Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Kirov vilayətinin qubernatoru İqor Vasilyev də istefa verib.
"Report" TASS-a istinadən xəbər verir ki, o, 1961-ci il mayın 31-də Sankt-Peterburq şəhərində anadan olub.
Məlumata görə, 2016-cı il iyulun 28-də Vladimir Putin İ.Vasilyevi vilayətə qubernator səlahiyyətlərinin icraçısı olaraq təyin edib. O, 2017-ci il sentyabrın 19-da isə vəzifəsinin icrasına başlayıb.
15:28
Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin istefa verib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə region administrasiyasının rəsmi saytında bildirilib.
Sergey Jvaçkinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib: “Heç vaxt kresloya bağlanmamışam. Bu kimi vəziyyət istefa qərarımı müəyyənləşdirib”.
Qeyd edək ki, bu il Sergey Jvaçkinin 65 yaşı tamam olub.