Lukaşenko:xa0“Ukrayna hadisələri bizə dərs oldu”
Dünya
2060
10 May 2022 | 13:49

Lukaşenko:xa0“Ukrayna hadisələri bizə dərs oldu”

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, rəsmi Minsk Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının təcrübəsini nəzərə alaraq, ordusunu silahlandırmaq prinsiplərinə fərqli nəzər salır.

Modern.az xəbər verir ki, Sputnik Belarus Aleksandr Lukaşenkonun fikirlərni belə təqdim edib:

"Açığını deyim ki, əvvəl biz öz ordumuzu və hər şeydən əvvəl də silahlanmanı fərqli görürdük. Və yenə də, tamamilə açıq deyim ki, Rusiya Federasiyasının Ukraynadakı hərbi əməliyyatı bizə çox şey öyrətdi".

Prezident deyib ki, Belarus Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının təcrübəsi əsasında öz qoşunlarını inkişaf etdirmək və təchizat baxımından dərs alır. Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı onları ordunu silahlandırmaq prinsiplərinə yenidən baxmağa məcbur edib.

Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Müdafiə Nazirliyində strateji idarəetmə mərkəzində müvafiq məsələ artıq müzakirə olunub.

Link kopyalandı!
Son xəbərlər