Ukrayna Baş nazirinin müavini: “Azovstal metallurgiya zavodunda 1000-dən çox ukraynalı əsgər var”
Dünya
1999
10 May 2022 | 16:33

Ukrayna Baş nazirinin müavini: “Azovstal metallurgiya zavodunda 1000-dən çox ukraynalı əsgər var”

“Azovstal metallurgiya zavodunda 1000-dən çox ukraynalı əsgər var”.
 
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib.
 
“Onlar nəhəng metallurgiya kompleksinin yeraltı tunellərində qalırlar. Hərbçilərin 100-ə yaxını yaralıdır. Ağır yaralıları təcili təxliyə etmək lazımdır”, - o söyləyib.
 
Qeyd edək ki, daha əvvəl “Azovstal”da 100 nəfərə yaxın mülki şəxsin olduğu bildirilmişdi.
 
Xatırladaq ki, işğalçıların Mariupolda təşkil etdiyi Qələbə Günü paradı fonunda "Azovstal" yaxınlığında döyüşlər davam edir.
Link kopyalandı!
Son xəbərlər