“Azərbaycan öncə canlı “KQB”-“QRU”+“PKK” minalarını təmizləməlidir, yoxsa...”
Oxunub: 11838
09 May 2022 | 17:22
“Azərbaycan öncə canlı “KQB”-“QRU”+“PKK” minalarını təmizləməlidir, yoxsa...”
“... Rəhmətlık Elçibəyə dedim ki, Rusiya ordusunu çıxardıq,  fəqət, əvəzində  hər biri bir orduya bərabər “KQB” və “QRU” generalları başda olmaqla Moskvanın nəhəng agentura şəbəkəsi ölkəmizdə qaldı...”
 
“Əcəba, sovet dövründən “yadigar” qalan yalnız Xəzərdəki və Qarabağdakı minalardırmı?..”  
 
“Tapşırıq verilib ki,  ölkənin bütün sahələrini  rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya elə bələyin ki,  xalq daim hökumətdən narazı qalsın və sonda  SSRİ nostaljisi ilə desin ki, biz yenidən Moskvanın tabeliyində yaşamaq istəyirik…”
 
“...“Putin “SSRİ-2” planında Azərbaycana dəyməyəcək” deyə arxayın qalmaq da olmaz...”
 
Qeyrət Quliyev: "Bildiririk ki, bilmədiklərinizi bilmək üçün bildiyiniz bir binanın bilinməyən sirləri bilinməlidir..."
 
-FİKİR SAVAŞI-
 
...O gün rəsmi xəbər yayıldı ki, bəs Xəzər dənizinin Azərbaycan sektorunda 6 mina aşkarlanıb: sovet dövründən qalma 6 iri gəmi minası (“KB-1”)... Maraqlıdır ki, sovetlər dönəmində, yaxud sonrakı 30 ildən çox müddətdə SSRİ və sonradan müstəqil Azərbaycan dövləti tərəfindən o minalar nə əcəb aşkarlanmayıb. Çünki rəsmi məlumatdan belə anlaşılır ki, həmin partlayıcılar II Cahan savaşı illərində qoyulub. Sonrakı dövrlərdə Xəzərdə niyə və hansı dövlətə qarşı minalar qoyulsun ki?.. 
 
Bundan əvvəl də - 2018-ci ildə Xəzərin Zirə adasında rəsmi qurumlar tərəfindən dəniz minası, 2021-ci ildə Lənkəranın sahil ərazisində tank minası tapılmışdı... Amma Rusiyanın Ukraynada amansız və məkrli işğalçı savaş aparması və sağına-soluna təhdidlər yağdırması fonunda bu dəfəki xəbər Azərbaycan  vətəndaşında dərhal güclü təəccüb və təşviş hissi yaradır: Bakının qulağının dibində 6 gəmi(!) minası?.. Sovet dövründən qalma?..
 
*** ***
 
Ümumiyyətlə, 2020-ci ilin 44 günlük qalib Qarabağ savaşımızdan sonra məmləkətdə mina mövzusu çox aktualdır... Müharibə bitən, yəni 30 ilə yaxın işğal altında qalmış ərazilərimizin əksər  hissəsi azad edilən kimi o torpaqlarımızın məhz minalardan təmizlənməsi problemi baş qaldırdı... Ermənilərin Sovet İttifaqı dağılan günlərdən bəri elə həmin sovet ordusundan alaraq basdırdığı minaları... Bu, çox vacib məsələdir. Hələ əvvəlki 30 ildəki dövrü demirik, yalnız 10 noyabr 2020-ci il razılaşmasından bəri ötən il yarıma yaxın müddətdə yüzlərlə hərbi və mülki vətəndaşımız işğaldan azad torpaqlarımızda minaya düşərək həlak olub, yaxud ağır bədən xəsarətləri alaraq ömürlük şikəst qalıb... Sözügedən zaman kəsimində dövlətimizin bütün gücünü səfərbər edərək  qardaş Türkiyədən və s. dəstək alaraq,  Ermənistandan mina formulyarlarını-xəritələrinin xeyli hissəsinin alınmasına nail olaraq Qarabağdakı minaları mümkün qədər tez təmizləməyə çalışdığı görünür...
 
*** ***
 
Əcəba, sovet dövründən bəri, sovet ordusundan, o cümlədən 366-cı alaydan “yadigar” qalan yalnız Xəzərdəki və Qarabağdakı minalardırmı?..  Əslində sovet dövründə  Azərbaycanda müstəqil(!) dövlətimizi və bütövlükdə xalqımızı siyasi, mənəvi-ideoloji, ruhi-psixoloji baxımdan daimi şikəst qoymaq təhlükəsi daşıyan dəhşətli və həm də canlı minalar yerləşdirilib...
 
*** ***
 
Rusiyanın artıq 4-cü əsrdir ki, Azərbaycan torpaqlarının işğalıyla məşğul olması faktını heç kəs inkar edə bilməz. Yeri gəlmişkən, bu il iyunun 18-də həmin azğın imperiyanın Azərbaycana ilk genişmiqyaslı işğalçı yürüşlərinin başlanmasının düz 300 ili tamam olacaq. Həmin yürüşü Rusiyanın ilk imperatoru I Pyotr təşkil etmişdi... Faciəli və eyni zamanda ibrətamiz tarixdir, hə? O gündən bəri 300 ildir ki, Moskvanın Vətən torpaqlarımızı işğal etmə cəhdləri və uzunmüddətli işğalları davam edir. 1813-1828-ci illərdən 1991-ci ilədək isə Quzey Azərbaycanın əksər hissəsi cəmi 23 aylıq  Xalq Cümhuriyyəti dövrünü çıxmaq şərti ilə davamlı şəkildə Rusiyanın işğalı altında qalıb. Və bu müddətdə ondan əvvəlki 1722-1813-cü illərdə də təbii olaraq bu imperiyanın kəşfiyyatı Azərbaycan əhalisi arasında işləyib və burada “en” sayda agent, casus, xəfiyyə, çuğul, təxribatçı, provakator və s. yetişdirib. Sovet dövründəki “milli” Kreml agentləri öncə “ÇK”-ya, ondan sonra da “NKVD” və “KQB”-yə, yaxud “QRU”-ya xidmət ediblər.  Və məhz belələrinin sayəsində  Rusiya Azərbaycan torpaqlarında hökmranlığını davam etdirib və azadlıq, müstəqillik haqda cınqırını belə, çıxaran “xalq düşmən”lərini aşkar edərək repressiyalara, sürgün və güllələnmələrə məruz qoyub...
 
*** ***
 
Bəs hər hansı bir ölkə bir imperiyanın köləliyindən qurtulub müstəqil olmağa çalışandan sonra həmin imperiyanın öz ərazisindəki, öz xalqı arasındakı agentlərini, çuğullarını və s. üzə çıxarmalı deyilmi?  Bu agentura şəbəkələri ifşa edilib aşkara çıxarılmazsa və müstəqil(!) ölkədə fəaliyyətini davam etdirərsə, o dövlət əsl mənada müstəqil ola bilərmi, onun xalqı gerçək şəkildə rifah içində yaşamağa nail ola bilərmi? Xeyr, əsla!..
 
Və buna əmin olduğundan bəndəniz hələ gənc yaşlarından, yəni 1993-1994-cü illərdən bəri Vətəni Azərbaycanda baş verən  və əksəriyyətinin əsl  təşkilatçı və icraçıları bu günədək üzə çıxarılıb cəzalandırılmamış heç bir müəmmalı, reytinqçi medianın təbirincə desək, “şok” olay və cinayətlərə təəccüblənməyib. Çünki görmüşəm ki, müstəqillik(!) qazanmış dövlətimiz hələ çar dövrünü demirəm, ən azı, 70 ildə baba-nənələrimizi, ata-analarımızı sürgünlərə, deportasiyalara, repressiyalara, qətllərə məruz qoymuş sovet imperiyasının heç olmasa, ölkəmizdəki arxivlərini açaraq Kremlin agentlərini zərərsizləşdirməyə rəsmi cəhd belə, etməyib... Əksinə, imperiyanın satqın, xəyanətkar, Azərbaycan xalqını qanına bələməyə daim hazır olan inventar-agentləri dövlət və hökumət orqanlarının, qanunverici orqanımızın, eləcə də  elmimizin, təhsilimizin, səhiyyəmizin, ordumuzun, mədəniyyətimizin, ədəbiyyyatımızın, jurnalistikamızın və s. başına yerləşdirilib....Və o zamandan bəri məmləkəti hər tərəfinə minalar basdırılmış, ruhi-mənəvi, siyasi-ideoloji torlar qurulmuş bir məkan kimi təsəvvür etmiş və hər addımda maksimum ehtiyatlı olaraq öncə ruhumu, vicdanımı, sonra da canımı o həmin mina və torlardan qorumağa çalışmışam.  Bəla burasındadır ki, o minalar bir dəfə partlamaqla bitmir. Çünki onlar canlıdır... Çünki onlar məhz həmin arxivləri açılmamış “KQB”, “QRU”, “PKK” şəbəkələrində gizlənmiş rezident, agent və çuğullardır. Onların hər biri öz məkrli, amansız fəaliyyətləri sayəsində son 3 onillikdə də müstəqil(!), suveren(!) Azərbaycanda topdağıtmaz bir şəbəkə qurublar. Bu mənada bu gün korrupsiyaya, məmur özbaşınalığına, digər haqsızlıqlara  qarşı aktiv mübarizə aparmamaqda suçladığımız xalqımızı bir yandan da qınamaq olmur... Çünki həyatımızın bütün sahələrində haraya ayaq atırsan, nəinki sözügedən  Ramiz Mehdiyev, Nəcməddin Sadıkov, Eldar Mahmudov və s. canlı minalarının özlərini, yaxud onların öz xain əlaltıları, eləcə də nəfsinə, tamahına uymuş on minlərlə vətəndaşın sayəsində qurduqları torlarını, şəbəkələrini görürsən: rüşvətxorluq, korrupsiya minası, yalan minası, yaltaqlıq minası, seçkilərdə, elmi adların, rütbələrin, fəxri ad və mükafatların verilməsində saxtakarlıq minası, əxlaqsızlıq minası, vicdansızlıq, dələduzluq minası və s... Nəticədə çox nadir insanlar fədakarlıq göstərərək həmin minalardan, onların tor-şəbəkələrindən təmiz, salamat qurtula bilirlər... 
 
*** ***
 
Onu bilmək lazımdır ki, hələ öncələri demirik, ta ki sözsüz  “KQB”-nin yetişdirdiyi  peşəkar agent və siyasi-ideoloji təxribatçı olan Zori Balayanın 1984-cü ildə “Ocaq” kitabının nəşrindən, 1986-cı ildə Bakının mərkəzində 106 saylı avtobusun partladılmasından, 1988-ci ilin Sumqayıt hadisələrindən,  Meydan hərəkatından, 20 Yanvar qətliamı, Xocalı faciəsi, Şuşa, Laçın, Kəlbəcərin və s. işğalı, 4 iyun hadisələri və s. olaylardan üzü bəri akademik Ziya Bünyadovun qətli, 2010-cu il aprelin 30-dakı Dövlət Neft Akademiyasındakı terroru, 2020-cil noyabrın 9-da Naxçıvanla sərhəddə Rusiya vertolyotun vurulması və həmçinin bu gün daha çox ictimai müzakirələrə səbəb olan, amma 5 ildir ki, bəlli təşkilatçı və icraçılarının çoxu  hələ də azadlıqda gəzən 2017-ci il  Tərtər qətliamınadək  xalqımızın başına gətirilmiş bir çox müəmmalı oyun və faciələrin sirrlərinin əsl mənada bilinməsi, baiskar və icraçıların cəzalandırılması, məhz DTK arxivlərinin açılmasına bağlıdır... Yəni ölkəmizin hər tərəfinə yayılmış bu canlı-ruhi mina şəbəkəsinin xəritələri məhz arxivlərdə gizlənir...
 
*** 
 
Onu da düşünün ki, əgər 1-ci Qarabağ savaşından bəri Azərbaycanda dinc şəraitdə təxminən 4-5 min mülki və hərbi vətəndaş minaya düşübsə, 300-400 nəfər həlak olubsa və bundan sonrakı 10 ildə  işğaldan azad edilmiş torpaqlarda, Allah eləməmiş, 2-3 min nəfər minaya düşüb 200-300 nəfəri həlak olacaqsa, “KQB”-“FSB”-“QRU”-“PKK” canlı minaları son 30 ildə və bundan sonra da nəinki minləri, milyonları, bütövlükdə xalqı ruhi-mənəvi, ideoloji, əqli, psixoloji, fizioloji və s. cəhətdən şikəst edib və əgər qarşısı alınıb zərərsizləşdirilməzsə, bu müdhiş işini davam etdirəcək...
 
*** ***
 
Kimlərsə, sual edə bilər ki, “KQB”-ni, “QRU”-nu anladıq, bəs bu “PKK” minaları nə demək?..
Çox sadə... 1960-1980-ci illərdə Yaxın Şərq – əsasən İraq və Türkiyədə əsası qoyulan həmin terrorçu təşkilatın Kremlin məhz “KQB”-nin Azərbaycan və Ermənistan şöbələri vasitəsilə formalaşdırıb koordinə etdiyinə şübhə yoxdur. Bir az dərinə getsək, hələ  “ASALA” minaları da üzə çıxar... 
 
*** ***
 
Bəs bu canlı sovet-Rusiya minalarını zərərsizləşdirmək üçün nə etmək gərəkdir? Əlbəttə ki, öncə heç olmasa, “KQB”-nin Bakıda - əlimizin altında olan arxivlərini açaraq həmin "mina"ların kimliyini hüquqi cəhətdən, de-yure təsdiqləmək və onlara etdikləri cinayətlərə görə layiqli cəza verməklə yanaşı, özlərini də, vəzifədə olan oğul-qız, yaxın qohum-əqrəbasını da dövlət vəzifələrindən uzaqlaşdırmaq. Onlara heç Azərbaycanda özəl şirkət rəhbəri olmağa da imkan yaratmaq doğru deyil...
 
*** ***
 
Əgər Bakıdakı arxivlər yetərli  deyilsə, Azərbaycanın müstəqil(!) dövləti Rusiyanın Moskvadakı, Sankt-Peterburqdakı müvafiq arxivlərində araşdırma aparılmasını Kremldən tələb etməlidir. Müstəqil dövlətin buna kifayət qədər haqqı var... Əgər bundan imtina edilərsə, MİT, “Mİ-6”, “Mossad”, “CİA”  və s. kimi həmin arxivlərə girmə imkanı olan müttəfiq ölkə kəşfiyyatlarının dəstəyindən də yararlanmaq olar...
 
*** ***
 
Ötən illər ərzində DTK arxivləri mövzusunda dediyim fikirləri bir az da genişlənmiş formada yenidən təkrarlamağa məcburam... 
 
*** ***
 
...2019-cu ildə Latviyada  müstəqillik dövründə iki dəfə baş nazir olmuş şəxsin ”KQB” agenti çıxması haqqındakı son xəbər  bu sualın yenidən qoyulmasına şərait yaratdı: “Niyə Pribaltika, Ukrayna, Şərqi Avropa ölkələrində qərbpərəstlərin “kommunizm qalıqlarından təmizlənmə qanunu” adlandırdıqları Lüstrasiya haqqında qanun qəbul edilir, hətta qonşu Gürcüstanda  buna cəhdlər olur, amma bizdə nə parlamentdən, nə digər qurumlardan belə bir təşəbbüs səslənir? Düzdür, dəfələrlə təhlükəsizlik üzrə ekspertlər agentlərin kütləvi çəkildə açıqlanmasının çətin və təhlükəli bir proses olduğunu, hətta ölkədə ailədaxili münaqişələr, siyasi qarşıdurmalar yarada biləcəyini vurğulayırlar…
 
*** ***
 
Yaxşı yadımdadır, 1994-cü ilin avqustunda Kələki kəndində mərhum eks-prezident Əbülfəz Elçibəylə jurnalist kimi bir saatdan çox davam edən söhbətimizdə suallarımdan biri də  “Siz hakimiyyətə gələndə DTK arxivlərini niyə açmadınız” oldu. Sabiq dövlət başçısı cavabında bunun Azərbaycanda vətəndaş müharibəsi ilə nəticələnə biləcəyini bildirdi…Öz növbəmdə cavab verdim ki, bəy, “KQB” arxivləri açılmadı, amma düzdü,  Azərbaycan Güney Qafqazda ilk dəfə olaraq Rusiya ordusunu ərazisindən çıxardı,  fəqət, əvəzində  hər biri bir orduya bərabər “KQB” və “QRU” generalları başda olmaqla Moskvanın on minlərlə agent, xəfiyyə və çuğulundan ibarət agentura şəbəkəsi ölkəmizdə qaldı... Son nəticədə sizin rəhbəri olduğunuz hakimiyyət devrildi və ardınca Azərbaycanın daha 6 rayonu işğal edildi və on minlərlə soydaşımız həlak oldu, yarım milyona yaxın insanımız doğma yurd-yuvasından didərgin düşdü... Vətəndaş savaşı olsaydı belə, bundan çoxmu ziyan vurardı Azərbaycana?..  
 
*** ***
 
Onu da deyim ki, Əbülfəz Elçibəyin o vaxtkı müsahibəsinin xeyli hissəsini kabinetindən də, kostyumundan da arxivlərinin yarısının açılmadığı "37-ci il"in qoxusu gələn yoldaş Cahangir İldırımzadənin başçılığıyla möhtərəm senzura söküb çıxarmışdı...
 
*** ***
 
...O da maraqlıdır ki, AXC hakimiyyəti dövründə Elçibəydən sonra ikinci şəxs olan sabiq parlament sədri və Müsavat başqanı İsa Qəmbər ondan təxminən 8 ay öncə -1994-cü ilin yanvarında bəndənizin oxşar sualına “Mən və dostlarım DTK arxivlərinin açılmasından ehtiyat etmirik” cavabını vermişdi…
 
*** ***
 
Doğrudur,  vətəndaş müharibəsi də dövlətçilik üçün təhlükəlidir. Amma əvvəla, sual olunur: bəs niyə  “KQB” arxivlərinin açıldığı digər ölkələrdə, o cümlədən Latviyada belə bir müharibə olmadı? Heç xırda bir iğtişaş da, ailə münaqişəsi də yaranmadı. Düzdü, kimlərsə deyə bilər ki, Baltikyanı respublika xalqlarının siyasi şüur səviyyəsi bizimkindən yüksəkdir... Bununla belə,  onların təcrübəsindən yararlanıb, arxivlərin açılması mexanizmini öyrənib eyni işi görə bilərik…
 
İkincisi,  öncə dediyim kimi, 1992-1994-cü illərdə davam edən işğallar və 1 milyandan çox insanımızın 30 ilə yaxın müddətdə qaçqın—köçkün həyatı sürməsi, torpaqlarımızın 20 faizinin işğal altında qalması və talan olunması azmı zərbə vurdu dövlətçiliyimizə? Böyük ehtimalla DTK arxivləri vaxtında açılsaydı, torpaqlarımız bu səviyyədə işğal olunmazdı. 
 
Üçüncüsü, müstəqil hesab edilən  ölkədə nəhəng bir imperiyanın xüsusi xidmət və kəşfiyyat şəbəkəsinin qalıqlarının, inventarlarının  belə, qalması və açıqlanmadan, arın-arxayın Azərbaycan əleyhinə fəaliyyətini davam etdirməsi  vətəndaş müharibəsindən də təhlükəlidir. 
 
Dördüncüsü  də, biz demirik ki, agentura şəbəkələri xırdalığına qədər, ailə-məişət səviyyəsində açıqlansın. Ən azı, müvafiq dövlət komissiyası tərəfindən önəmli vəzifə postları tutan, siyasət meydanında fəallıq göstərənlərin üzə çıxması önəmlidir… Necə ki, xəbər verildiyi kimi, son dövrlərdə Latviyanın arxivlərinin müəyyən qisminin açılması nəticəsində ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, dövlət rəsmilərinin, jurnalistlərin və idmançıların DTK agenti olması üzə çıxıb. Arxivlər açıqlanarkən Latviyanın müstəqilliyi dövründə iki dəfə baş naziri olan İvars Qodsmanın, Riqa və bütün Latviya mitropolu Aleksandrın, Latviyanın müstəqilliyi uğrunda tanınmış ictimai-siyasi xadim Mavrik Vultsfon, Dauqvapilsin sabiq meri Rixard Eyqim, əfsənavi basketbolçu, SSRİ yığmasının keçmiş kapitanı Valdis Valters, populyar “Lida” iaşə şəbəkəsinin yaradıcısı Qunars Kirsons və digərlərinin DTK agenti olması rəsmi qaydada təsdiqlənib...
 
*** ***
 
Düzdü, SSRİ dağılarkən Moskvanın Bakıdakı kəşfiyyat və agentura arxivlərinin xeyli hissəsini çıxarması, yandırması mümkündür.   Sovet Latviyası DTK-nın əks-kəşfiyyat idarəsinin sabiq rəisi Bruno Şteynbrik də təsdiq edib ki, Latviya müstəqilliyini əldə edəndə ölkə ilə bağlı əsas informasiyalar və  vacib olan agentlərin kartotekaları ölkədən çıxarılıb. Amma buna rəğmən
Latviya DTK ilə əməkdaşlıq etmiş şəxslərin adlarını açmaqda israrlıdır və bu işi davam etdirmək niyyətindədir… Ona görə ki, öncə dediyimiz kimi, ölkədə imperiyadan qalma xarici kəşfiyyat şəbəkəsinin  varlığı hədsiz dərəcədə təhlükəlidir…
 
*** ***
 
Yeri gəlmişkən, Latviyanın müstəqillik əldə etdikdən sonra qısa müddətdə Avropaya inteqrasiya etməsi və NATO-ya üzv qəbul edilməsinin bir səbəblərindən biri də məhz “KQB” arxivlərinin açılmasıyla bu ölkənin öz ərazisində Rusiyanın “5-ci kalon”unun formalaşıb qalma riskindən qurtulması oldu... Amma Ermənistan kimi Azərbaycanda da “5-ci kalon” minaları hər addımda ayağımıza dolaşır...   
 
*** ***
 
Təxminən, 2001-ci ildə Mirzə Xəzər “Azadlıq” radiosundakı bir şərhində ABŞ MKİ-yə istinadla belə bir faktı səsləndirmişdi: “Azərbaycanda 80 minə yaxın Rusiya agenti var…” Rəhmətliyin özü ilə də bu barədə üzbəüz söhbətimiz olmuşdu... O dövrdə əhalinin 8 milyon nəfərə yaxın olduğunu nəzərə alsaq, bu o demək idi ki, hər 100 nəfərdən biri Rusiya agenti olub. Və belə çıxır ki, hər kiçik kənddə, binada belə, Rusiyanın agenti olub və  hələ də var… Bu gün isə “Həmin agentura şəbəkəsi məhz  DTK arxivlərinin açılmaması sayəsində güclü bir ordu sayına(təxm 100 min nəfər) bərabər olub” desək, yəqin ki, yanılmarıq… 
 
*** ***
 
Dərindən düşünəndə adamı dəhşət bürüyür. Bəlkə elə on illərdir işdən azad edildikcə, tutulduqca bitib tükənməyən, ölkənin sərvətlərini, milyonlarını talayan bu korrupsionerlər, dələduzların başçıları elə “KQB” agentləridir? Yəqin, elə o boyda keçmiş Milli Təhlükəsilik Nazirliyini dələduzxanaya, “gestapo”ya çevirən də, Beynəlxalq Bankı talan edən də və s. elə həmin agentura şəbəkəsi imiş… İndi oturaq gözləyək ki, bu dələduz, “KQB”-korrupsiya-oliqarxiya şəbəkəsi rüşvətxorluğu yaymaqda davam etsin?.. Özü də Putin Ukraynanı işğal edib bizi də “nüvə zərbələri” ilə, ərazimizdə guya ABŞ-ın bioloji laboratoriyaları olması haqda təhdid etdirdiyi bir  zamanda...
 
*** ***
 
Birdən adama elə gəlir ki, 1991-ci ildən bəri Kremldən “KQB”-nin, “QRU”-nun  ölkəmizdəki gizli qalmış agentura şəbəkələrinə tapşırıq verilib ki, daraşın bu müstəqil olmaq istəyən Azərbaycanın bütün mövcud strukturlarına və onları rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya elə bələyin ki,  xalq daim hökumətdən narazı qalsın və sonda  SSRİ nostaljisi ilə desin ki, biz yenidən Moskvanın tabeliyində yaşamaq istəyirik…
 
*** ***
 
DTK arxivlərinin açılmasının Qarabağın tamamilə azad edilməsində və Qafqazdakı “erməni məsələsi”nin birdəfəlik çözülməsində də rolu ola bilər. Çünki bəzi mənbələrə görə, 1987-ci ildən bəri Azərbaycan və erməni xalqları arasındakı ziddiyyətləri qızışdırmaq və silahlı qarşıdurmaya çevirmək üçün hər iki tərəfdən məhz SSRİ-ni  çökürtmək istəyən ABŞ, Britaniya  və s. kəşfiyyatları ilə əlbir işləyən “KQB”, “QRU” agentləri böyük rol oynayıblar…
 
*** ***
 
Kimsə düşünməsin ki, ifşa olunmalı “KQB” agentləri deyiləndə aralarında bu gün də rəsmi vəzifədə olub-olmamasına rəğmən xalqa, dövlətə xidmət etməyə çalışan vicdanlı şəxslərin olduğu Azərbaycan SSR DTK-nın bütün general və zabitləri də nəzərdə tutulur. Əlbəttə, xalqa, dövlətə gerçək münasibətləri, özlərinin və ailələrinin həyat tərzi ilə ömürləri boyu Moskva “KQB”-“FSB”-nin şantajı altında olanlar istisnadır...
 
*** ***
 
Çox həssas günləri yaşayırıq... Ukraynadakı “xüsusi əməliyyatı”nda həm mənəvi-ruhi, həm geostrateji və həm də güc, sayları nisbətləri baxımından fiziki, hərbi, texniki cəhətdən də uduzan Putin diktaturası yarımçıq da olsa, 9 may paradını keçirə bilirsə, deməli, hələ Rusiya imperiyasının tam mənada çöküşü xeyli çəkəcək... Və SSRİ-nin dağıldığı illərdə olduğu kimi Rusiyanın çöküşü də Azərbaycan üçün də ciddi fəsadlar törədə bilər... Ən azı ona görə ki, məhz arxivləri bağlı qalmış şəbəkəsi sayəsində əksər keçmiş müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da “KQB”-FSB”-korrupsiya-oliqarxiya şəbəkəsinin filialı və onun himayə etdiyi varlılı-kasıblı, vəzifəli-vəzifəsiz “5-ci kalon” hələ də işləkdir... 
 
*** ***
 
1988-1991-ci illərdə  “KQB” arxivlərini açmaq üçün hüquqi imkanımız yox idi... Amma gec olsa da, bu gün həmin “xəritəni” açıb “KQB”-“QRU”-“PKK”-nin canlı minalarını zərərsizləşdirmək imkanımız kifayət qədərdir... Lazım gəlsə, ən azı, qardaş(!) Türkiyənin MİT-i də arxamızdadır...
 
*** 
 
Bilirsiz, Putin lap bu gün-sabah elə onu başa gətirmiş və özünün 22 ildə daha da möhkəmlətdiyi şəbəkə tərəfindən aradan götürülsə də, həmin “KQB”-“FSB”+ “QRU” şəbəkəsi özünə bir az yumşaq olsa da, başqa bir lider seçib Rusiyanı əldən verməməyə çalışacaq. Və həmin müddətdə kimin harda, nə vaxt, nə edəcəyi bəlli deyil... Amma bu boşluqdan yararlanıb Kremlin içimizdəki ən təhlükəli minalarını zərərsizləşdirmək olar... Yoxsa onların hələ başımıza nə işlər açacağını bilmək olmaz... "Putin “SSRİ-2” planında Azərbaycana dəyməyəcək” deyə arxayın qalmaq da olmaz... 
****
 
Rəhmətlik dəyərli həmkarımız Qeyrət Quliyevin hələ 1997-ci ildə dediyi kimi: "Bildiririk ki, bilmədiklərinizi bilmək üçün bildiyiniz bir binanın bilinməyən sirləri bilinməlidir... İqtidar olub müxalifət olanlar və müxalifət olub iqtidar olanlar əllərində səlahiyyət olanda o binanın arxivlərini açmadılar və... yox, nə vaxtsa hansısa komanda oranı açacaq. Bunu dəqiq bilirik..."
 
*** ***
 
Əlbəttə, Azərbaycanın söylədiyimiz təhlükələrə qarşı mübarizə apara bilən müvafiq qurumları var və onlar dünya, region və ölkədəki durumu da, gələcək üçün hansı tədbirlər görülməli olduğunu da bizlərdən yaxşı  bilirlər.  Biz, sadəcə, bir vətəndaş, jurnalist olaraq  bizləri narahat edən məsələri dilə gətirməyi özümüzə borc bilirik. Gerisi təqdiri-ilahidir…
 
Sultan Laçın
 
Oxşar xəbərlər
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO