Rövşən Nəcəf SOCAR-da genişmiqyaslı araşdırmaya başladı - İdarə rəisləri təşvişdə...
Cəmiyyət
8481
01 Apr 2022 | 11:00

Rövşən Nəcəf SOCAR-da genişmiqyaslı araşdırmaya başladı - İdarə rəisləri təşvişdə...

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf SOCAR-da korrupsiya faktlarının və digər qanun pozuntularının araşdırılmasıyla bağlı göstəriş verib. 
 
Bu haqda Moderator.az-a Neft Daşlarında işləyən mənbəmiz xəbər verib.
 
Məlumatda bildirilir ki, Rövnəq Abdullayevin vaxtında SOCAR-da bəzi idarə rəisləri “at oynadıb”. Həmin vaxt işçilərin bir çoxunun adı işdə getsə də, onlar idarə rəislərinin maral fermalarında və digər təsərrüfatlarında işləyiblər. 
 
Rövşən Nəcəf SOCAR-a təyinat alandan sonra isə bütün bu özbaşınalıqlar ona çatdırılıb. Məhz elə R.Nəcəfin göstərişi ilə araşdırma başladılıb. Bununla da bir çox idarə rəislərinin belə işdən çıxarılacağı gözlənilir. Bir sözlə, SOCAR-da ciddi islahatlara başlanılıb və ilk növbədə ərköyün idarə rəsilərinin "gözəgörünməz" fəaliyyəti yoxlanılacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər