“Natəmiz sahibkarlar”ı ağır günlər gözləyir...”
Oxunub: 5039
14 Apr 2022 | 09:20
“Natəmiz sahibkarlar”ı ağır günlər gözləyir...”

Vahid Əhmədov: “Prezidentin müşavirədəki çıxışı süni qiymət artımına yol verən sahibakrlar üçün ciddi xəbərdarlıqdır”

 

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.

 

Moderator.az olaraq millət vəkili Vahid Əhmədovla söhbətimizdə məlum müşavirə və bu müşavirədə səslənən fikirlərlərlə bağlı düşüncəsini öyrənməyə çalışdıq:

 

-Vahid müəllim, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bir çox vacib məqamlara toxunuldu ki, bunlardan da biri süni qiymət artımı ilə bağlıdır. Sizcə məlum müşavirənin süni qiymət artımına qarşı mübarizəyə real təsiri hansı səviyyədə olacaq?

 

-Hər şeydən öncə qeyd edim ki, Prezident İlham Əliyevin süni qiymət artımı ilə bağlı problemə diqqət çəkməsi, bu problemin səbəbləri ilə yanaşı, onun həlli yollarına toxunması ilk növbədə dövlət başçısının bu məsələ ilə bağlı prinsipial mövqeyindən xəbər verir. Süni qiymət artımı ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, dövlət başçısı belə bir problemin mövcudluğundan nəinki xəbərdardır, həm də onun yaranma səbəbləri, həlli yoları ilə bağlı aydın təsəvvürə malikdir.

 

Bildiyiniz kimi, müzakirələrdə qiymət artımına təsir göstərən amillərdən biri kimi beynəlxalq aləmdə baş verən proseslər, xüsusilə də Ukrayna-Rusiya müharibəsi qeyd edilsə də, dövlət başçısı bildirdi ki, bu məsələdə bəzi işbazların tamahkarlığı da mühüm rol oynayır. Təsadüfi deyil ki, cənab Prezident həmin şəxsləri “natəmiz sahibkarlar” adlandırdı və onların fəaliyyətinə nəzarət etməyin zəruriliyini qeyd etdi. Hesab edirəm ki, dövlət başçısının bu tapşırığından sonra əlaqədar dövlət qurumları süni qiymət artımına qarşı mübarizədə daha böyük aktivlik sərgiləyəcək, “natəmiz sahibkarlar”ın aşkar edilməsi və cəzalandırılması istiqamətində ciddi addımlar atacaqlar. Mövcud situasiyadan faydalanaraq süni qiymət artımına yol verən, insanların narazılığına səbəb olan həmin sahibkarlar da bundan nəticə çıxarmalıdılar. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə süni qiymət artımına yol verən bəzi sahibkarların cəzalanacağına, onlarla bağlı ciddi ölçülər götürüləcəyinə şahid olacağıq. Prezidentin ortaya qoyduğu mövqe bu mübarizənin ciddiliyindən və prinsipiallığından xəbər verir.

 

-Vahid müəllim, müşavirədə Ukrayna-Rusiya qarşıdurması və bunun ərzaq qiymətlərinə təsirlərinə də toxunuldu. Sizcə qarşıdakı dönəmdə iki dövlət arasındakı müharibənin Azərbaycana mümkün təsirləri nədən ibarət ola bilər?

 

- Ukrayna və Rusiya arasındakı qarşıdurmanın ərzaq təchizatına, o cümlədən ərzaq məhsullarının qiymətinə təsir göstərdiyi müşavirədə qeyd edildi.  Cənab Prezident haqlı olaraq qeyd etdi ki, Ukrayna-Rusiya müharibəsi dünyanın ən böyük taxıl ixracatçılarından olan bu ölkələrdə istehsal prosesinə də ciddi təsir göstərib. Dövlət başçısı bu təsirin yaxın gələcəkdə də davam edəcəyini bildirdi. Doğrudan da, iki dövlət arasında hərbi əməliyaytların davam etdiyini nəzərə alsaq, hələ bəlli bir müddət bu ölkələrin taxıl istesalı və  ixracatındakı azalmanın davam edəcəyini söyləmək olar. Bundan başqa, müharibə başa çatandan sonra da, bu ixracatı qısa zamanda bərpa etmək mümkün olmayacaq. Çünki bu müharibə hər iki dövlətin iqtisadiyyatına böyük zərbə vurub. Odur ki, bu müharibənin nəticələrini aradan qaldırmaq xeyli vaxt və maliyyə vəsaiti tələb edəcək. Bu isə o deməkdir ki, taxıl məhsulları ilə bağlı dünyanın bir çox dövlətlərində özünü hiss edən qıtlıq da davam edəcək. Bu səbəbdən də dövlət başçısı qeyd etdi ki, Azərbaycan ərzağa, xüsusilə də taxıl məhsullarına olan tələbatı öz daxili imkanları hesabına ödəməyə daha çox diqqət yetirməli, bu istiqamətdəki fəaliyyəti daha da gücləndirməlidir.

 

-O zaman Qarabağ və digər torpaqlarımızda 50 min hektar sahədə ərzaq buğdasının əkilməsini, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin gücləndirilməsi bu istiqmatdə atılan mühüm addımlardan biri kimi xarakterizə oluna bilərmi?

 

-Şübhəsiz. Bu faktın özü dövlətimizin ərzaq təhlükəsizliyinə nə qədər mühüm önəm verdiyini göstərir. Ancaq bu sahədə görülən işlərin daha da genişlənməsinə ciddi ehtiyac var. Bildiyiniz kimi, dövlət başçısı qeyd etdi ki, hazırda ərzaq  buğdasına olan tələbatın yalnız 25%-ni daxili imkanlar hesabına ödənilir. Cənab Prezident bildirdi ki, bu rəqəm ən azı 70-75% səviyyəsinə qaldırılmalı, ərzaq buğdasından xarici asılılıq maksimum şəkildə aşağı  salınmalıdır. Bu baxımdan işğaldan azad edilən ərazilərimizin böyük perspektivə malik olduğu birmənalıdır. Artıq mina və digər döyüş sursatlarından təmizlənən ərazilərin bir qismində əkin işləri həyata keçirilir ki,  bu da bizə ərzaq buğdası, ümumilikdə taxıl təminatı baxımından daxili istehsalı artırmağa imkan verəcək. Iqlim şəraitinin imkan verdiyi ərazilərdə təkrar əkinlərin aparılması, məhsuldarlığın artırılması üçün əlavə tədbirlərin görülməsi və s. kimi tədbirlər də taxıl istehsalının artmasını stimullaşdıracaq addımlar sırasındadır.

 

Düşünürəm ki, yaxın gələcəkdə işğaldan azad edilən ərazilərdə ərzaq buğdasının əkilməsi prosesi genişlənəcək, bu torpaqların imkanlarından səmərəli istifadə hesabına daxili taxıl təminatında ciddi irəliləyişə nail olunacaq.

 

-Vahid müəllim, müşavirədə dövlətin sosial siyasətindən, xüsusilə də veteranlara, şəhid ailəlrinə, müharibə əlillərinə diqqət və qayğısından da ətraflı bəhs olundu. Bu kateqoriyadan olan vətəndaşlara xüsusi dövlət qayğısının mövcudluğu faktı həmin insanların sosial rifahının yaxşılaşmasına nə dərəcədə həlledici təsir göstərir?

 

-Mübağiləsiz demək olar ki, Azərbaycan dövləti bütün dünyada şəhid ailəlrinə, veteranlara, müharibə əlillərinə ən çox qayğı göstərən dövlətlərdən biri, bəlkə də birincisidir. Prezident İlham Əliyev məlum müşavirədə qeyd etdi ki, Azərbaycanda müharibə əlilləri və şəddi ailələri üçün inşa edilən mənzillərin sayı ilbəil artmaqdadır. Bu faktın özü dövlətin həssas kateqoriyadan olan vətəndaşlara oaln xüsusi qayğısından xəbər verir. Sözügedən kateqoriyadan olan 93 min şəxsə 103 min sosial ödənişin təyin olunması gerçəyi də həmin insanlara olan dövlət qayğısının bariz nümunəsidir. Təkcə cari ilin sonuna qədər şəhid ailələri və müharibə əlillərinə 1500 mənzilin verilməsi nəzərdə tutulub ki, bu da kifayət qədər böyük göstəricidir. Onu da qeyd edək ki, bütün bu addımlar Qarabağda geniş quruculuq prosesi ilə paralel şəkildə həyata keçirilməkdədir. Dövlət başçısı çıxışlarında bütün şəhid ailəlrinin mənzillə təmin ediləcəyini bildirib ki, bu da həmin ailələrin sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasına ciddi təsir göstərəcək.

 

-Sözügedən müşavirədə dövlət başçısının səsləndirdiyi fikirlərdən biri də orduda islahatların davam etdirilməsi, xüsusi təyinatlı və Komando dəstələrinin sayının artırılması ilə bağlıdır. Sizcə məlum islahlar Azərbaycan Ordusunun gələcəyinə, dövlətimizin təhlükəsizliyinə və müdafiə qabiliyyətinə nə vəd edir?

 

-Öncə qeyd edim ki, ordudakı islahatların bu müstəvidə genişləndirilməsi heç də təsadüfi deyil. Çünki 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinə daxil olan bütün hərbi birləşmələr və qoşun növləri yüksək döyüş hazırlığına malikdir. Ancaq Azərbaycan Ordusunun xüsusi təyinatlılarının bu müharibədə sərgilədiyi döyüş əzmi, yüksək peşəkarlıq  məxsusi olaraq qeyd edilməlidir. Çünki əksər stratejji yüksəkliklərin, o cümlədən Şuşa şəhərinin düşmən işğalından azad edilməsində xüsusi təyinatlılar qeyri-adi cəsarət və qəhrəmanlıq göstərdilər. Bu səbəbdən də müharibədən sonra meydana çıxan yeni reallıq xüsusi təyinatlıların, o cümlədən Komando birliklərinin sayının artırılmasını zəruri edir. Bu, dövlətimizin müdafiə və təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi, ölkəmizə qarşı mümkün təhdidlərin qarşısının operativ şəkildə alınması baxımından mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, ordudakı islahatlar Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsi, onun müdafiə qüdrətinin artırılmasına öz töhfəsini verəcək.

 

-Vahid müəllim, müşavirədə Fərrux dağının hərbi-iqtisadi əhəmiyyəti, Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti, işğaldan azad edilən ərazilərin su təchizatı kimi məsələlərə də toxunuldu. Sizcə həm Ermənistanın törətdiyi ekoloji terrorun nəticələrinin aradan qaldırılması, həm də  məcburi köçkünlərin bu ərazilərə qayıdışının təmin edilməsi baxımından yuxarıda sadalanan məsələlərə kompleks yanaşma nə dərəcədə önəmlidir?

 

-Təbii ki, bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir və bu səbəbdən də onlara kompleks yanaşmaq lazımdır. Reallıq bundan ibarətdir ki, Ermənistan hər zaman bizə qarşı ekoloji terrordan geniş istifadə edib. Yay aylarında, suya tələbatın artdığı dövrdə işğalda saxladığı ərazilərdən keçən çayların qarşısını kəsən, Azərbaycan üçün süni su qıtlığı yaradan Ermənistan, qışda  çayların qarşısınakı bəndləri qaldırır, bütöv ərazilərin su altında qalmasına səbəb olurdu. Su infrastrukturunun dağıdılması, sıradan çıxarılması, ərazilərin səhralaşdırılması da erməni faşizminin ekoloji terror siyasətində mühüm yer tutan vasitələr idi. Cənab Prezidentin də vurğuladığı kimi, ermənilər Şuşadan qaçarkən su kəmərini partlatmış, şəhərdəki bütün bulaqları sıradan çıxarmışdılar. Bu gün dövlətimiz həmin su mənbələrini yenidən bərpa edir, su infrastrukturunu yenidən qurur.

 

İşğaldan azad edilən ərazilərdə çoxlu sayda su anbarlarının inşası nəzərdə tutulur ki, bu da həm əhalinin içməli su ilə təminatı,  həm də min hektarlarla ərazinin suvarılması baxımından olduqca önəmlidir.  Fərrux dağı və digər strateji yüksəkliklərin Azərbaycanın nəzarəti altına keçməsi yaşayış məntəqələri ilə yanaşı, su mənbələrinin də təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bu baxımdan,  Fərrux dağı və ətraf yüksəkliklərin ordumuzun nəzarətində olmasının hərbi əhəmiyyəti ilə yanaşı, iqtisadi əhəmiyyəti də böyükdür.

 

Hesab edirəm ki,  işğaldan azad edilən ərazilərdə su infrastrukturunun yenidən qurulması bu ərazilərdə kənd təəsrrüfatının inkişafı üçün geniş perspektiv açacaq, həmin torpaqlardan maksimum istifadə üçün zəmin formalaşdırcaqdır. Lakin bu proses erməni faşizminin, onun ekoloji cinayətlərinin beynəlxalq müstəvidə ifşası ilə paralel şəkildə həyata keçirilməlidir. Ermənistan xalqımıza qarşı törətdiyi bütün cinayətlərə, o cümlədən ekoloji cinayətlərə görə cavab verməli, öz layiqli cəzasını almalıdır və alacaqdır da.

 

Seymur ƏLİYEV

 

Oxşar xəbərlər
10:55, Bu gün
“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 
10:55, Bu gün
Uzun illər çəkildiyi "Arka Sokaklar"a qayıdır - FOTO
10:43, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb
10:33, Bu gün
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
10:29, Bu gün
Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb
10:26, Bu gün
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək
10:25, Bu gün
Güzgü tarixi 24.04.2024: Kimin həyatı kökündən dəyişəcək?
10:22, Bu gün
Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub
10:13, Bu gün
Anası əlil müğənninin “Krokus” teraktında öldüyünü sübut edə bilmir
10:12, Bu gün
Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO
10:11, Bu gün
Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub
10:10, Bu gün
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:08, Bu gün
Bu səhvlər bürclərin həyatını məhv edir
10:06, Bu gün
Bakıda gənc oğlanı avtobus vurdu
10:04, Bu gün
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...
10:02, Bu gün
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
10:00, Bu gün
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
09:58, Bu gün
Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində - FOTO
09:53, Bu gün
ABŞ Ukraynaya 300 km-lik hədəfi vura bilən “ATACMS” raketlərini ötürsə...-“CNN”
09:48, Bu gün
Gözlər qızarır, barmaqlar keyiyir: Niyə hamı xəstəlikdən şikayət edir? - AÇIQLAMA + FOTO
09:36, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:29, Bu gün
Cibuti sahillərində gəmi batıb: Ölənlər və itkin düşənlər var
09:24, Bu gün
Qaçırılan qızın atası: Qızımı oğurlayıblar - VİDEO
09:20, Bu gün
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
09:16, Bu gün
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:15, Bu gün
Panama sahillərində 5,5 maqnitudada zəlzələ olub
09:09, Bu gün
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
09:01, Bu gün
İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?
08:57, Bu gün
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
08:49, Bu gün
Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb
08:48, Bu gün
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
08:45, Bu gün
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
08:44, Bu gün
Xalq artisti Məleykə Əsədova: “Arzuolunmaz övlad olmuşam” – VİDEO
08:42, Bu gün
PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
08:39, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:34, Bu gün
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
08:27, Bu gün
Kanada “Airbus”a Rusiya titanından istifadə etməyə icazə verib
08:22, Bu gün
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
08:22, Bu gün
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
08:20, Bu gün
Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb
08:18, Bu gün
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
08:17, Bu gün
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
08:11, Bu gün
Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA
08:02, Bu gün
KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir
08:01, Bu gün
Argentina İranın nazirinin həbsini tələb edir
07:58, Bu gün
Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - FOTO
07:56, Bu gün
Sumqayıtda gənc oğlan itkin düşüb
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
GÜNLÜK
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 11:12
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
23 Apr 2024 | 11:25
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
23 Apr 2024 | 11:41
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
23 Apr 2024 | 11:52
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
23 Apr 2024 | 11:14
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
23 Apr 2024 | 12:01
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
23 Apr 2024 | 11:21
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
23 Apr 2024 | 11:28
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 11:12
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
23 Apr 2024 | 11:25
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
23 Apr 2024 | 11:41
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
23 Apr 2024 | 11:52
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
23 Apr 2024 | 11:14
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
23 Apr 2024 | 12:01
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
23 Apr 2024 | 11:21
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
23 Apr 2024 | 11:28
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq