“Ukrayna yaxın günlərdə Mariupolda ciddi hərbi dəyişikliklər edəcək...”-Azərbaycanlı polkovnik
Oxunub: 6986
15 Apr 2022 | 17:54
“Ukrayna yaxın günlərdə Mariupolda ciddi hərbi dəyişikliklər edəcək...”-Azərbaycanlı polkovnik
“Genişmiqyaslı hərbi əməliyyatların olacağı artıq heç kəsdə şübhə yaratmır...”
 
“Ukrayna cəbhədəki ümumi vəziyyətə və yerlərdə operativ taktiki əməliyyat şəraitinə tam nəzarət edir...”
 
Son günlər hərbi əməliyyatların gedişatı, Ukrayna daxilindəki və ətrafındakı hərbi-siyasi proseslər, ölkə paytaxtındakı gerçək durum, Ukrayna ordusunun son nəsil texnologiyalı silaj və texnikalarla təchizatı, Qərbin, ABŞ-ın gerçək dəstəyi, Rusiyanın məğlub olacağını labüd edən amillər və s... Hazırda  Kiyevdə ərazi müdafiə birləşmələrinin komandir heyətində olan Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyevlə Moderator.az üçün bu dəfəki söhbətimizdə bunlar haqda danışdıq...
-Elxan bəy, savaşın artıq 51-ci günündə Ukraynadakı hərbi-siyasi durumu necə dəyərləndirirsiz? 
 
-Hazırda Ukraynada ölkənin cənubu, Donbas və Krımı azad etmək uğrunda böyük müharibəyə hazırlıq gedir. Rəsmi Kiyev Qərbdən, ABŞ və NATO ölkələrindən gözlədiyi yardımları, silah və texnikaları almaqda davam edir. Amma yeni silah və texnikalar ən son nəsil texnologiyalar üzrə hazırlanmış mürəkkəb qurğular olduğundan hərbi poliqonlarda, ərazi müdafiə birləşmələrində onların öyrənilməsi və onlardan bacarıqla istifadənin mənimsənilməsi prosesi gedir. Yəni Ukrayna tərəfi ciddi fədakarlıqla mükəmməl yeni savaş, böyük döyüşlər mərhələsinə hazırlıq görür. Bu mənada genişmiqyaslı əməliyyatlarda baş verən indiki pauza hardasa ukraynaya daha çox sərf edir. Halbuki, həmin pauza onunla bağlıdır ki, Rusiya tərəfinin şəxsi heyətinin komplektləşdirilməsində çox ciddi problemlər yaranıb. Bizdə olan, eləcə də xarici kəşfiyyatların əldə etdiyi məlumatlara görə, Rusiyanın döyüşlərdə iştirak etmiş müqaviləli peşəkar hərbçilərinin 40 faizindən çoxu Ukraynaya təkrar döyüşlərə qayıtmaqdan imtina edir. Rusiya dövləti tərəfindən buna görə onlara cinayət işi qaldırılmasıyla qorxu tətbiq edilir, eyni zamanda, əksinə, maaşlarının qaldırılmasıyla bağlı təkliflər də olunur. Lakin bizdə olan məlumata görə, Rusiya hərbçilərinin xeylisi hətta həbs olunmağı döyüşə yollanmaqdan üstün tutur...
 
-Donbas-Mariupol cəbhəsindəki əməliyyatların gedişi haqqında bir hərbi ekspert kimi nə deyə bilərsiz?
 
-Bildiyiniz kimi, dünən səhər 36-cı dəniz piyadaları briqadası Mariupolda “Azov” alayı ilə birləşə bildi. Təbii ki, çox ağır manevr və döyüşlərlə. Yəni bir var, mühasirədən çıxasan, bir də var, dəstək üçün düşmən mühasirəsindən keçib şəhərə girəsən. Son məlumatlara görə, hazırda Mariupolun üçdə biri Rusiya qüvvələrinin, üçdə ikisi isə Ukrayna hərbçilərinin nəzarətindədir.  Və indi artıq Ukraynanın iki seçmə hərbi birləşməsi şəhərdədir. Düşmən isə 10 min nəfər şəxsi heyətlə, elit, xüsusi təyinatlı hesab olunan qüvvələri ilə Mariupolu tam işğal etmək niyyətindədir. Ancaq belə hesab edirik ki, yaxın günlərdə bu, mümkün olmayacaq...
Bu saat ayrı-ayrı peşəkar döyüşçülər mobil qruplarla da Mariupola köməyə gedə bilirlər. Bundan əlavə, Ukrayna Qərbdən aldığı uzaqmənzilli artilleriya qurğuları və yeni növ aviasiyanın, hava hücumundan müdafiə üçün lazer kompleksləri və s. köməyi ilə yaxın vaxtlarda Mariupolda ciddi hərbi dəyişikliklər etməyə hazırlaşır. Yəni hər şeyi də açıq demək olmur. Və ümumiyyətlə, baş verənlər göstərir ki, Ukrayna ordusu hər gün güclənməkdə, qüdrətlənməkdə, düşmən tərəfi isə, əksinə, demoralizə olunmaqda davam edir. Yerlərdə Ukrayna tərəfinə əsir düşən Rusiya hərbçilərinin öz həmkarlarına döyüşlərə qatılmamaq barədəki video-müraciətləri gündən-günə çoxalmaqdadır. Bir sözlə, düşmən tərəfinin problemləri qat-qat çoxdur. Ukrayna tərəfi isə artıq mənəvi baxımdan qalibdir, ancaq həmin qələbəni həm də fizikiləşdirmək istəyindədir...
 
- Necə hesab edirsiz, Rusiyanın, Allah eləməmiş, Donbas və Luqansk vilayətlərini bütün sərhədləri boyu işğal etməyə gücü çatarmı? Axı Putin mayın 9-da Moskvada üzdəniraq qələbə paradı keçirməyi planlaşdırır...
 
-Bəli, Putin mayın 7-9-dək Ukraynanın iki iri şəhərini: Xarkovu və Odessanı da işğal etmək niyyətindədir. Artıq parad üçün “Mosfilm”də dekorasiyalaradək, orden-medallaradək hər şey isfariş verilib. Yəni mayın 9-u Putin parad keçirmək və guya yeni hərbi uğurlarını öz əhalisinə çatdırmaq istəyindədir. Amma inanırıq ki, bunlar heç cür mümkün olmayacaq... Bundan əlavə, o, Xerson vilayəti vasitəsilə Krımı şirin su ilə təmin etmək  və bir də Donbas və Luqansk vilayətlərinin inzibati ərazisinin tamamilə Rusiyanın nəzarətinə keçirilməsini planlaşdırır. Bu məqsədlə Kreml Ukrayna ordusunun yüksək döyüş əzmkarlığını və müasir texnologiyalara malik olmasını nəzərə alaraq  Donbas ərazisinə Ukrayna qüvvələrindən 5 dəfə çox canlı qüvvə və texnika toplamağı planlaşdırır. Ancaq öncə dediyim kimi, Rusiyanın canlı qüvvənin komplektləşdirilməsində çox ciddi problemləri var... 
 
Xarkov vilayətinin cənub-şərqindən Slavyansk, Kramotorsk və Konstantinovka istiqamətində düşmənin həmlə istəyi böyükdür. Amma aprelin 14-də İzyum şəhəri yaxınlığında düşmənin növbəti tank kalonu məhv edildi. Bu, Rusiyanın 1-ci tank ordusunun komandirsiz qalmış artıq dördüncü tank birliyidir. Onu da deyim ki, Ukrayna özünün əlində olan və Qərb ölkələrinin verdiyi dəqiq kəşfiyyat məlumatları sayəsində işğalçı Rusiya ordusunun Ukrayna ərazisində və sərhədə yaxın yerlərdə bütün yerdəyişmələrinə nəzarət edə bilir. Yəni hər hansı bir  gözlənilməz əməliyyatın baş verməsi mümkünsüz görünür. Bu mənada Ukrayna cəbhədəki ümumi vəziyyətə və yerlərdə operativ taktiki əməliyyat şəraitinə tam nəzarət edir...
 
-Kiyevdə sosial –iqtisadi durum necədir? Ərzaq, dərman çatışmazlığı – filan yoxdur ki?
 
-Hər şey öz qaydasındadır. Ərzaq, yaxud dərmanla bağlı heç bir probelmimiz yoxdur. Apteklərin hamısı işləməsə də, xeylisi işləyir. Bankomatlar da işləyir.
 
-Paytaxta qayıdan əhalinin sayı çoxdur son günlər?
 
-Əlbəttə, çoxdur. Artıq dükanlarda, apteklərdə növbələr yaranır. Kiyev tədricən öz həyatına qayıdır... 
 
-Əhalinin ümumi əhval-ruhiyyəsi necədir?
 
-Həmişəki kimi, bütün çətinliklərə rəğmən çox yüksək... Hamı hər zaman öz torpağını, şəhərini, küçəsini, məhləsini, evini qorumağa hazırdır. Hər kəsin eyvanında, həyətində kanistrlərlə benzin ehtiyatı və hazır “Molotov kokteyl”ləri var. Hər yerdə, hər küçədə, hər dalanda, hər küncdə postlar fəaliyyət göstərir. Şəhərə daxil olan yüzlərlə kiçikli-böyüklü küçələrin hamısı böyük beton plitələrlə bağlanıb və bəzi yerlərdə yalnız minik və ərzaq daşıyan  maşınlar üçün kiçik keçidlər qoyulub. Bu mənada Kiyevi işğal etmək mümkün deyil. Rusların füreri bunu da hesablamayıb.  Kiyev şəhərinin ərazisi təxminən 900 kv. km-dir. Pentaqon hesablayıb ki, yalnız Ukrayna paytaxtını ələ keçirmək üçün 1 milyon yarımlıq canlı qüvvə lazımdır...
-Siz yenə də ərazi müdafiə birləşmələrində fəal iştirak edirsiz, eləmi?
 
-Bəli, bildiyiniz kimi, mən Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri kimi də fəaliyyət göstərirəm. Bu mənada da məsuliyyətim böyükdür. Biz hazırda Kiyevin bir sıra strateji məntəqələrini qoruyuruq. Və mən ərazidə cavabdeh zabitlərdən biriyəm. Onu deyim ki, kifayət qədər peşəkar və ciddi komandamız var. Bunun nəticəsində hazırladığımız, təlim keçdiyimiz minlərlə döyüşçüdən bu günədək yalnız 20-i şəhid olub. Bizim komandir kimi problemimiz ondan ibarətdir ki, bizi aşağıdan yuxarı sıxışdırırlar, yuxarılarla heç bir problemimiz yoxdur. Yəni yerlərdə hər gün yeni-yeni sakinlər, vətəndaşlar birləşmələrə yazılmaq üçün müraciət edir.
 
-Rusiyadakı proseslər haqda hansı nəticələrə gəlmisiz?
 
-Bildiyiniz kimi, son günlər Rusiyada bir çox həbslər olub. O cümlədən Putinin keçmiş köməkçisi, “Rus dünyası” taftalogiyasının baş memarlarından biri və Donbasın, Krımın işğalının ideya müəlliflərindən, kuratorlarından biri  olan Surkovun da həbs edildiyi dəqiqləşib. Bundan əlavə, FTX-nin və Müdafiə Nazirliyinin 150-dək zabiti və iki generalının həbsi, yaxud təcrid olunması də təsdiqlənib. Deməli, Kremldə böyük çaxnaşma və qarşıdurma yaşanır. Çünki bizdə olan məlumata görə, gerçək durumu dərk edən bir sıra peşəkar Rusiya generalları mart ayının 24-dən bəri siyasi hakimiyyətə çatdırırlar ki, Ukraynadakı əməliyyatların davamı mənasızdır və bu, hədsiz itkilərə və Rusiya dövlətinin özünə ağır zərbələr vurulmasına gətirib çıxaracaq. Bu mənada Rusiya tərəfi artıq uduzur. Bu günlərdə artıq Qərb Buça və digər məntəqələrdəki kütləvi qətliamlardan sonra birmənalı olaraq Rusiyanın bugünkü formada qala bilməyəcəyi haqda siyasi qərarını verib. Bunun həll edilməsi zaman məsələsidir. Hətta Putin rejiminə qarşı loyallığı ilə seçilən Almaniya da öz yüngül zirehli texnikalarını Ukraynaya göndərmək qərarına gəlib. Hazırda Qərbdən elə silahlar var, artıq çatdırılıb, eləsi də var, gəlməkdədir. Ukrayna Silahlı Qüvvələri intensiv təlimlər və yeni silah və texnikaların öyrənilməsi ilə məşğuldur... 
-Hazırda Ukraynada baş verən gərgin hərbi-siyasi proseslərin gələcəyini necə görürsüz?
 
-Təəssüf ki, Avstriya kanslerinin son şans kimi Putinlə görüşündən sonra məlum oldu ki, bu mərhələ üçün Rusiya ilə danışıqların heç bir perspektivi yoxdur. Çünki Putin qəti şəkildə bildirib ki, onun məqsədi Ukraynanı bir dövlət kimi ləğv etməkdir. Yəni Ukrayna cəbhəsində II Dünya savaşından sonra ən güclü  və genişmiqyaslı hərbi əməliyyatların olacağı artıq heç kəsdə şübhə yaratmır. Amma onu deyim ki, Rusiya Ukraynanı işğal etmək üçün 10 milyon qoşun toplasa da, öz məqsədinə tam nail ola bilməz. Yenə də hansısa şəhəri, kəndi işğal edə bilər. Amma haranısa uzunmüddətli əldə saxlamaq iqtidarında deyil.  Rusiyanın başıyox füreri hələ anlamayıb ki, 2014-cü ildən bəri Donbas savaşlarını da yaşayan, könüllü olaraq o torpaqların müdafiəsinə yollanan Ukrayna xalqı, Ukrayna cəngavərləri öz torpağını, öz dövlətini qorumaqda qətiyyətlidir. Bu dövlət bu xalqa gərəklidir. Ukraynada son illərin demokratik dəyişiklikləri xalqda özünə və dövlətinə inam və nəyisə dəyişə bilmək inamı yaradıb. Və bu inamı sarsıtmaq heç cür mümkün deyil...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR