər istiqamətində olur. Yenidən vəziyyət gərginləşə bilərmi?
 
- Əlbəttə ola bilər. Amma bu 44 günlük müharibə miqyasında olmayacaq. O baxımdan ki, Ermənistan ordusunu darmadağın etmişik. Onlar bizə 44 günlük müharibədəki kimi müqaviət göstərə bilməyəcək. Azərbaycan kiçik bir əməliyyat keçirməklə bunu həll edə bilər. Bizim Milli Ordunun bu işə qarışmasına ehtiyac qalmayacaq. Bu, bizim daxili işimizdir. O baxımdan, Daxili Qoşunların hamısı deyil, xüsusi təyinatlıları qısa müddətdə Xankəndi üzərində Azərbaycanın suveren hüquqlarını bərpa edər. 
 
Rusiya ilə işləməliyik ki, bu zaman həmin proseslərə müdaxilə etməsinlər. Ona görə ki, orada Rusiyanın sülhməramlıları var. Rusiyanın bu münaqişəyə qatılması bizə heç cür sərf etmir. Ona görə ki, onların qatılacağı təqdirdə Türkiyə də bu münaqişəyə qatılacaq. Regionda böyük bir toqquşma ola bilər. Bu da böyük dağıntılara yol açar. Çalışmaq lazımdır ki, Rusiya ilə bağlı qapılar arxasında məsələni həll edək. Bunu həll etsək, əməliyyatlara ehtiyac qalmaz. İndi əlverişli vəziyyət yaranıb. Azərbaycan Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etməyə cəhd göstərməlidir. Erməniləri başa salmalıyıq ki, sizi kimin müdafiə etməyindən asılı olmayaraq, əgər yenidən bölgədə silahlı qarşıdurma olsa, o zaman Qarabağdakı ermənilər ya bizim suverenliyimizi, Azərbaycanın yurisdiksiyasını qəbul etməlidirlər, ya da buradan köçüb getməlidirlər. Azərbaycan yenə 30 il sizin danışıqlar aparmağınızı gözləməyəcək. Azərbaycan təzyiqləri artırmalıdır. Qardaş Türkiyəyə müraciət edirəm ki, hazırda Azərbaycanın onların dəstəyinə çox böyük ehtiyacı var. Azərbaycan üçün elə bir tarixi məqamdır ki, daha çox dəstək istəyirik. Belə ki, Rusiyanın beynəlxalq təcridi onun Türkiyədən müəyyən asılılığını artırıb. Türkiyə bu məqamdan da istifadə edib Rusiya ilə ciddi danışmalıdır ki, Azərbaycanın ərazi bütövlüyün bərpa etməsinə mane olmasın. Bu mərhələdə Qarabağ üzərində suverenliyimizin bərpa olunması üçün konkret addımlar atmalıyıq. 
 
- Son illər yüksək vəzifəyə təyinat alan şəxslər arasında gənclər üstünlük təşkil edir. Gənc kadrlar onlara göstərilən etimadı doğruldurmu?
 
- Onların içərəsində kifayət qədər mədəni və öz sahəsini yaxşı bilən kadrlar var. Hesab edirəm ki, SOCAR-ın Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf kifayət qədər savadlı, mədəni və hazırlıqlı adamdır. Bura yeni səhiyyə naziri Teymur Musayevi də əlavə edərdim. Başqa adlar da çəkmək olar. Əsasən son təyinatları dedim. Kadrlar çox şeyi həll edir, amma hər şeyi həll etmir. İdarəetmə təkmilləşdirilməsə, heç nə dəyişməyəcək. Bir kadr uğurlu olacaq, vəziyyət əvvəlkindən nisbətən yaxşı olacaq. Amma köklü dəyişikliklər baş verməyəcək. İnsanlar yaşlaşır, gənc nəsil yaşlıları əvəz edir. Bu da təbii prosesdir. Tam o siyasət deyil ki, hakimiyyət gəncləşdirilsin. Ona görə ki, dövlət idarəetməsində təcrübəli insanlara hər zaman ehtiyac var. O baxımdan hökumətin tərkibində həm gənclər, həm də yaşlı insanlar olmalıdır. Bir balans yaratmalıdırlar. Tam gənclərdən ibarət hökumət ola bilməz. O hökumət inanmıram ki, ciddi uğur qazana bilər. Beynəlxalq təcrübə də bunu göstərir. 
 
- Parlamentdə də gəncləşmə prosesi gedib...
 
- Parlamentdə də özünü doğruldan gənclər var. Adlar çəkmək istəmirəm. Gənclər o zaman özünü tam doğruldacaq ki, doğurdan da böyük rəqabətdən, siyasi partiyalardakı proseslərdən keçib gəlsinlər. Siyasi debatlarda çıxış etsinlər. Parlament siyasət yeridir. Bir çox hallarda kimsə-kiməsə təminat verir, biri digərini təqdim edir. Bəzən olur ki, bu baxımdan kadrlar özünü doğrulda bilmir. Siyasi vəzifə tutan şəxslər, siyasi proseslərin içindən keçib gəlməlidir. 
 
Milli Məclisin komandası var idi, futbol oynayırdıq. Deputat həmkarlarımızdan biri həmin şəxsi qapının arxasına qoyurdu ki, gedən topları gətirsin. Yəni, vaxtilə futbol zamanı “topdaşıyan” adam indi nazir olub. Bəzən deputatları da saymırlar. Dediyim islahatlar aparılsa, belə təsadüfi adamların orada yüksək vəzifələrə təyin olunması mümkün olmayacaq.
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA