Xalq artisti prezidentə təşəkkür etdi: “Daim bizi sevindirib, diqqət və qayğı göstərirsiniz...”
Ekskluziv
3286
10 May 2022 | 23:41

Xalq artisti prezidentə təşəkkür etdi: “Daim bizi sevindirib, diqqət və qayğı göstərirsiniz...”

Cənab prezident, qalib xalqın möhtərəm Ali Baş Komandanı İlham Əliyev! Bu gün ümummilli lider, ulu öndər Heydər Əliyevin doğum günündə mənə prezidentin fərdi təqaüdünün verilməsi ilə bağlı imzalandığınız sərəncama görə sizə ailəm və sənət yoldaşlarımın adından dərin təşəkkürümü bildirirəm. Allah sizi, ailənizi və xalqımızı qorusun! Ulu öndərimiz hər zaman biz sənət insanlarına daim qiymət və dəyər vermişdir. Ondan sonra bu ən-ənəni davam etdirərək, daim bizi sevindirdiniz. Siz biz sənət insanlarını heç vaxt yaddan çıxarmırsınız, əksinə dayaq, dəstək olursunuz. Bu mənim sizin adınızla bağlı olan ilk sevincim deyil. Heç yadımdan çıxmaz, 2018-ci ildə teatrımızın 90 mənim isə 60 illik yubileyimdə məni “xalq artisti” fəxri adı ilə təltif etdiniz. Bu gün isə prezidentin fərdi təqaüdünü mənə təqdim etdiniz. Bir daha sizə təşəkkürümü bildirirəm, tanrı sizi, ailənizi və xalqı qorusun!
Nübar Novruzova
Xalq artisti, prezident təqaüdçüsü
Link kopyalandı!
Son xəbərlər